вторник, 16 июля 2013 г.

GECİKMİŞ AD GÜNÜ HƏDİYYƏSİ

Hava qaralmışdı.Birdən qolumdakı saata baxdım.Kiçik əqrəbi 9-un üstündə gördükdə,biixtiyar özümdən aslı olmayaraq yumruğumu meyvə piştaxtasının üstünə vuraraq: “Aman Allah” qışqırdım.
Mənim anormal davranışım piştaxta qarşısında duran müştərinin heyrətinə səbəb oldu.Bunu hiss etdikdə qulaqlarıma qədər qızararaq sağ əlimi sinəmin üstünə qoyub azcana əyilərək üzrxahlıq etdim.
-Üzr istəyirəm.Mən təcili olaraq getməliyəm.Xahiş edirəm qonşu meyvə piştaxtasından istədiyinizi alasınız!
Mənim bu qədər həyəcan keçirməyimin səbəbi uşaqlıq dostum Günayın ad günü idi.Dünən Günay özü mənə zəng edərək Bakının bahalı restoranlarının birində keçirəcək ad gününə dəvət etdi.Əvvəlcə mən gəlməyəcəyimi bildirdikdə Günay təkidlə sabah 5-də məni mütləq gözləyəcəyini demişdi.
Mən 6-cı sinifdə oxuyanda Günaygil bizim qonşuluğumuza köçmüşdülər.Təssadüfən Günayı s müəllimə ilə sinfə daxil olarkən görmüşdüm.Bu zaman Günay mənim xatirimdə ilk dəfə geyimi ilə hər kəsdən fərqlənən,saçlarını səliqə ilə darayıb iki yerə ayırmış və ucunu ağ bantla bağlamış xoş görkəmli bir qız kimi qalıb.
Həmin gün sinifdə maraqlı hadisə də baş vermişdi.Müəllimə Günayın ad-soyadını soruşub jurnala yazarkən,içəri daxil olarkən sinifdə yaranan sükut yenidən pozulmağa başlamışdı.Qızlar arasında pıçıltılar oğlanlar arasında sinfin mərkəzinə replikalar atılması,istehza ilə gülüşmələr,sinif rəhbərimizin qəzəbinə səbəb olmuşdu.Bizi bir az danladıqdan sonra (əli ilə Günayı göstərərək) tanış olun.Bu yeni sinif yoldaşınızdır.Adı Günaydır.
O zaman mən Nəzakət müəllimənin mənim yanımda boş partanın görməyəcəyinə ümid edərək nəfəsimi belə dərmirdim.Lakin o gördü və partanı Günaya göstərdi.O isə ötəri,üstü mansarlı villaları ilə qarşılaşırdım. mənə baxaraq iri addımlarla mən əyləşdiyim partaya yaxınlaşdı.
-Sənin yanında oturmaq olar? –
Günay əlində çantası, üzündə təbəssüm düz mənim qarşımda dayanmışdı.Mən ətrafıma boylandım.Bütün uşaqların nəzəri ikimizdə idi.Həyəcanlanaraq titrək səslə “otur” demişdim.Ola bilər mənim Günayla belə kobud münasibətim,yaşadığım həyatın izləri idi.Uşaqkən atam şəhid olmuşdu.Anam ilə birlikdə birgöz daxmada qalırdıq.Atam öləndən sonra,anam çay fabrikində qablaşdırıcı işləyirdi.Gecə növbəsində olarkən,mən həmin gecəni tək qalırdım.Təkcə Günayla yox,bütün uşaqlarla aramda məsafə saxlayırdım.Sanki özümü hər kəsdən aşağıda görür və özümü hər kəsə yük bilərdim.Yaşıdlarımdan çox kəskin fərqlənər,ətrafımı yaşıdlarım kimi yox,böyüklər kimi görərdim.Görünür yetimçilik travması almışdım.Zaman üstəlik birdə qadın qüvvəsi istənilən kişini ram edir.Günay gələndən sonra mənim də həyatım dəyişdi.Bütün günü dərsə bir yerdə gedib bir yerdə gələrdik.Hətta universtitetin eyni fakültəsinə belə daxil olduq.Mən düşünürdüm ki, oxumaqla həyatımı dəyişəcəm.Günay isə tam əksini fikirləşirdi.Məni qarabaqara izləyir,sanki mənim kölgəmə çevrilmişdi.Onun üçün unveristet oxumaq sadəcə mənə görə idi.Mənə o qədər bağlanmışdı ki,mənim istifadə etdiyim məşhur kişi ətrinin paddelkasını Günay özüdə qadın ətri ilə birlikdə istifadə edirdi.Guya qoxusu xoşuna gəlirdi.Əslində mənim qoxumu o ətirdən alırdı.
Təbii ki, mən də Günaya qarşı biganə deyildim.Günü-gündən ona qarşı hisslərim müqəddəsliyə doğru artırdı.Ruhən Gunayla “nigaha” girsəm də,realda heç sevgili bele deyildik.Buna səbəb ailələrimiz arasında kəskin sosial fərq idi.Günay imkanlı bir ailənin qızı idi.Atası Eldəniz müəllim vergilər departamentində şöbə müdiri vəzifəsində çalışırdı.Təkcə bu fakt kifayət edirdi ki,mən öz sevgimdən imtina edim.Buna baxmayaraq, ürəyimə hökm etmək də mümkün deyildi.Hər gün yuxudan duranda cəsarətlənirdim ki,bu gün sevgimi etiraf edəcəm.Elə ki, həyətə əl-üzümü yumağa gedəndə, Günaygilin üçmərtəbəliBu zaman öz-özümə deyirdim.
-Asəf, Günay sənin tayın deyil !
Artıq saat 10-a işləyirdi.Mən Bakıdakı məşhur ətir dükanına daxil oldum.
-Salam xanım.
-Salam.
-Zəhmət olmasa deyə bilərdiniz, sizdə “Wildii” İtalyan kişi ətri var?
-Bəli var.
-Bir ədəd mənim üçün verərdiniz.
Xanım vitrinin arxasından bir ədəd”Wildii” götürərək,hədiyyə üçün alırsınız,yoxsa özünüz üçün?
-Hədiyyə alıram.
- -Onda istəsəniz upakovka edərdim.
-Zəhmət deyilsə...Xahiş edirəm xanım ətri kimi bəzəyərdiniz.
Satıcı xanım təəccüblə mənə baxsa da bir söz deməyərək ətiri bağlamağa başladı.Hardan bilərdi ki,mən bu ətri sevdiyim qızın ad gününə alıram.Bəlkə də dünyada yeganə kişiyəm ki,öz sevdiyim qıza kişi ətri hədiyyə edəcəkdim.İndiyə qədər anlamıram ki,niyə sevdiyim qıza kişi ətri hədiyyə edirəm.Şüuraltı mənası olsa da belə,həqiqətən səbəbini bilmirəm.Ola bilər Günayın xoşuna gələcək hədiyyə idi.Bəlkə də təkəbbürlüyümdən irəli gəlirdi.Sanki istəyirəm ki,məni gecələr belə unutmasın.Öz cəsarətsizliyimin cəsarətini sevdiyim qızda axtarıram.
Hədiyyəni götürüb kassaya pulu ödəyərək ətir dükanından çıxdım.Təssadüfən,restoran ətir dukanından on dəqiqəlik uzaqlıqda idi.Bu on dəqiqəlik yol ömrümü sanki tən yarıya endirdi.Hər addım atdıqca restorana daha da yaxınlaşırdım.Bunu dərk etdikcə ayaqlarım iradəmə tabe olmurdu.Sanki sinir sistemindən siqnal mərkəzə gecikirdi.Hiss edirdim ki, müvazinətimi itirirəm.Restorana çatana qədər özümə vermədiyim suallar qalmadı.Mən indi Günaya necə deyim ki,anamın yenə şəkəri qalxmışdı.Xəstəxanaya yerləşdirmişəm.Xəstaxanadan aptekə,aptekdən xəstəxanaya,ordan da iş. Beləcə ad gününü unutmuşam.Ən əsası da gedib necə oturacam,ordakı yad insanlarla eyni masada.Onlar tamam başqa dünyanın insanlarıdır,mən tamam başqa.Onlarla eyni masada eyni məkanda olmağım,sanki Günayın mənə verdiyi vicdan əzabı idi.Elə bunları düşünərək restoranın qabağına çatdım.Bu zaman ayaqlarım tam olaraq fəaliyyətini itirdi.Bir addım da olsun taqətim yox idi.Görünür,restoranın vahiməsi məni basdı.Bədənimdəki soyuq tərin, dərimin məsamələrindən necə çıxdığını bütün varlığımla hiss edirdim.Ətrafıma nəzər yetirdim.Ordakı insanların diqqətini öz üzərimə çəkməyim deyə,bir az özümü toparladım.Ayaqlarımın sərbəst getməyəcəyini bildiyimə görə,əlimlə piləkənin sürahisindən tutaraq,təmkinlə yavaş-yavaş ayaqlarıma güc verərək yuxarı qalxmağa çalışdım.Birinci mərtəbəsini qalxıb,elə restoranın foesinə çatmışdım ki,arxadan Günayın səsi gəldi.Asəf!...Asəff! Arxaya çönəndə sanki bir nur saçan mələk idi mənə yaxınlaşan.Geyimi ilə gözəlliyi vəhdət təşkil edirdi.Üzündən isə kin,nifrət, kədər yağırdı.
Elə bildim ki, gecikdiyim üçün üzündə o ifadələri göstərir.Özümü günahkar hiss edərək bir –iki addım Günaya tərəfə irəlilədim.Tez əlimdəki dükanın adı olan paketi,içindəki hədiyyə ilə birlikdə Günaya uzatdım.
-Ad günün mübarək Günay !!!
Paketin içindən hədiyyəni çıxarıb,üstündəki cığalanı qəzəbi halda cıraraq ətrə baxdı.Sonra gözlərini gözlərimə dikdi.Bu zaman gözlərindən iki damla yaş axaraq biri ətrin üstünə, o biri isə yubkasına düşdü.
-Bu artıq mənim üçün gecikmiş ad günü hədiyyəsidir.
Təəccub dolu baxışlarla Gunayın ikinci cümləsini səbirsizliklə gözləyirdim.
-Əlləri ilə çiynindəki qırmızı yaylığı,barmağındakı üzüyü göstərərək,səncə bu nə deməkdir?!
Yadındadır sənə demişdim,atamın iş yoldaşı məni oğluna istəyirdi.Bax bu həmin gündür! Məni bir əşya kimi verdilər.Səsimi belə çıxara bilmədim.Çünki,güvəndiyim,arxalandığım heç kimim yox idi.Uşaqlıqdan çox gözəl bilirdin ki,səni dəlicəsinə sevirəm.Səndən ötrü hər şeydən keçərdim.Ailəmdən də.O birgöz otaqda da yaşamağa hazır idim.Sadəcə sənin təklifini,etirafını gözlədim.Yanlız bircə etiraf bir ömür boyu gözləməyimə bəs edərdi.Sənin isə laqeyidliyin, soyuqqanlığın bunları görməyəcək qədər kor etdi.Bu gün çətin anımda hər yerdə gözlərimlə səni axtardım.Sənin burda olmağın bəs edərdi ki,mən onlara “yox ” deyə bilim.
Sonra telefonundakı saata baxaraq,camaat dağılışır sən indi gəlib təbrik edirsən.Həyatda iki ən sevdiyim kişi məni bədbəxt elədi.Biri atam,biri sən.Arzum budur,ikiniz də bədbəxt olasınız.Bu sözləri deyib hönkür-hönkür ağlayaraq restoranın 2-ci mərtəbəsinə qalxdı.Pilləkənləri elə bir-iki addım qalxmışdı ki, geri dönüb əlindəki ətri göstərərək: “Məni ömür boyu kişi ətrinə aslı etdin”-dedi,ağlaya-ağlaya gözlərimdən itdi.
O pilləkənləri qalxdıqca gözlərim sanki fotosell idi.Hər saniyyəsini belə tutub qəlbimə ötürürdü.Zaman keçdikcə bu anlar gözlərimin qabağından keçməməsi üçün.
Bayaq həyacanla qalxdığım pilləkənləri indi əzabla əvəz edib geri düşürdüm.Gülümə deyə bilmədiyim söz “Atanı bilmirəm,Allah səni məndən almaqla bədbəxt etdi”
Birdə mütləq Günaygilin qonşuluğundan köçməliyəm.

Samir İsmayılov