воскресенье, 9 сентября 2012 г.

TƏHSİLİMİZİN “Oktay və Samirə” DEYİŞMƏSİ




Ölkənin firavan inkişafının əsas təməli,təhsilin keyfiyyətli olmasıdır. Çox təssüf olsun ki,mən bu gün təhsilimizdə nəyin ki, yerində saymaq,hətda geriyə getməsini müşahidə edirəm.
Təhsilimizdən 1% olsun başı çıxanlar bilirlər ki, Təhsilin bu gundə olmasının yanlız 10 % i Misir Mərdənovun gunahıdır. Gəlin 90% i başqa yerdə axtaraq.(Bu haqda 2-ci hissədə araşdıracam).
Bunu TQDK-nin sədri Məleykə xanım bildiyi halda yenə hər dövlət imtahanında şoular yaradır. Mətbuatda, televiziyalarda təhsil nazirliyin əleyhinə interviyu verir.Təhsil nazirliyinə qarşı hucuma keçmək,hər kəs üçün aydındır ki,Təhsil nazirliyinin səlahiyyətləri əlindən alınıb,TQDK-na verilsin. Misir Mərdənovu təhsilin kefiyyətsizliyində,korrupsiyada,qanunsuz universitetə uşaq qəbulunda ittiham edilir.Düzdür bu gün bir müəllimin Bakıda işləməsinə 5-10 min  manat arasında rüşvət istənilir.Ancaq onuda qeyd edim ki,TQDK-nin ətəyində də namaz qılmaq mümkün deyil.
Sizə başıma gələn bir hadisəni danışım.Düz bir il bundan qabaq mən ailəvi istirahət mərkəzinin birində adminstarator vəzifəsində çalışırdım.Söz vaxtına çəkər,avqust-sentiyabr ayı olardı.Təxminən axşam saat 8 radələrində,müştərilərdən biri mənə yaxınlaşaraq məndən xahiş etdi.(aramızdakı qısa dialoqu olduğu kimi çatdıracam).
-Salam Samir müəllim.Bu gün mənim mötəbər qonaqlarım olacaq.Xahiş edirəm personallarınızın xidməti,yeməklərinizin keyfiyyəti yüksək səviyyədə olsun.Hər nə istənilsə mütləq gətirilsin.
-Öz növbəmdə  məndə başımla təsdiqləyici işarə verərək,narahat olmayın,hər şey şəxsən mənim nəzarətimdə olacaq.Elə bu sözü deyib müştərini otaqdan yola salırdım ki,birdən geri dönərək( lovğalı şəkildə,özündən razı,sanki mənə demək istəyirdi ki,mən bilirsən kiməm) mənim qonaqlarımdan biri TQDK-nın mətbuat katibi Elnur bəy olacaq.Dostumun qızının tələbə biletini verəcək.
Bu sözləri eşidəndə yerimdə donub qaldım.Çünki məndə tələbə olmuşam. Bizə teləbə biletini 20 manata  unversitet veribdir.Bildiyim qədərdə bu TQDK-nın səlahiyyətləri kənarında olan bir şeydi. Əvvəlcə tam inanmadım. Yuxarıda qeyd etdiyim kimi, bəlkə müştərim özünü göstərir? Hər kəs kimi Elnur Nağızadənində haqqıdır restoranda oturub çörək yemək.
Budur hər şey müştərinın dediyi kimi, yüksək səviyyədə hazırlandı.Saat təxminən 10 radələri olardi ki, TQDK-nin mətbuat katibi hörmətli Elnur Nağızadə bizim istirahət mərkəzinə təşrif buyurdu.Şəxsən özüm qarşıladım və Elnur bəyi 4-cü kabinetə qədər ötürdüm.20-25 dəqiqə keçmişdi ki,Elnur bəy istirahət mərkəzini tərk etdi.Bunu deməyə əsas verir ki,Elnur bəy qonaqlıq üçün yox ,sanki, iş görüşməsi üçün gəlmişdi.O an düşündüm ki,müştərinin dediyində həqiqət ola bilər.Yenə tam inanmırdım.Çünki gözümlə görməmişdim.O vaxta kimi,azadlıq qazetinin 10 iyul 2012-ci il tarixinin,8-ci səhifəsində Millət vəkili Fəzail Ağamalının verdiyi müsahibəsinə qədər.
Stat: Məleykə Abbaszadə düşünməsin ki,onun apardığı qəbul,ideala yaxındır.Əgər bu gün tələbələrin 50-55 %-i öz biliyi ilə qəbul olunursa, 40 %-i müxtəlif üsullarla ən yüksək  yerlərə qəbul olunur.Bu faktdır......!
Bir millət vəkili bunu tam çılpaq şəkildə mətbuatda deyirsə,onda hörmətli Məleykə xanım, siz nə haqla başqa qurumda nöqsanlar axtarırsınız ???
Hər yay mən azadlıq və musavat qazetlərini oxuyanda, 2 məmurun bir-birinə ittiham yağdırması, ans kanalındakı “De Gəlsin”də Oktay və Samirə deyişməsi gözlərimin qabağına gəlir.Sanki burada musavat və azadlıq qazeti klarnet və sintizatorda müşayyət edirlər.
Mənim hər iki nazirə yazığım gəlir.Bunlar anlamırlar ki, belə nöqsanları, rəqib  cəbhənin qazetlərində ittiham yağdırmaqdansa,eyni masa arxasında oturub çözmək daha məqbuldur.Siz bir –birinizin üzərində qazandığınız “şəxsi qalibiyyəti” əslində üzv olduğunuz partiyanın ümümi məğlubiyyətidir.Müxalifət qazetləri  kimin haqli kimin haqsız olduğunu ictimayyətə göstərmir.Bunu qazetlərində yazarkən millətə baxın görün ,sizin iqtidarın nazirlərinə.....Belə göstərməkdə də  haqlıdırlar...!
Bu hadisələr belə davam edərsə nə ilə nəticələnəcək, gəlin bunu araşdıraq.Tarixə nəzər salsaq görərik ki, keçmiş Əhalinin Sosial Müdafiyə naziri Əli Nağıyevdə Misir Mərdənovun üstünə hucuma keçmışdi.Nəticədə Əli Nağıyev 2006 –ci ilde işindən uzaqlaşdırılaraq Belarusyaya səfir göndərildi.Bu hakimiyyət həmişə öz nazirlərini sınaqdan keçirir.Əvvəlcə ona “volya ”verir,get qabağa.Eləki həddini aşaraq başqasının işinə müdaxilə edirsə həmən an o nazir,yaxşı halda səfir,pis halda isə zindana göndərilir.
Ataların gözəl məsəli var.Mən ölü siz diri....Yaxşı halda mən zindanda,siz azadlıqda.Görəcəksiniz ki,nə qədər bu iqtidar hakimiyyətdədir, Misir Mərdənov təhsil naziri olacaq.Bu hadisələr yenə deyirəm belə davam edərsə Misir Mərdənovdan qabaq Meleykə xanim vəzifəsindən uzaqlaşdıracaqlar.

II-Hissə.....Cəhənnəm Müəllimlik...

Yuxarida qeyd etdiyim kimi,gəlin təhsilin probleminin 90% ni araşdıraq.Dövlət imtahandan bir azda olsa başı çıxanlar məni anlayacaqlar.
Bildiyimiz kimi universitetə imtahan verərkən,ixtisasımızı özümüz seçirik.Buna təhsil nazirliyi müdaxilə edə bilmir.Hamınıza sual verirem, mənə elə bir tələbə göstərin ki, 700,600 ən pis halda 500 balla Azərbaycan Müəllimlər ins  seçsin.?....Əsla tapa bilməzsiniz.
Bu gun yüksək bal toplayan tələbə,Gömrüyü,Vergini,Turizmi,Bankla əlaqədar olan ixtisasları,Huququ,Beynəlxalq əlaqələri seçirlər....Niyə?.....Çünki yüksək bal toplayan tələbə düşünür ki,bu ixtisasları seçsə gələcək sosial təminatı yaxşılaşacaq..
Gəlin görək müəllimlik ixtisasını kimlər seçir.Buna keçməmışdən qabaq,sizə maraqlı hadisəni danışım.
Bizim kənddə Cəhənnəm Əhməd adında zurna çalan bir musiqiçi vardı.Sizin kimi mənədə maraqlı gəldi ki,Niyə Əhmədin ləqəbi cəhənnəmdir?Bu haqda atama sual verdim.Atam bu cəhənnəm Əhmədin maraqlı tarixçəsini başladı mənə danışmağa.
-Oğul ! Biz tərəfdə toy olanda, o toyun hörmətli qonaqları həmişə məşhur aşıqlar olurmuş.Kim toy eləyəndə deyirlərmiş, gedin filankəs aşığı,behmankəs aşığı dəvət edin gəlsin toyumuzu şənləndirsin.Gedib geri qayıdırlarmış ki,həmən aşıqlar başqa kənddə toya gediblər.Əlacları kəsiləndə deyirlərmiş,cəhənnəm gedin zurna çalan Əhmədi çağırın gəlsin.Bax burdan qalıb Cəhənnəm Əhməd.
Cəhənnəm Əhmədlə indiki müəllimlik ixitsasının tarixçəsi eynidir.
Mən instituta iş verəndə 8 ixtisas seçməli idim.Təbii ki,yüksəkdə yuxarı yerləri yazdım. 8-ci yerdə atam belə bir söz dedi.Oğul mən sənin ixtisas seçiminə qarışmaq istəmirəm.Ancaq mən belə başa düşürəm ki, ən axırda müəllimlik ixtisasını seçsən  yaxşı olar.Birdən balın az olar, cəhənnəm müəllimliyə qəbul olarsan.Çöldə qalmaqdan bu yaxşıdır.Atamın dediyi kimidə oldu. Mən cəhənnəm müəllimliyinə qəbul oldum.Mənim kimi müəllimlərin çoxu ixtisasını belə seçib.Yəni  müəllimlik bizim çöldə qalmamağımız üçün siğortamızdı.Burda Misir Mərdənovun nə günahı var?
Prezident müəllimlərin sosial təminatını yaxşılaşdırsa,orta məktəb müəllimi 800-1000 manat,universtet müəllimləri 1000-1500 maaş alsa o zaman 700,600 bal toplayanlar birinci yerdə müəllimlik ixtisasını seçərlər.Yoxsa mənim kimilərinin müəllimlik peşəsində nə iti azib ?!
İndiki halda isə savadlı müəllimlər  özəl kurslarda dərs keçirlər...
Bu problemin əsas mahiyyəti müəllimlərin sosial təminatını yaxşılaşdırmaqdır.O zaman yüksək səviyyəli ixtisaslı kadrlar gələcək.İlbəil təhsilimiz inkişafa doğru gedəcək.Təhsilimizin inkişafı həkimliyin,muhandisliyin və.s bütün sahələrin paralel inkişafı deməkdir.
Yoxsa kiçik düşüncələrimizlə Misir Mərdənovu çıxartmaqla təhsildəki problemin həlli demək deyil.İnandırım sizi Misir Mərdənovu çıxarıb  yerinə avropa ölkəsindəki təhsil nazirin qulağından tutub gətirsəniz belə yenə məktəbdə cəhənnəm müəllimləri fəaliyyət göstərəcək....Təhsilimizin inkişafi fərdiyyətin çıxmasından yox maddiyətdən aslıdır.

Hörmətlə: Samir İmranoğlu İsmayılov

понедельник, 3 сентября 2012 г.

MİLLƏTİN ŞƏRƏFİ İLƏ OYNAMAYIN,YOXSA................

( Xanımlar üçün bu yazını oxumaq qəti qadağandır.....SÖYÜŞ VAR )

31 avqust təxminən 1:50 radələrində,mən evdə komputer arxasında əyləşib facebookda qurdalanırdım. Bu an bir jurnalistlə Ramil Səfərovun şəkilləri səhifələrdə paylaşıldı. Şəklin üstündə, Ramil Səfərov Bakıda,sözləri yazılmışdı. Bunu gördükdə nə hisslər keçirdiyimi yanlız Allah bilir. Orqanizmdə sanki,patoloji dəyşiliklər baş verirdi. Barmağımın ucu keyiyir,ürək döyüntülərim isə artırdı. 26 yaşımda ilk dəfə idi ki, gözlərim sevinc yaşlarına qərq olurdu.
Tez şəkli facebookdan komputerin yaddaşına atdım. Başladım şəkli böyütməyə .Birdən mantaj,fotoşop olar? Şəkildə nə qədər təbiiliyi görsəmdə yenə inanmırdım.O zamana kimi, prezidentin şəxsi saytında,Ramil Səfərov haqda verilən sərəncamı görənə kimi.Sevincimdən göylərdə uçurdum.İlk növbədə ailəmə gözaydınlığı verdim. Sonra həyətə çıxdım,həyətdə yas çadırı qurulmuşdu. Çadırın qabağında 50-yə yaxın kişi vardı. Orda kiçik bir nitq söylədim. Gözünüz aydın olsun,bu gün vətən oğlu Ramil Səfərov Bakıda,azadlıqdadır. Hər kəsin üzü güldü.Matəmlərini unudub mənim kimi onlarda sevinirdilər. O zaman anladım ki,ümumimilli sevincə görə,şəxsi matəmi unutmaq olarmış.
Kaş bunu bizim müxalifətdə anlayaydı. Düşünürdüm ki,Azərbaycanda hər kəs 7-dən 70-ə kimi hamı sevinəcək.Müxalifətli iqtidarlı hamı bir-birinə göz aydınlığı verəcək...
Üstündən bir gün keçməmiş,Xədicə və Elnur Astanbəyli, kimiləri Ramilin üstündən murdar siyasətlərini yeritdilər.
Guya Ramil Səfərovun gəlişi prezident seçkilərinə hesablanıb. Bəli bunu siz deməsənizdə hamı bilir ki,bununla prezidentin müəyyən faiz reytinqi qalxdı. Kaş bu prezidentin bütün şəxsi maraqları,millətin maraqları ilə üst-üstə düşəydi.
İndi sual verirəm sizə: 20 ildən çoxdu bu iqtidar hakimiyyətdədir. Hər 4 ildən bir bu iqtidar Ramil Səfərovu Macarıstandan gətirib prezident seçilir,?
Ey bədbəxtlər iqtidar nə qədər bu millətə zülm eləsədə heç vaxt bu milllət qalxmayacaq ayağa. Çunki bu millət bilir ki, güvənəcək müxalifəti yoxdu....Mən siz müxalifəti 14 yaşimdan tanıdım.2001 ci ildə həmən musavat qazeti idi ki,Bəxtiyar Vahabzadəniin anası ermənidir,adli yazi yazmişdılar...O zaman sizlərin qanınızda qarışıq olduğunu bildim....Gör nə qədər biqeyrət olasan ki, 20 yanvar hadisələrinda Bəxtiyar Vahabzadə öz ölümünün fərmanını verərək Sovet geniralı Dubinyakın üzünə tüpürmüşdü.İndi mənə deyin sizinmi ananiz ermənidir yoxsa Bəxtiyar Vahabzadənin? Buna görədə Ramil haqda dediklərinizi çox təbii qarşıladım. Sizdən bunuda gözləmək olardı.
Damarında türk qanının axdığına şüphə etdiyim Xədicə İsmayilova deyir ki,mən Ramili qəhraman hesab etmirəm. 1-cisi cəhənnəmə et gora et. 2-cisi yaxşı ki, sən Ramili qəhraman hesab etmirsən,yoxsa qəhramanlıq millətin gözündən düşərdi.
Ramilin erməni dığasını silahsız vəziyyətdə,yatdiğı yerdə öldürməyi insanlıq hesab etməyənlərə deyirəm....Nə olub insanlığınız erməni diğasına görə dombalıbdır,?
Bəs Xocalıda o südəmər uşaqların əlində silahmı vardı? Həyasızsınız! Üzümə durarsınız ki vardı. Bes ana bətnində olan körpənində əlində də silah vardı?
Özünü huquq keşiyçisi,vəkil adlandıran Aslan İsmayılov(bu insana şəxsi hörmətim vardı,cox tessuf olsun.) öz profilində millətin qabağına maddələri tökərək guya Ramil Səfərovun azad olması qanunsuzdur,?
Aslan bəy siz oturun,indi mən sizin qabağınıza 1993-cu ildə BMT-nin təhlükəsizlik şurası 822,853,874 və 884 saylı qətnamələrini qoyum....! Buna necə dözürsünüz? Və ya beynəlxalq hüquqdan danışarkən,Norveçdə 77 nəfəri müsəlman olduğu üçün öldürən Breivikə 21 il cəza təyin edilməsi,budurmu beynəlxalq huquq? Avropa məhkəməsi Breivikə 21 il cəza təyin edəndə hansı halı cəzasını yungulləşdirilməsi kimi götürüb? Yoxsa o ölən 77 nəfər Qarabağda Breivikin yaxınlarını öldürmüşdü?
Elnur Aslanbəyli haqda heçnə yazmayacam və əksinə ona təşəkkür edirəm.Çünki azadlıq qazetinin 2 sentiyabr buraxılışının 8-ci səhifəsində,öz şəkli və yazısını çərçivəyə salaraq,lap başda ” AXIRINCI YOL” sözünü yazmışdı.O öz yazısı ilə “axırıncı yol”da olduğunu deyirsə,mənim ona təşəkkurdən başqa bir sözüm qalmır.
Sonda olaraq: UNUTMAYIN!!! Ramil Səfərov erməni dığasını öldürərək Bayrağın Şərəfini qorudu.Ramil Bayrağın Şərəfini qoruyarkən Özü bu Millətin Şərəfi oldu.
Sizə məsləhətim....
Millətin Şərəfi ilə oynamayın,yoxsa, Millət sizə başqa şey verər.....Oynatmağınız üçün.!

Müəllif Samir İmranoğlu

четверг, 30 августа 2012 г.

QIZ UŞAĞINIZI DOĞOLARKƏN ÖLDÜRÜN !!!


Gecə saat 3.Yata bilmirəm.Elə bil yuxum ərşə çəkilib.Başımı yastiğa qoyan kimi,qulağıma naməlum səslər gəlir.Əslində məlum olan səslərdi.Bu səs tənha qadının hıçqırıq səsləridir.Vicdanım məni məcbur edir
,Dur! Dur o eşitdiyin səsləri vərəqə köçür.
Ehhhhhhhh.......nə bilmək olar.Bəlkə o tənha qadın bu həyatını son olaraq,ömür vərəqinə köçürür,mənsə kağıza.
Gecə

saat 3-dur.Mən yazıma başlayıram, o isə..................
Bədbəxt qadın ərinin evə gəlməsini gözləyir.O ər ki,gecə hansısa tində şprisi damarına yerləşdirir.O ər ki,tfuyli həyat tərzi keçirir,sərxoşluq edir və ya ey-işrət məlisindən gözləri kor olub,ailəsini görmür.
-Budur mən yazımın ortasındayam...
-Tənha qadın isə döyülən qapını açır.Ər nəşəli və sərxoş halda evə daxil olur.Yaziq qadın ərinə baxaraq, gecə 4 –də qədər hardasan? Sualini verir......verməmiş olaydı.Yumruq açılır,qadın sərilir yerə.Təpiklər başına-başına vurulur.Ürək soyumur,keçir mətbəxtdən bıçağı götürüb qadının ürəyinə sancır..
-Yazımın sonu və bu yazdıqlarımı komputerə köçürürəm.
-O bədbəxt qadının ailəsi gəlir.Başına-dizinə döyərək.
Anası:Yaziq balam,dəfələrlə bizə demişdin ki,boşanmaq istəyirəm.Hər dəfə atanda-məndə ağzına vurmuşduq.Sənin ər evindən yalnız meyidin çıxacaq demişdik...Balam vayyyyyyyyyy......Şüvən qoparır.Atanın isə beli bükülüb.Qızızn ölməsinin səbəbkarı özü olduğunu anlayır.Vicdan sızıldar.Ancaq nə fayda...Kim sonrakı peşmançılıqdan fayda görüb?!
-Yazımı komputerin yaddaşına yazıb, yatıram.Sabah yuxudan duran kimi,yazımı facebookda paylaşıram.Bu zaman bəziləriniz “like” bəziləriniz isə şərh yazacaqsınız.
-O qadını isə cənazədə dəfn etməyə aparırlar.Budur qəbirstanlıq.O bədbəxt qadını qəbirə salıb üstünü torpaqlayırlar.
-Axşam saat 9 olur.Hamımız xəbərlərə baxırıq.
-Hansısa rayonun polis şöbəsinin müstəntiqi,kapitan Filankəsov Filankəs xəbər kanalına müsahibə verir:Dünən gecə saat 3-4 radələrində ər ailə məişət zəminində öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirmişdir.
-Hamımız o anda eyni şey fikirləşirik.Bəzilərimiz isə utanmadan dilimizədə gətiririk.Görəsən o qadın nə qələt edib ki,əri onu öldürüb.
O qadının yeganə azad olacaq ruhu idisə,bizlər onuda torpaqladıq....
Bura qədər çoxmu mübaliğədən istifadə etdim? Çoxmu şişirtdim? Hələ bu harasıdır?Mən hələ o qadının yetim qalan körpəsi haqda yazmıram.Anasız körpənın,üstəlik bu uşağın qız olduğunu belə təssəvür eləmək istəmirəm.
Məndən ziyan yoxdu,həyat şişirtməsin.....
II- hissə
Bu dəfə qızın ailəsi humanistlik edir.Övladının boşanmasına razılıq verir.Ancaq o humanistliyidə Allah kəssin.! Qız vaxtı həmən qadın o evi öz evi hesab edirdisə,indi əksinə Ata evidir.Münasibətlərdə dəyişir.Doğmalıqdan-yadlığa doğru.Əvvəllər atanın dizləri üstə böyüyən qız,indi atanın belınə yük olub.
Bir anlıq yenə təssəvür edin....Gecə saat 3-dür.Çıxmısınız balkona.Qarşınızdakı binanın yanlız 2 pəncərəsindən işıq yanır..
1-ci pəncərə: Boşanmış qızın anası əllərini göyə qaldırıb,Allahdan öz balasının xoşbəxtliyini istəyir.Allahım mənim qızım birinci ailəsi uğursuz oldu.Onu xoşbəxt edən,onu cani-könüldən sevən birisi ilə qarşılaşdır.
2-ci pəncərə: Subay bir oğlanın anası,əllərini göyə qaldıraraq,Allahdan öz oğluna “ağıl” istəyir.Mənim oğlum boşanmış bir qadına uyub.Onu düz yola gətir.Allahım...Hətta bu izdivacın alınmağındansa, oğlunun ölümünü belə Allahdan arzulayan analar var. Yoxsa dost-tanış içində necə gəzər,?
İndi hamınıza sual verirəm.Özünüzübir anlıq olsun Allahın yerinə qoyub,ədalətli qərar verin.Qərar verməmişdən qabaq,həmən qızı bacınız,həmən oğlanıda qardaşınız hesab edin.
Evlənmiş insanla subay insanın ailə qurması düzgün deyilsə,niyə 5 dəfə boşanmış kişilərə subay qızlarıızı verirsiniz?
Cəmiyyətin çürümüş düşüncələridir.
Ən qəribəsi də odur ki,bir dul qadın bilir ki,onu bədbəxt edən yaşadığı mühitin murdar adətidir.Bilir ki, bu adət onu bir ömür yanlız qoydu.Bunu bildiyi halda özüdə, öz oğlunun dul qadınla evlənməsinə imkan vermir.
SONDA OLARAQ: Bu həyat,bu ömür insana bircə dəfə verilir.Hər kəsin haqqıdır..Bu həyatda xoşbəxt olmağa.Hər boşanan qadın pis qadın deyil....Demeyin ki,yaxşı qadını boşamazlar.
Yox! Bunları anlamırsınızsa,o zaman qız uşaqlarınızı doğularkən öldürün.....
GÜNAHLARINIZ MƏNİM BOYNUMA ! ! !

Hörmətlə:Samir İmranoğlu İsmayılov

суббота, 25 августа 2012 г.

RAMAZAN BAYRAMINDA AYDA UTANIR!



(ürəyi zəif olanlar 2 dəfə oxusun.)
Bu yaxınlarda Ramazan bayramını yola saldıq getdi.Mən hər dəfə Ramazan bayramı gələndə,utanıram.Utanıram ona görə ki,bu müsəlmanlar 7-ci əsrdən bəri 1faiz olsun belə inkişafa doğru dəyişməyiblər.Utanıram ona görə ki,zamanla nəyin ki,yarışmaq,arxasınca belə sürünmürlər.
Hər il bu orucluq gələndə ümid edirəm,bəlkə bu il müsəlmanlar

inkişafa doğru dəyşilər..Ancaq nə xeyri, köhnə hamam köhnə taz.Elə ona görə də bu bəlkələr məni yeyib bitirir.
Bilirəm təzyiqiniz qalxdı.....Əsəbləşməyin axıra kimi oxuyun...!
Elə ki,Ramazan bayramı gəlir hər kəs evin tavanına çıxır ki,ayı görsün...Tərslikdən ayda çox vaxt görünmür..Deyəsən ayda mənim kimi utanır.Özünü gizlədir..
Dedim axı əsəbləşməyin....axıra kimi oxuyun..
İndi isə keçək fikirlərimin izahına.
1)O vaxt daha dəqiq desək 7-ci əsrdə Hz Məhəmməd Peyğəmbər təqvim və saatın olmamasına görə və ona alternativ olaraq,imsakın bağlanması,iftarın açılmasını günəş ilə,Ramazan ayının girib-çıxmasını isə ayla müəyyən edibdir.
Bu 21 ci əsr müsəlmanlarına əsas vermir ki,təqvim və saatın olmasına baxmayaraq yenədə ayla günəşlə oruclarını tutsunlar.
Şükürlər olsun ki,orucluq təqvimi ilə müsəlmanlar oruclarını saatla açıb-bağlayırlar.Günəşə baxmırlar...Yoxsa günəşdə utandığından gizlənərdi.
2)Hicri-Qəmər(müsəlman) təqvimini,müsəlmanlar Ramazan ayında özləri inkar edirlər.
Niyə?.....deyim səbəbini.
Bu il ramazan ayı(Hicri-Qəmər təqviminə əsaslanaraq deyirəm) İyul ayının 21-i girib.Avqustun 18-i Ramazan ayının axırıncı günü,avqustun 19-u isə artıq Şəvval ayına keçir...
Bəs mən bu müsəlman təqvimində Ramazan ayının nə zaman girdiyini və çıxdığını bilirəmsə,onda Aya baxmaq mənim nəyimə lazımdır,,,??????? Onda belə çıxır ki müsəlman təqvimi səhvdir........
Bilirsiniz nəyə bənzəyir.?! Avqustun 31-i axşamı mən çıxıb aya baxmalıyam ki, görüm ay görünürsə sentiyabrın 1-nə keçəcəm,yox görünmürsə elə avqustun 31-də qalacam... .Görün nə qədər gülünc vəziyyətdəsiniz...
3)İslam peygəmbəri HzMəhəmməd Məkkədən Mədinəyə hicrətinin başlanğıcını qəbul edən və Ayın yer ətrafında dövr etməsinə əsaslanan təqvim sistemidir. Ayın isə yer ətrafında tam dövrü 27 gün,7 saat, 44 dəqiqə, 3 saniyədir.(Ayin dövrünün tam dəqiqliklə yazmağımın səbəbi,elmin inkişafını sizlərə göstərməkdir.Cox güman ki bunu hesablayanlarda xiristianlardi..İndi baxın görün onlar hardadır,bizlər hardayıq).
Burdan bir sual ortaya çıxır.Ramazan ayı iyulun 21-i girib, avqustun 18-i çıxırsa və hesablayanda görürsən ki, Ramazan ayı 29 gündən ibarətdir..Ayın isə tam dövrü 27 gündürsə , Ramazan ayındakı 2 gün hardan çıxır,,,??????????
4)Bizim kitayski mollalarımız bayram günü gələndə,şiələr bu gün açsın,sünnilər sabah kimi bəyanatlar verirlər...və ya biz iranla gedirik nə bilim Türkiyəynən..Gör nə qədər geridə qalmışdıqdır...
O bədbəxt mollalar nə bilsin coğrafiyanı.....Bilsəydilər belə axmaq sözlər deməzdilər...Çünki hər bir dövlətin ərazi qurluşu,meridian üzrə yerləşməsi,saat qurşağı,şərq uzunluğu müxtəlifdir....Bunu o bədbəxtlər hardan bilsinlər ki, şərqlə-qərb arasında 1-gün fərq olduğunu...O bədbəxtlər hardan biləcəklər ki,Azərbaycan 3-cu saat qurşağında yerləşdiyini...
Sonda olaraq ey menim müsəlman qardaş-bacılarım, dünya gedişatını izləyərkən görmürsünüzmü niyə müsəlmanlar qırılır,,,???
Suriyada baş verən hadisələr demokratiyadirmı? ƏSLAAAAA.......
Müsəlmanların avamçılıqlarının tərənnümüdür,bəhrəsidir.Xiristianlarda müsəlmanların həmən zəif nöqtəsindən məharətlə istifadə edirlər.
Mən Azərbaycan dövlətinə 3 təklif vererdim...
1-ci...Dini dövlətdən ayırmasınlar..Qoy bu dini,dövlət arxasınca muasirliyə doğru aparsın...(daha doğrusu dindar vətəndaşları)...Çox geridə qalıblar.
2-ci...Mollaları məçitdən surgun etsinlər....İmkan varsa Azərbaycandan çıxartsınlar.....
3-cu....Orta məktəblərdə Quran dərsi keçirilsin.Qoy uşaqlar Quranla bərabər coğrafyanıda,fizikanıda,kimyanıda paralel öyrənsinlər...
O zaman cahillik aradan qalxacaq!!!!

Hörmətlə: Samir İmranoglu İsmayılov

четверг, 12 июля 2012 г.

AZADLIQ VƏ MUSAVAT QAZETLƏRİNİ OXUYARKƏN GƏLDİYİM NƏTİCƏ.


I-hissə........Müqayisə

Bu gün iqtidardan narazı olan millətin sadəlövh nümayəndələri,heç bir dəfə də olsun,çönüb müxalifətinizə baxdınızmı?
Bu gün Türkiyə iqtidarını bizim iqtidara örnək göstərən sadəlövh müxalifətçilər,heç olmasa bir dəfə də olsun Türkiyənin müxalifət liderlərini,öz liderlərinizə nümunə göstərdinizmi?
Mənim yaşadığım dövrə təsadüf edən,Tansu Çillər(PKK teror təşkilatının kökünü kəsən),Ecevit və Ərdoğan kimi,bu millətin 3 sevimli hökümətləri oldular.Necə oldu ki,türk milləti bunların heç birindən narazı olmadı?
Çünki CHP(Cümhuriyyət Halk Partiyası),MHP(Millət Hərakat Partiyası) kimi ana müxalifət partiyaları var.Dəniz Baykal, Kemal Kılıçdaroğlu,Devlet Bahçeli,kimi obyektiv,düzü –düz,əyrini-əyri deyən müxalifət liderləri var.
Türkiyə iqtidarı dərk edir ki,nəyisə yanlış etsə qarşısında ana müxalifəti görəcək.Ona görədə iqtidar müxalifət arasında sağlam rəqabət var.
Yoxsa bizdə iqtidar müxalifəti heç həşarat yerinədə qoymur.Görür ki,20-illik hakimiyyəti dövründə ,bir dəfədə olsun müxalifət iqtidarın nə daxili siyasətini nədəki xarici siyasətinə müsbət rəy bildirməyib.İndi sual verirəm hər birinizə,20-illik hakimiyyəti olan iqtidarın bir dəfə də olsun bu millətin xeyrinə 1 siyasəti olmayıb?
Mənim o biri yazımda işlətdiyim bir cümləni heç vaxt unutmayın...!
Sağlam müxalifəti olan millətin,sağlam iqtidarı olur!!! Bu bir aksiomdur...

II-hissə.....Utanmasan oynamağa nə var

Bu müxalifət liderləri iqtidardan nə istəyir? Bunu araşdıraq.....
Bütün günü qazetləri bar-bar bağırır ki,bizlər iqtidardan demokratiya,azad seçki istəyirik.İsa Qənbərin,Əli Kərimlinin haqqı varmı bunu istəməyə????Demokrtiyanı o adam istər ki,özü başdan ayağa demokrat olsun.
Yenə sual verirəm hər birinizə.Musavat partiyası İsa Qənbərin nəslindən ötürülüb? Yoxsa AXCP partiyası Əli Kərimlinin nəslindən qalıb?
Hər partiya 5 ildən bir qurultay Keçirilməlidir.Bu qurultayda partiya daxili seçkilər keçirilir,partiya sədri təyin edilir.Necə olur 20 ildir İsa Qənbər bir partiyanın başqanı olur.Budurmu demokratiya....?
Bu gün iqtidarı Elçibəyin düşməni hesab edən dar düşüncəli,zavallı bəzi gənclərimiz.Nə tez unutdunuz Elçibəy sağıkən,Əli Kərimli AXCP partiyasını 2 yerə parçalayıb özünü AXCP-nin sədri kimi elan etməyini.İndi Əli Kərimli utanmadan Elçibəy ideologiyasından danışır....

III-hissə......İctimai yoxsa şəxsi mənafeyini güdən palata.

3ay içində müxalifət liderləri öz iç üzlərini tam şəkildə göstərə bildi.Əqidələri kor olan bəzi gənclərimiz bunu görə bilmədi.
20-illik müxalifət olasan,Evrovision qabağı İctimai palata yaradasan.Görəsən 20- ildir bu ictimayətin heç bir problemi olmayıb???Ən böyük alçaqliqları bu oldu.İctimai palatanın funksiyası – ictimai problemləri ictimai palatada müzakirə edib,ictimayətə bu haqda bəyanat yayasan.
Evrovision ərəfəsində daha dəqiq desək mart,aprel,may aylarında xaricdə iran,daxildə müxalifət 10larla aksiyalr keçirdilər.Başqa vaxtı bu iqtidar ya aksiyalara icazə verməz,yada ki,Bakının ən ucqar yerini təklif edərdilər.Bu dəfə mən özüm gözləmədiyim halda iqtidar Kiristal Zala yaxın yeri,20-ci sahəni verdi.Muxalifət yenə öz ampulasında qalaraq,bu yerədə mız qoydu.Hər nə isə keçək aksiyalara.....
Aksiyada İctimai palata millətin ümummilli maraqlarına hesablanmış bəyanatlar yayırdılar.Sulutəpə və Keşlə qəsəbəsində yaşayan sakinlərin evləri sökülməsin.Sökülənlərə isə konpensasiya ödənilsin.Elə ki,Evrovision qutardı,ordan iranın səsi kəsildi,burdanda ictimai palatanın....Nə oldu millətə konpensasiya ödənildiyi üçünmü İctimai palatanın səsi Allah kəsmiş kimi kəsildi.Yoxsa söküntülərmi dayandı?????
Sonra başladılar ki,Musavat partiyasının 94-illiyi ilə əlaqədar qurultay keçirilsin.İqtidara müraciət olundu.Prezident Administrasiyasının ictimai-siyasi şöbasinin müdiri Əli Həsənov dəfələrlə rəsmi açıqlama verdi ki,biz müxalifətə yer verməyə hazırıq.Müxalifət bu dəfədə şou yaradaraq,Gürcüstan prezidentinə yer üçün müraciət etdilər.
Musavat qazetin hansısa sayında jurnalist millət vəkili Siyavuş Novruzova belə bir sual verir.
-İqtidar niyə Kristal Zalı qurultay üçün müxalifətə vermir?
-Siyavuş Novruzov yenə həmişəki kimi,özünə məxsus cavab verir-Kristal Zal şou üçün nəzərdə tutulmuş bir məkandır.Musavat 20 minlik yeri neyləyir?Mahnı oxuyacaq yoxsa oynayacaq?
Jurnalist:-Musavat Gürcüstan prezidentine yer üçün müraciət edib?Buna fikiriniz?
Siyavuş Novruzov:-Bu yenə də musavat tərəfindən ucuz bir şoudur.Elə düşünürləri ki,bunu etməklə Azərbaycan iqtidarının imicinə xələl gətirəcəklər.Guya dünya ictimayəti görsün ki,Azərbaycan muxalifətinin qurultay keçirilməsinə iqtidar yer verməyib.
Sonda Siyavuş Novruzov siyasi proqnozda verir.(Çox keçmir ki, verdiyi proqnoz öz əksini tapır).Musavat partiyası 2013 ci ilin oktyabr ayına kimi (prezident seçkiləri) qurultay keçirməyəcək.Qurultay keçirilsə partiya daxili seçkilər keçirilməli,partiyaya yeni başqan təyin edilməlidir.Buna da İsa Qənbər getməyəcək.
Səhəri gün yenə Əli Əhmədov rəsmən qeyd edir ki,iqtidar muxalifət üçün Kristal Zalı verməyə hazırdı.
2 gündən sonra Siyavuş Novruzovun verdiyi proqnoz öz əksini tapır.Musavatdan cavab gəlir ki,biz daha iqtidara yer üçün müraciyət etmiyəcəyik.Bununlada qurultay məsələsi oktyabr ayına qədər dəfn edilir.

IV-hissə......Vahid namizəd

Azərbaycanda hörmət etdiyim palitoloq Ərəstun Oruclu İctimai palatada(çox üzüldüm belə ağıllı adamın,ağilsızlıq edib i.p üzv olub.) belə bir təklif irəli sürür ki,İctimai Palatada bütün müxlifət liderləri bir masa arxasında əyləşib,vahid namizəd ilə bu iqtidara prezident seçkilərində rəqib çıxmalıdırlar.Yox bunu etməsəslər birinci mən bu palatanı tərk edəcəm.
Əslində çox ağıllı təklif idi.1 gün keçmir , İsa Qənbər və Əli Kərimli bəyanat yayır ki,bu təklif çox ağılsız,lazımsız,bu gün üçün lazım olmayan təklifdi.
Eziz dostlar bu yazdıqlarım sizə bir şey demirmi???Görmürsünüz bu liderləriniz kreslo üstündə mübarizə aparırlar????
Bu yaxınlarda “Talişı sədo” qazetinin redaktoru Hilal Məmmədov İrana cəsusluqda ittiham edilərək,MTN- tərəfindən tutulub.Qısa arayış verim ki,bundan qabaqki,redaktorda eyni maddə ilə ittiham edilərək tutulub,türmədə özünü intihar edərək öldürmüşdü.Talışo Sədo qazetini oxuyanla bilir ki,o qazet sırf Azərbaycan eleyhinə buraxılan bir qazet idi.Məqsəd talışlarla bizlər arasında çaxnaşma yaratmaq,talışları seperatçılığa cəlb olunması üçün maariflandirilirdi.Adicə o qazetdə bir şeyi sizin diqqətinizə çatdırım ki,Babəkin talış olduğunu iddia edirdilər.Özləri bilə-biləki Babək bəz qalasında döyüşüb,o qalanında Naxçıvanda yerləşdiyi halda ,heç bir əsası olmayan faktlarla,Babəkin talış olduğunu subut etməyə çalışmışlar.Hələ mən bunu oxuyandan sonra,zarafatla Şah İsmayıl Xətainin Qərbi Azərbaycandan olduğunu demişdim.:-)))))))))
Bunları yazmaqda məqsədim Azadlıq qazeti Talişi Sədo qazetinin redaktoru Hilal Məmmədovu Vicdan məhbusu hesab edir və onun şəklini Azadliq qazetinin 3-cü səhifəsindəki,siyasi mahbusların ortasına qoyublar.Bax budur sizin müxalifətiniz.şəxsi mənafeyini milli maraqlardan,millətin təhlükəsizliyindən üstüntün tutması.Məqsədləri budur ki,guya bunu etməklə prezident seçkilərində talışları öz ətrafına çəkəcəklər.Fərqi yoxdu o şəxs kim olur olsun,istər vətən xaini olsun, istər qatil.

V-hissə..... Yenilik istərəm

Bu gün həqiqəti deyim ki,iqtidarın daxili siyasətini qənaətbəxş hesab etməsəmdə,xarici siyasətini çox bəyənirəm.Biz coğrafi qurluşuna,yerləşdiyimiz əraziyə,Allahın bizə verdiyi qonşularımıza görə bədbəxt millətik.Şimaldan Napolean vəsiyəti ilə yaşayan Rusiya, tarixən bizə düşmən mövqesində olub.Qərbdən ermənistan diğaları.Şimal-qərbdən Gürcüstan bizə düşmən olmasada,dostda deyil.Cənubda,Müsəlman olduğu üçün utanığım İran dövləti.Şərqdən türk olan,qanı qanımızdan olan Türkmənistan,Xəzərdən qan iyisi gəlir deməsi.Belə bir qonşularımızla 20 ildiki firavan yaşaya biliriksə bu iqtidarin xarici siyasətinin mükəmməliyindən xəbər verir...Yenədə bu iqtidardan yaxşi iqtidar istəyirsinizsə onda muasir düşüncəli bir müxalifət yaradin....Bu iqtidardan qabaq indiki muxalifet deyildimi hakimiyyətdə???Tezeden hakimiyyətə onlar gəlsin,indi ki iqtidarda tezeden 20 il onlara müxlifət olsun....Bunumu istəyirsiniz yerində saymaq....Belə inkişaf olmaz.

Hörmətlə:Samir İsmayılov

вторник, 3 июля 2012 г.

Bəxtsiz Taleyim


Bir məktub yazacam
Gizlincə...
Nə sənin adını deyəcəm,
Nə öz ünvanımı qeyd edəcəm.
Bir məktub yazacam,
Bəxtsiz taleyimdən.
Vusala çatmamış sevgimdən,
Bir gözəli sevdiyimdən.
Bu ilk şerimi yazacam.
... .....................................
Mən bir gözəl sevirəm,
Huri-mələkdir.
O,mənim ruhuma həmişə gərəkdir.
Anam eşitdikcə fərəhlənirdi,
Sən demə bu sevinc
İki dəqiqəlikdir.
Oğul səni görüm xoşbəxt olasan,
O sevdiyin qızla ailə qurasan.
Səndən çoxlu incimişəm mən,
Niyə indiyə qədər deməmisən sən ?!
Ana bir dayan!
Qoy sözlərimi bitirim tamam.
Sizə danışdığım həmən o mələk,
Əvvəl evli olubdur.
Üstəlik bir oğluda doğulubdur.
Qara bəxt içində boğulubdur.
Nə? Nə?
Evli olubdur???
Üstəlik bir oğluda olubdur???
Gör başıma gələnə bir bax?!
Mənim müəllim oğlumun danışığına bax!!!
Sən heç utanmırsan?
Dost-tanış içində necə gəzsin atan?!
Gəl bu səhvi etmə amandır,
Bizim ailəmizin axırı, sonra yamandır.
Qohum-əqrabadan eylə ar,
O qız səni,özünə eyliyib şikar,
Gəl bu hiylədən ol sən aşikar.
Ana qurban olum yetər bəsdir!!!
Atam içəri girərək,
Bu nə yüksək tonlu səsdir?!
Ata-ana! Qızın bu sevgidən xəbəri yox.
Onun dağlar boyda problemi çox.
Oğlunuz o qıza heç layiq deyil,
O bir günəşdir bunuda bil.
O mənim sevgimi qəbul etməz,
Çunki o məni heç sevməz.
Atam: Oğlum ağlını başına topla,
Gəl malı-mala qatma.
O evli olmuş bir qadın!
Sənsə subay bir oğlan!
Hansı evlilikdən danışırsız siz.
Ata-ana heç bilirsiniz...?
Oğlunuz neçə qadınlarla buraxdığı iz,
Hansı bakirəlikdən danışırsınız siz?!
Atam: Hə nə olsun.
O cəmiyyətdə qəbahət deyil,
Nəyin ki,evli qadınla bunu bil.
Anam gəldi keçdi sağıma,
Sonra soluma.
Dedi:Filankəs-behmankəsdə,
Bir cüt qız var.
Biri müəllimədir,biri isə həkim,
Hələ üstəlik atası da hakim.
Gəl onlardan birini seçək,
Atanla mən elçi gedək.
Ana ay ana!!!
Mənim mələyimin qaşları kaman,
Kiprikləri ox,
Qəlbimdə ondan başqa heç kimə yer yox.
Atam qəzəbi halda.
Səninlə bir şərtim var.
Sən o qızla evlənəcəksən?
Onda bu evi tərk edecəksən.!!!
Ata-ana mən sizi heç kimə dəyişmərəm,
Öz xoşbəxtliyimi sizə qurban verərəm.
Amma mənimdə sizlərlə bir şərtim var,
O qızdan başqa heç kim olmayacaq yar,
Yoxsa bu evi tərk edərəm həmən an.
Ürəyim bu sevgidə qınamasın,
Tanrım belə imtahanlarla sınamasın.
Bununla hekayəm yetişdi sona,
Qoy Allahım yar olsun ona.....
Müəllif:Samir Ismayilov

воскресенье, 24 июня 2012 г.

QANLI KƏNDİN ƏHVALATI.



Biri vardı,biri yoxdu.Bir gözəl məmləkətin ucqar bir kəndi vardı.Rəvayətə görə bu kəndin iqlimi mülayim,torpağı o qədər münbüt imiş ki,bir meyvə yeyib özəyini yerə atsan,gələn il böyük bir meyvə ağacı əmələ gələrmiş.Bir söznən kəndlilər çox gözəl,firavan,bolluq içərisində yaşayarmışlar.Ta ki,kənddə iki tayfa başçısı arasında,taxıl bölüşü zamanı yaranan mübahisə,tayfa başçısının birinin oğlunun ölümünə qədər.Bununlada kəndin xoşbəxt günlərinin ömrü kəsildi.
Tayfalar arasında illərlə baş verən qan davası,sanki,Allahın qəzəbinə tuş gəldi.İllərnən kənddə yağışın yağmaması,çayların quruması,torpağın səhralığı buna deməyə əsas verirdi.Tayfa başçıları o qədər cahil idilər ki,hər il bu torpağı canvanların qanları və anaların göz yaşları ilə suvarırmışlar.Artıq kəndlilərin cəhalət içərisində yaşamaqları,bu ildən gələn ilə sağ qalmalarına ümid azalırdı.
Hə birdə bu tayfalar arasında yazılmamış bir qanun vardı.Kim düşmən tayfasından qız alsa və ya qız versə,həmən, o iki gənc ölümə məhkum idi.Ancaq bu bədbəxtlər nə bilsin ki,sevginin qarşısını ölüm belə ala bilməyəcəyini...!
Sirac adında uca boylu,enli kürəkli,bir dağ parçası kimi oğlan vardı.Bu gənc düşmən tayfasından,bir incə bel,üzü aya bənzər Gülər adında bir qızı sevirdi.Bunlar hər gün meşəyə gedib ağacın üstünə S+G=LOVE yazarmışlar(Düzdü o vaxt ing dilini bilmirdiler,sadəcə bir zarafat üçün yazdım ))))).Birdə əllərini göyə qaldırıb Allahdan ölümləri üçün yox ayrılmamaqlarına görə dua edərdilər.Çünki hicran ayrılığı ölümdən betər idi.
Bu qalsın burda,sizə kimdən deyim ,kimdən danışım....Qonşu kənddə yaşayan bir məşhur bir oğrudan.Bu oğru o qədər məşhur imiş ki,bütün məmləkət onun oğurluğundan ağız dolusu danışardılar.Deyilənə görə çobanın qabağında sürünü elə oğurlayarmış ki,çobanın ruhu belə inciməzmiş.Ogru olmağına baxmayaraq dünya görmüş ağıllı bir insanmış.
Bir gün həmən bu oğru qoçularını yığıb yanına məşvərət keçirir.Bu axşam qonşu Qanlı kəndə(qan davasına görə kəndin adı Qanlı kənd adlandırıb) oğurluğa gedəcəyik.Axşam olur oğrular kəndə daxil olurlar.Qarşılarına bir inək çıxır.Qoçular istəyirlər ki, oğurlasınlar,həmən, məşhur oğru buna icazə vermir.Əmr edir ki,o inəyin quyruğunu kəssinlər.Qoçular təəccub içərisində bir-birinin üzünə baxıb,inəyin quyruğunu kəsib,kor peşman geri qayıdırlar.Oğru yenidən məşvərət keçir.Bilirəm ki,hamınız təəccüb içindəsiniz.Qırx illik oğruluğumda bir dəfədə olsun əli boş geri qayıtmamışam.Sabah tezdən yenə o kəndə gedəcəyik.Qanlı kəndin camaatı özləri bizə çoxlu mal-qara verəcəklər.Sadəcə bir az səbirli olun.
Səhər açılır.Təzədən Qanlı kəndə yola düşürlər.Gördükləri mənzərə qoçuları dəhşətə gətirir.Bütün kəndin cavanları əllərində tüfəng,bel,nizə,hazır vəziyyətdə durublar.İki düşmən tayfanın ağsaqqalları mübahisə edirlər.
Həmən bu oğru yaxınlaşır,ağsaqqalların yanına.
-Salam Əleykum.
-Eleykum Salam.
-Nə olub nə mübahisədir?
Ağsaqqallardan biri,sözə başlayır.Bu gecə düşmən tayfasından kimsə bizim əraziyə keçib,məftildən asılmış qadınlarımızın paltarını cırıb,inəyimizin quyruğunu kəsib bizlərin namusuna sataşıblar.
O biri tayfanın ağsaqqalıda and-aman edir ki,biz neçə ildi ki düşmənik.Bir dəfədə olsun belə alçaqlıq etməmişik.
Bunları eşitdikcə oğru qəh-qəhə çəkib gülürdü.Mən sizə deyərəm bunu kim edib,ancaq 2 şərtim var.
Ağsaqqallar bir-birinin üzünə baxaraq buyurun dedilər.....
-Birinci şərtim odur ki,bu aranızdakı qan davası bitəcək.Bir-birinizə qız alıb, qız verəcəksiniz.!!!
İkinci şərtim odur ki,məni əli boş qaytarmayacaqsınız.10 baş inək, 50 baş qoyun verəcəksiniz!!!
Artıq bu tayfa başçılarıda bezmışdi.Bu səbəbsiz qan davası,cavanların ölümü,anaların naləsindən.
-Hər iki tayfa başçısı fikirləşmədən şərtlə razılaşdılar.
O,zaman quyruğu kəsik inəyi gətirin bura.Hamı təəccüblə bu oğrunun nə edəcəyini səbirsizliklə gözləyirdilər.
İnəyi gətirdilər.
Mən dünən sizin kəndə oğurluğa gəlmişdim.Gördüm ki,bu inək məftildən asılmış qadın paltarını yeyir.Mən qoçularıma əmr etdim ki, o inəyin quyruğunu kəssinlər ki,başqa inəklə dəyişik düşməsin.İndi isə bu inəyin qarnını kəsin.
İnəyin qarnını kəsdilər.Oğrunun dediyi kimi qadın paltarı inəyin qarnından çıxdı.
Bundan sonra iki düşmən tayfasının ağsaqqalları əl-ələ verib görüşüb öpüşdülər.Həmən bu oğru kəndin mötəbər bir qonağına çevrildi.İlk toy Sirac ilə Gülərin toyu oldu.Yeddi gün yeddi gecə davam etdi.Bu sevincə Allahda şərik oldu Göydə şimşək çaxması,yağışların yağması,çayların daşması,torpağın yenidən münbütliyə qayıtması Allahın bu kəndə ən böyük hədiyyəsi oldu.
Sonda olaraq göydən 3 alma düşdü.Biri “like” edənin,biri “comment” yazanın,biridə”paylaşanın”.
****************** S O N ****************
Müəllif:Samir İsmayılov

MÜƏLLİM VƏ MÜƏLLİMƏ ARASINDA FƏRQ !


Müəllim peşəsi Azərbaycan dilində cinsə görə bölünməsi məni uşaqlıqdan düşündürübdür.Müəllim deyərkən kişi,müəllimə deyərkən qadın olmasını bizə məktəbdə öyrədiblər.Buda başqa peşə ilə paradoks yaradırdı.Məs:Biz sürücü,jurnalist,həkim və.s deyərkən onların qadın və kişi olduğunu bilmirik.
Bəs onda necə olur ki,bu peşə cinsə görə bölünür???
Bu haqda uşaq olarkən Azərbaycan-dili müəlliməmə sual verdim.Müəlliməm bu sualı eşidəndə yalan olmasın 1 dəqiqə duruxsundu.Sonra yariciddi-yarızarafat, müəllim sayağı cavab verdi.Görünür bu söz bizim peşəmizlə əlaqəli olduğu üçün üstündə işləyiblər.Sonra vurğu belə gəldi,hecalar belə getdi, ahəng qanunu uyğunluqdan danışarkən onu hiss etdim ki,verdiyim sualdan müəlliməm əziyyət çəkir.İcazə istəyərək sinifi tərk etdim.Onuda deyim ki ,mənim məlliməm cavan olmağına baxmayaraq savadlı idi.Sadəcə onun yerinə hansı müəllim olsaydı o vəziyyətə düşəcəkdi.Səbəb isə o haqda düşünülməyən sual və qısa zaman kəsiyində verilən cavab insanı pis vəziyyətə qoyardı.
Hər nə isə bu minvalla məktəbi vurdum başa.Ancaq bu sualı,cinayəti açılmamış bir dosya kimi atdım arxivimə.
Məktəbi bitirdikdən sonra daxil oldum AMİ-nin 1-ci kursuna.Onda anladım ki,insanın ən böyük müəllimi HƏYAT imiş.Bu həyat mənim o çətin sualımı,çox sadə tərzdə vergülünə,nöqtəsinə,hərifi mənasına kimi baş(a)və ya(ıma) saldı.
Bütün müəllimlər bizi gülə-gülə qarşıladı.Əsasda Seyfəddin “müəllim”,Arzaxan “müəllim”, Əlisahib “müəllim”.Başladılar bizə “kitayski mələk”sifətlərini göstərməyə.Sizlər çoxunuz ailələrinizdən ayrı düşərək bu instituta qəbul olmusunuz.Burada kirayə tapmaq,yemək bişirmək,maddi çətinliyiniz ola bilər.Ona görədə bizləri özünüzə valideyn əvəzi hesab edib,nə çətinliyiniz olsa bizə müraciət ede bilərsiniz.Tələbələr bir-birinin üzünə baxaraq təəccüblənirdilər.Deyəsən bizlər Cənnət fakültəsinə qəbul olmuşuq.
Eləki 1-ci simestr başladı,həmən adını çəkdiyim müəllimlər çönüb oldular müəllimələr.Ancaq bir Zərifə adında xanım müəllimimiz vardı.Həmişə tələbələrə MƏNƏVİ ANA olmuşdur.Biz tələbələrdən ötrü dəfələrlə o adını çəkdiyim müəllimələrlə mübahisə edib haqqimizi tələb edirdi.Bu səbəbdən də o Xanıma Müəllim deyərək müraciət edirdim.
Bunuda qeyd edim ki, mənim fecebookdakı dostlarımın çoxu pedeqoqdurlar.Unutmayın ki,müəllim bir personalizmdir.Sizlər sinifdə haqqı bərqərar edən yer allahisiniz və heç vaxt nəyəsə görə əqidənizi vicdanınızı alçaltmayın.
SONDA OLARAQ GÜNÜN AFORİZMİ :Bu həyatda müəllimə olmaq asandir,çalışaq ki,MÜƏLLİM OLAQ.
Hörmətlə:Samir İsmayılov

понедельник, 18 июня 2012 г.

DILƏNÇİ UŞAQLAR

İşə gedib işdən qayıdarkən Bakının küçələrində,metrolarda nimdaş paltarda dilənçi uşaqlarla qarışılaşırıq.Nə qəribədir..! dilənçi və UŞAQ sözləri bir-birinə yaraşmadığı halda,bu fahişə dünya məzlum,günahsız uşaqların belinə dilənçi peşəsini şəlləyir.
Bilməm fikir vermisiniz?Onların gözlərinə baxarkən,adam qəribə bir ortama girir.O gözlər hər ona pul verən insanlara bunu deyir:
-Mənə verdiyin pulu İstəmirəm! İstəmirəm! İstəmirəm...
Məndə sənin kimi,sənin yanındakı ovlad kimi yaşamaq istəyirəm,oynamaq istəyirəm,qəşəng-qəşəng paltarlar geyinmək istəyirəm. Axı mən məcbur diləndirən valideynimi özüm seçməmişəm.
O gözlər bizdən imdad dilədiyi halda bizlər neyneyirik?
Başqa dilənçilərə verdiyimiz pulun 5 misli və daha çox dilənçi uşaqlara veririk.Çünki biz hümanist ürəyi yumşaq millətik axi...!
Bəzəzndə İlyas Əfəndiyevin “Məhv olmuş Gündəliklər” pyesindəki Ədalət tipajları kimi sevgilimizin yaninda 10-luqda veririk ki,qoy sevgilimiz bizim necə sexavətli olduğumuzu görsün.
Həm də biz fürsətdən istifadə edən milətik axı.
Çoxunuz düşünəcəksiniz ki,bizlər neynəməliyik? – bundan artıq əlimizdən nə gəlir axı?
Əlimizdən gəlmirsə o məsum uşaqları çirkabdan çıxarmaq! Heç olmasa o uşaqların başından basıb o bataqlıqlarda boğmayaq...!
Gəlin bir eksperment keçirək.(3-6 yaşlı uşaqlar arasında)
Bir əlimizdə maya dəyəri çox aşağı olan bir oyuncaq tutaq,o biri əlimizdə isə 100 manat.Uşaqlar təbi ki, oyuncağı götürəcək.Çünki,uşaqlar biz böyüklər deyil axı,maddiyatı hər şeydən üstün tutsun.
Onlar saf sevgini,onlara göstərilən mənəvi qayğını milyon manatlardan üstün tuturlar.
Unutmayaq ki,dilənçi uşaqlara verdiyimiz pulların əvvəzində..
1.Yuxusuzluqlarını
2.İstirahətini
3.Uşaqlıq illərini
4.Mənliyini
5.Qürurunu
6.Təhsilini
7.Sevgini
8.Utancaqlığını
9.Mərhəmətini
10.Şəxsiyyət kimi formalaşmasını(bu siyahını artırmaqda olar)
Bunları satın alırıq.
Vaxtı ilə böyük türk şairi Nazim Hikmət belə deyirdi: Gəlin dünyanı uşaqlara verək.
Sonda olaraq onu qeyd edim ki,lazım deyil gündə birimizin qoynuna girən fahişə dünyamızı uşaqlara verməyimiz.Sadəcə mümkünsə cocuqlarımızın saf,təmiz,dünyalarına girib dağıtmayaq!!!
Mümkünsə əgər,
Rica edirəm!!!

суббота, 2 июня 2012 г.

MƏN DOĞULANDAN EVLİYƏM

Öncədən qeyd etdiyim kimi,istədim mən “Xəyali Ailəm ” haqda yazam.Mənim ailəm 5 nəfərdən ibarətdir.Ailə başçısı olaraq mən,xanımım,birdə 3 uşaqlar.Xanımımın adı Kədərdi.O məni çox sevir.Heç zaman məni tək buraxmaz.Deyəsən məndə onu çox sevirəm,çünki,hər zaman onu düşünürəm.Sual verə bilərsiniz ki,siz nece oldu bir –birinizi sevib ailə qurmusunuz?Bu sualın cavabını özümdə bilmirəm.Bu yazının adında göründüyü kimi,mən doğulandan evliyəm və mənim evliliyim mənim yaddaşımın formalaşmasından qabaq olubdur.
Indi isə övladlarım haqda arayış verim.Böyük oğlumun adı Qəmdi,ortancıl oğlumun adı isə Dərdi.Allah hamınınzın övladını saxlasın.Axırırncı son beşiyim isə qızdır.
Düzü valideyn gərək övladları arasında heç bir fərq qoymasın.Amma nədənsə mən övladlarımın içində ən çox balaca şeytanım,qızımı çox istəyirəm.Onun adı isə Qüssədir.
Övladlarımda məni çox sevir.Birdə bu övladlarımın başqa uşaqlardan fərqi odur ki,gecələr onları atası yəni mən yatizdiram.
Hər tezdən səhər durub işə gedirəm.Axşam isə yorğun-arğın işdən qayıdıram evə.Yoldaşım Kədər işdən qayıtdığım vaxtı bildiyi üçün yeməyi bişirib hazır edər.Əlimi yuyub keçirəm stolun baş tərəfinə.Övladlarımda stolun sağ və sol tərəflərində əyləşərlər.Yoldaşım Kədər çox dadlı yeməklər bişirər.Ən gözəl yeməkləri isə zəhər,ağı,zuqqumdur.Yeməyimi yeyib qurtardıqdan sonra bir az televizorda xəbərlərə,sonra isə bir az komuterlə məşğul olaram.Axşam yatmaq vaxtı gələndə yerimə uzanıb bir kitabı bir az oxuyuram ki,böyük oğlum Qəm ağlaya-ağlaya qucağıma gəlir.Yarım saat onunla danışıram,oynayıram yatızdırıram.Qəmdən sonra ortancıl oğlum Dərd gəlir.Onuda bu minvalla danışdırıb oynadıb yanımda yatızdırıram.Gecə saat 2-3 də mənim balaca şeytan qızım Qüssə yuxudan durub ağlayır.Onuda sakitləşdirib yatızdıranda saat olur 4.Bax belə mənim və virtual ailəmin günü beləcə keçir.
Hə yaxşı yadıma düşdü.Mənim bir qonşumda var.Adı Xoşbəxtlikdir.Mənim düşmənimdir.Daha doğrusu mən onun düşməniyəm.Bu qonşu məni harda görürsə məndən qaçır.Heç mənə yaxın gəlmir.Səbəbinidə bilmirəm ki,niyə məndən inciyib.(Səbəbini bilsəydim və günahım olsaydı üzr istəyərdim.Ancaq nədənsə heçnə demir.)
Belə şeyləri görəndə,mənə elə gəlir ki, nisbi Xoşbəxtlikdənsə, sədaqətli Kədər yaxşıdır.
Sonda olaraq Dostlar,belə bir sözdə var.Subaylıq sultanlıqdır.Ehhhhhhhhhhhhhh............
Çox təəssuf olsun ki,mən o sultanlığın dadını görmədim.Çünki MƏN DOĞULANDAN EVLİYƏM.
Hörmətlə Samir İsmayılov

среда, 9 мая 2012 г.

HEYDƏR ƏLİYEV SİYASƏTİ


Azərbaycan itirdiyi torpaqların əsas səbəbi kimi,bizlərin yaxın və uzaq keçmişdə baş verən hadisələri iynənin dəliyindən keçirməməyimizdir.Unutqanliğımız və laqeydliyimiz buna başlıca səbəbdir.Gəlin uzaq keçmişə səyahət edək.
4-iyun 1918-ci il Batumidə aparılan danışıqların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və Dostluq haqqında” müqavilə imzalanmışdır.Müqavilədə Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürmüşdür.Burdan bir sual ortaya çıxır.Osmanlı dövləti öhdəlik götürmüşdürsə niyə üstündən 2 il bele keçmədən Azərbaycan adında dövlət xəritədən silinərək Rusiyanın tərkibinə daxil oldu?
Deməli Turkiyə kömək edə biləcəyi qədədr kömək edə bilər,ondan sonra hadisələri kənardan izləyəcək.Mən burda nə Məmməd Əmin Rəsulzadəni nədəki,Türkiyəni günahlandırıram.Sadəcə bunu yazmaqda məqsədim o idi ki,gərək AXCP-bunları nəzərdən keçirib,siyasətini düzgün quraydı.
1988-ci ildə Milli Azadliq Hərəkatı yaradıldı.Bu hərəkatın sayəsində Azərbaycan müstəqillik əldə etdi.
Deməli belə nəticəyə gəlmək olar ki,Azərbaycan həm 1918-ci il,həmdə ki,1988-ci ildə millətin milli vətənpərvər ruhundan istifadə edərək,öz müstəqilliyini bərpa etdi.Bu millətin vətənpərvər ruhundan,millətçilikdən istifadə etmək yanliz müstəqillik qurulana qədər lazım idi.Ondan sonra bu millətçiliyi dayandırmaq və siyasətdən istifə etməliydilər.Elçibəyin ən böyük və 1-ci səhvi bax bu idi.Elçibəy ana siyasətini və mən deyərdim ki,yeganə siyasətini Türkiyə üzərində qurdu.
Təbi ki,buna “şm ayısı” biganə seyr edə bilməzdi və etmədi də.Qarabağ adında Azərbaycanın ürək ağrısı problemini yaratdı.Qarabağ bir gecənin içində alınmamışdır.Bu müharibə nə az nə çox 2-3 il davam etdi.Yenədə Türkiyə 1918-ci ildə olduğu kimi,tam dəstəyini göstərə bilmədi.Çünki, xarici dövlətlər Turkiyə yə ciddi təzyiqlər göstərirdilər.Bu na görədə Türkiyə qardaşına lazımınca dəstək göndərə bilmirdi.Biz yersiz olaraq Türkiyədən çox şeylər umduq.Anlamadıq ki,1-cisi Türkiyə  bizə,Rusiyanın ermənistana etdiyi kimi,kömək edə bilməzdi.Etsəydi o zaman Türkiyənin öz müstəqilliyi sual altına düəcəkdi.
AXCP-nin yegənə gözəl siyasəti o oldu ki,Heydər Əliyevi prezident gətirdilər.Mən deyərdim ki,bu onların yeganə bu millət üçün etdiyi bir plan idi.Yoxsa 1918-ci ildəki kimi Azərbaycanın ömrü 23 ay olacaqdı.
Heydər Əliyevin gəlişi Azərbaycan üçün qurtuluş oldu.Ona görə o dahi insandır ki,o sadə bir siyasətlə Azərbaycanı bu bəladan qurtardı.Heydər Əliyev öz siyasətini 2 hissəyə böldü.Daxili və xarici siyasətə.
1)Daxili siyasəti biz 1-ci sinifdə oxuduğumuz hekayə kimi idi.Bir qocanın oğluna topa halında çubuq verərək qırmasını,qıra bilmədikdə,isə tək-tək çubuqları verərək qırdırması siyasətindən istifadə etdi.Elçibəyin “qoçularını” əvvəlcə vəzifə verdi,sonra isə o çubuq kimi tək-tək məhv etdi.
2)xarici siyasəti isə dünyada ən böyük dövlət olan Rusiya ilə Azərbaycan münasibətlərini düzəltməyi oldu.Çünki biz sevsəkdə-sevməsəkdə Rusiya ilə biz qonşu dövlətik.Qonşularımızıda biz seçmirik,taleyimiz seçib.
Heydər Əliyev 95-ci ildə hər 2 siyasətini uğurla sona yetirdi.Daxili siyasətini Rövşən Cavadovu məhv etməklə,Xarici siyasəti  isə yenə 95-ci ildə ermənistanla atəşkəs imzaladı.
Heydər Əliyev bu millət üçün çox böyük işlər görüb.Elçibəyin dilində olduğu millətçilik,Heydər Əliyev əməli ilə sübut etdi.Hələ SSRİ-nin vaxtında Azərbaycanın 1-ci katibi olduqda çox böyük şeylər etdi.Azərbaycanın böyük şairləri Bəxtiyar Vəhabzadəni,Xəlil Rza Ulutürkü həbsdən qutardı.Böyük türk şairi Hüseyn Cavidin məzarını öz doğma yurduna gətirdi.Bəziləriniz Heydər Əliyevi millətçi,türk olmamaqda suçladınız.Üzümü hamınıza tutaraq soruşuram.Türk olmayan,türklərə bu qədər yaxşılıq edərdimi??????
Heydər Əliyev öz əməli ilə ağzıgöyçəklərin ağzının üstunə, maksimum sillə vurdu.
O vaxt Amerkanin prezidenti Corc Buş,Heydər Əliyev rəhmətə gedəndə bunları dedi.Heydər Əliyev dahi siyasətçi idi.Azərbaycan onun siyasəti qarşısında çox kiçik bir dövlətdir.Heydər Əliyev dünyanı idarə etməyə qadir olan bir şəxsiyyətdir.statın sonu:
SON SÖZ:Bir gün yuxudan durub,televizordan belə bir xəbər eşitdim.Azərbaycan böyük bir itki verdi.Ümumimilli liderimiz Heydər Əliyevi itirdik.Ozaman özümdən aslı olmayaraq gözlərim doldu.Düzü tam səbəbini bilmirdim.Zaman keçdikcə o Dahi İnsanın yeri hər yerdə görünür.Unutmayaq biz nəsillər və bizdən sonrakı nəsillərdə Ümumiliderimizin ruhu qarşısında borcluyuq.
Günün aforizmi:Məni bu yazıma görə yaltaq damğası vurarsınız.Çünki biz nəyidə bacarmasaq bunu gözəl bacarırıq.
Hörmətlə:Samir İsmayılov

суббота, 28 апреля 2012 г.

30 APREL TERORUN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ.


Salam yoldaşlar.Bu dünyada böyük bir oyunlar gedir.Çox təəssüf olsun ki,həmişə bu oyunlarda itkilər olur.həmən itkilərdə həmişə ki kimi,günahsız insanlardır.Bildiyimiz kimi,dünyada 2 hegomon dövlət ABŞ və Rusiya arasında soyuq muharibə gedir.ABŞ hər zaman çalışır ki,Rusiyanın tabeliyində olan dövlətləri öz tərəfinə çəkməklə,Rusiyanın regionda gücünü zəiflətsin.Rusiyanın MDB və cənubi Qafqazdakı dövlətləri ABŞ öz tərəfinə çəkmək istəyirdi.
Budur ilk hadisələr 2004-cü ildə Ukraniya ərazisində “narıncı inqilab”baş verdi.Bu inqilab ABŞ tərəfindən hazırlanmış plan idi.Ukraniya hakimiyyətində olan (rus tərəfdarı) Leonid Kuçma 2005-ci ildə hakimiyyəti Viktor Yuşşenkoya(ABŞ tərəfdarı) təhvil verdi.Bununlada Rusiya və Ukraniya arasında siyasi və iqtisadi gərginlik baş qaldırdı.Rusiya ərazisindən başlanğıcını götürüb Ukraniya ərazisindən keçib Avropa ölkələrinə göndərilən nefti, Rusiya 100%-likdən 30 %-ə qədər endirdi.Bununlada Rusiya Ukraniya və Avropa ölkələrini enerji balakadasına salmaq niyyətində idi..Təbi ki,Avropa ölkələri başladı çıxış yolu axtarmağa.Rusiyadan gələn qaz kəmərinə alternativ olan NABUCCA layihəsini hazırladılar.Bu layihədə baş qəhrəman Azərbaycan olmalı idi.Azərbaycan və İrandan başlanğıcını götürən qaz kəməri,Türkiyə ərazisinə ordanda Avropaya çatmalı idi.Xəritədə göründüyü kimi Rusiya bu böyük layihədən kənarda qalmışdı.Bir daha qeyd edim ki bu layihə Avropa birliyi və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi “Cənub Axini”layihəsinə rəqib qismində görülürdü.
26-27 yanvar 2009–cu il Macarıstanda “NABUCCA”zirvəsi keçirildi.Rusiya-Ukraniya qaz müharibəsindən sonra həyati əhəmiyyət kəsb edən “NABUCCA”layihəsi ilə bağlı Dövlət və Hökümət başçıları(Azərbaycan prezidenti İlham Əliyevdə iştirak etmişdi) “yol xəritəsini”müzakirə etdilər. Bu layihə 2012-ci ildə istismara verilməsi haqda qərar qəbul edildi.
Təbi ki,bu hadisələri şimal qonşumuz olan “yatmış şimal ayı” sı qəzəblə izləyirdi.Tarixə fikir verin.26-27 yanvar 2009 cu ildə Macarıstanda NABUCCA zirvəsi keçirilir.Üstündən 3 ay sonra 30 aprel 2009-cu il AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASINDA teror baş verir.Sizcə bu təsadüf və ya ermənilərin törətdiyi teror ola bilərmi?
1-cisi Ermənilər tərəfindən törədilmiş teror olsaydı,ADNA-da yox cənub Qafqazda ən böyük ali təhsil ocağı olan Bakı Dövlət Universiteti olardı.
2-ci si NABUCCA qaz kəməri 2012-ci ildə hazır olmağı təqdirdə heç təməli belə qoyulmayıb.
Ən azından burdan belə nəticəyə gəlmək olar ki,bu terorun təşkilatçiları Rusiyanın xüsusi xidmət orqanlarıdır.Neft Akademiyasinda baş verən hadisə Azərbaycan hökümətinə qanlı  mesaj kimi qiymətləndirmək olar.Bura qədər yazdiqlarım faktdır.
İndi isə özümun subyektiv fikirlərimi və fərziyələrimi yazım.Yanvar ayında başlayaraq Rusiyanın xüsusi xidmət orqanları ,Gürcüstanda yaşayan ermənin əliylə fərda qədirovu bu hadisəyə hazırlayırlar.Mən belə güman edirəm ki,Rusiya Azərbaycana əvvəlcədən xəbərdarlıq edib.Görünür ki Azərbaycan bu təhtitləri o qədərdə ciddiyə almayıb.
Gürcüstandan Azərbaycana pul verib qədirovu göndərirlər.Qədirovda təbi ki,Bakıya gələn kimi öz qohumları ilə görüşməli idi.Bunların hamısı qədirovunda bilmədiyi dəqiq hesablanmış bir plan idi.Qədirov ona verilmiş pulla Bakıda emisi oğlu və yerlisi ilə görüşüb barda son günlarinin kefini çixarırdı.Təbii ki,qədirovun planından onun qohumlarının xəbəri yox idi.
Mən 100% əminəm ki,indi ömürlük həbs cəzası alan gənclərin 1% belə günahı olmayıb.Onların 2 günahı olub.1-cisi alçağin qohumu olduğuna görə.2ci günahları isə hadisədən 1-2 gün qabaq o alçaqla görüşməkləri olub.Fikrimi belə izah edə bilərəm ki,onların günahı olsaydı onlar bu terorun tam şəkildə açardılar.Bunlara göstərişi kim verib,niyə verib və nə məqsədləri var idi.Çox təəssüf olsun ki,bu oyunların axırıncı iştirakçıları Azərbaycan dövləti və güc strukturları oldu.Çünki bu dövlət hadisənin açılmasında maraqlı deyildi.Açilsaydı o zaman Rusiya ilə münasibət pisləşə bilərdi.Ona görədə cəmiyyətin ağzını bağlamaq və ölənlərin yaxınlarının faciəsini ovutmaq üçün bu günahsız gəncləri qurban verdilər.Bu gün o gənclərin ömürlük azadlıqdan məhrum edilməsi farmal xarakter daşıyır.
SON SÖZ:Hadisələrə qısa nəzər yetirsək görərik ki,ABŞda plan pazırlandı,Ukraniyada həyata keçdi,Macarıstanda qərar qəbul edildi,Rusiyada isə əks plan hazırladı.Bu hadisələrin hamısı Azərbaycanın başında çatladı.30 apreldə baş verən hadisələr mənidə çox üzdü.O zaman məndə onlar kimi tələbə idim.Bu gün ölənlərin yaxınlarına başsalığı verirəm,ALLAHDAN rəhmət dilərəm.Unutmayaq ki,30 apreldə baş verən terorda  Azərbaycan 13 vətəndaşını yox+3 vətəndşınıda itirdi.Mən əminəm ki,bu gün ömürlük yatan o 3 gənclər ,13 ölən insanlar kimi günahsızdirlar.
GÜNÜN AFORİZMİ:Dünyada amansız böyük bir oyun gedir.Sadə insanlar isə bu oyunun tamaşaçılarıdır.Bəzən isə sadə insanlar özləri bilmədən də bu oyunların aktyorları sonra isə qurbanları olur.
HÖRMƏTLƏ: Samir İsmayılov