суббота, 25 февраля 2012 г.

BİR ANANIN ETİRAFI(Xocalı soyqırımı)



Uşaq idim.8-9 il bundan qabaq televiziya kanallarının birində Xocalı soyqırımına aid sənətli-bədii film göstərirdilər.O filmdə iştirak edənlər əsasən Xocalı şahidləri idi.Bir ananın ağlaya-ağlaya başına gələn hadisələri danişdiqda,mənim özümdən aslı olmayaraq bi-ixtiyar gözlərimdən yaşlar süzülürdü.
25.02.92-ci ilin axşamı idi.Şaxta adamı az qala iki kəsirdi.Birdə şəhərdə səs-küy qopduki,erməni diğaları bizim şəhərə hücum edir.Tez içəri keçib 6 ayliq qızımı götürərək ayaqyalın camaatın getdiyi istiqamətə qaçirdim.Biz üzü Ağdam istiqamətinə meşəyə tərəf xeyli getmişdik.Artıq hər kəs taqətdən düşmüşdü.Bizimkilərdən bir nəfər işarə etdi ki,qabaqda ermənilər var,aşağı əyilin və susun.Havanın şaxtalı olmasi birdəki aclıq körpəmi ağlamağa məcbur etmişdi.Nə qədər etdim qızım ağlamağı kəsmirdi.Başımı yuxarı qaldıranda camaatın məsum və imdad baxışları mənim gözlərimlə toqquşdu.Özümdən aslı olmayaraq əllərimlə körpəmin ağzindan tutdum.2-3dəqiqə keçmişdi ki,qızımın qolları yerə düşdü.İçimdə ağlaya-ağlaya körpəmin cansız bədənini belimə şəlləyərək Ağdam istiqamətinə qaçmağa davam etdik.Həm körpəmi öldürdüyüm üçün psixoloji sarsınti həmdə ki fiziki yorğunluq məni təmiz taqətdən salmışdı.Yanımdakılar məni belə görüb məsləhət  gördülər ki,uşağı meşədə dəfn etsinlər.Mən buna qətiyyən razi olmadım və yolumuza davam etdik.Ağdama çatanda qızımın dodaqları tərpənməyə başladı.Bu bir ALLAH möcüzəsi idi.Mən bu dəfə sevinc göz yaşlarımı saxlaya bilməyib hönkür-hönkür ağlamağa başladım.Yanimdakı qadınlar körpəmin əlini ayağını ovcaladıqca körpəm gözlərini açıb təzədən ağlamağa başladı.6 ayliq qızımı ana südü ilə yedizdirdikdən sonra əlimi ALLAHIMA açaraq dua etdim.ALLAHIM NƏ YAXŞI Kİ MƏNİ ÖVLAD QATİLİ ETMƏDİN.
Əziz dostlar o zaman mənim gözlərimdən axan o bi-ixtiyar göz yaşları anlaya bilməmişdim.Zaman keçdikcə anladım ki,o ANANIN böyüklüyünü.Öz övladını millətin yaşaması üçün qurban vermişdi.Bu hadisə mənə onu xatirlatdi ki, İbrahim peyğembər öz övladını(İsmayıl peygəmbər) öldürmək istərkən ALLAH  onada imkan vermmişdir.
Dostlarım bu haqda mən Prezidentimizədə məktub yazaraq xahiş etdim ki,həmən o ANAYA  AZƏRBAYCANIN MİLLİ QƏHRAMAN ordeni ilə təltif edilsin.Bu bütün valideynlərə nümunə olsun ki,VƏTƏN  YOLUNDA,MİLLƏT YOLUNDA VƏ ALLAH YOLUNDA övladlarından keçə bilsin........!
Macar şairinin bir sözü yadıma düşdü.
Ailəndən ötrü canından keç.
VƏTƏNİNDƏN ötrü ailəndən belə keç.
Kim mənim fikirmlə razıdırsa  prezident.az saytına girib  bu haqda məktub yazsın.Ən azından vətandaşlıq borcumuzdu.
                                             Hörmətlə:Samir İsmayılov