воскресенье, 24 июня 2012 г.

QANLI KƏNDİN ƏHVALATI.



Biri vardı,biri yoxdu.Bir gözəl məmləkətin ucqar bir kəndi vardı.Rəvayətə görə bu kəndin iqlimi mülayim,torpağı o qədər münbüt imiş ki,bir meyvə yeyib özəyini yerə atsan,gələn il böyük bir meyvə ağacı əmələ gələrmiş.Bir söznən kəndlilər çox gözəl,firavan,bolluq içərisində yaşayarmışlar.Ta ki,kənddə iki tayfa başçısı arasında,taxıl bölüşü zamanı yaranan mübahisə,tayfa başçısının birinin oğlunun ölümünə qədər.Bununlada kəndin xoşbəxt günlərinin ömrü kəsildi.
Tayfalar arasında illərlə baş verən qan davası,sanki,Allahın qəzəbinə tuş gəldi.İllərnən kənddə yağışın yağmaması,çayların quruması,torpağın səhralığı buna deməyə əsas verirdi.Tayfa başçıları o qədər cahil idilər ki,hər il bu torpağı canvanların qanları və anaların göz yaşları ilə suvarırmışlar.Artıq kəndlilərin cəhalət içərisində yaşamaqları,bu ildən gələn ilə sağ qalmalarına ümid azalırdı.
Hə birdə bu tayfalar arasında yazılmamış bir qanun vardı.Kim düşmən tayfasından qız alsa və ya qız versə,həmən, o iki gənc ölümə məhkum idi.Ancaq bu bədbəxtlər nə bilsin ki,sevginin qarşısını ölüm belə ala bilməyəcəyini...!
Sirac adında uca boylu,enli kürəkli,bir dağ parçası kimi oğlan vardı.Bu gənc düşmən tayfasından,bir incə bel,üzü aya bənzər Gülər adında bir qızı sevirdi.Bunlar hər gün meşəyə gedib ağacın üstünə S+G=LOVE yazarmışlar(Düzdü o vaxt ing dilini bilmirdiler,sadəcə bir zarafat üçün yazdım ))))).Birdə əllərini göyə qaldırıb Allahdan ölümləri üçün yox ayrılmamaqlarına görə dua edərdilər.Çünki hicran ayrılığı ölümdən betər idi.
Bu qalsın burda,sizə kimdən deyim ,kimdən danışım....Qonşu kənddə yaşayan bir məşhur bir oğrudan.Bu oğru o qədər məşhur imiş ki,bütün məmləkət onun oğurluğundan ağız dolusu danışardılar.Deyilənə görə çobanın qabağında sürünü elə oğurlayarmış ki,çobanın ruhu belə inciməzmiş.Ogru olmağına baxmayaraq dünya görmüş ağıllı bir insanmış.
Bir gün həmən bu oğru qoçularını yığıb yanına məşvərət keçirir.Bu axşam qonşu Qanlı kəndə(qan davasına görə kəndin adı Qanlı kənd adlandırıb) oğurluğa gedəcəyik.Axşam olur oğrular kəndə daxil olurlar.Qarşılarına bir inək çıxır.Qoçular istəyirlər ki, oğurlasınlar,həmən, məşhur oğru buna icazə vermir.Əmr edir ki,o inəyin quyruğunu kəssinlər.Qoçular təəccub içərisində bir-birinin üzünə baxıb,inəyin quyruğunu kəsib,kor peşman geri qayıdırlar.Oğru yenidən məşvərət keçir.Bilirəm ki,hamınız təəccüb içindəsiniz.Qırx illik oğruluğumda bir dəfədə olsun əli boş geri qayıtmamışam.Sabah tezdən yenə o kəndə gedəcəyik.Qanlı kəndin camaatı özləri bizə çoxlu mal-qara verəcəklər.Sadəcə bir az səbirli olun.
Səhər açılır.Təzədən Qanlı kəndə yola düşürlər.Gördükləri mənzərə qoçuları dəhşətə gətirir.Bütün kəndin cavanları əllərində tüfəng,bel,nizə,hazır vəziyyətdə durublar.İki düşmən tayfanın ağsaqqalları mübahisə edirlər.
Həmən bu oğru yaxınlaşır,ağsaqqalların yanına.
-Salam Əleykum.
-Eleykum Salam.
-Nə olub nə mübahisədir?
Ağsaqqallardan biri,sözə başlayır.Bu gecə düşmən tayfasından kimsə bizim əraziyə keçib,məftildən asılmış qadınlarımızın paltarını cırıb,inəyimizin quyruğunu kəsib bizlərin namusuna sataşıblar.
O biri tayfanın ağsaqqalıda and-aman edir ki,biz neçə ildi ki düşmənik.Bir dəfədə olsun belə alçaqlıq etməmişik.
Bunları eşitdikcə oğru qəh-qəhə çəkib gülürdü.Mən sizə deyərəm bunu kim edib,ancaq 2 şərtim var.
Ağsaqqallar bir-birinin üzünə baxaraq buyurun dedilər.....
-Birinci şərtim odur ki,bu aranızdakı qan davası bitəcək.Bir-birinizə qız alıb, qız verəcəksiniz.!!!
İkinci şərtim odur ki,məni əli boş qaytarmayacaqsınız.10 baş inək, 50 baş qoyun verəcəksiniz!!!
Artıq bu tayfa başçılarıda bezmışdi.Bu səbəbsiz qan davası,cavanların ölümü,anaların naləsindən.
-Hər iki tayfa başçısı fikirləşmədən şərtlə razılaşdılar.
O,zaman quyruğu kəsik inəyi gətirin bura.Hamı təəccüblə bu oğrunun nə edəcəyini səbirsizliklə gözləyirdilər.
İnəyi gətirdilər.
Mən dünən sizin kəndə oğurluğa gəlmişdim.Gördüm ki,bu inək məftildən asılmış qadın paltarını yeyir.Mən qoçularıma əmr etdim ki, o inəyin quyruğunu kəssinlər ki,başqa inəklə dəyişik düşməsin.İndi isə bu inəyin qarnını kəsin.
İnəyin qarnını kəsdilər.Oğrunun dediyi kimi qadın paltarı inəyin qarnından çıxdı.
Bundan sonra iki düşmən tayfasının ağsaqqalları əl-ələ verib görüşüb öpüşdülər.Həmən bu oğru kəndin mötəbər bir qonağına çevrildi.İlk toy Sirac ilə Gülərin toyu oldu.Yeddi gün yeddi gecə davam etdi.Bu sevincə Allahda şərik oldu Göydə şimşək çaxması,yağışların yağması,çayların daşması,torpağın yenidən münbütliyə qayıtması Allahın bu kəndə ən böyük hədiyyəsi oldu.
Sonda olaraq göydən 3 alma düşdü.Biri “like” edənin,biri “comment” yazanın,biridə”paylaşanın”.
****************** S O N ****************
Müəllif:Samir İsmayılov

MÜƏLLİM VƏ MÜƏLLİMƏ ARASINDA FƏRQ !


Müəllim peşəsi Azərbaycan dilində cinsə görə bölünməsi məni uşaqlıqdan düşündürübdür.Müəllim deyərkən kişi,müəllimə deyərkən qadın olmasını bizə məktəbdə öyrədiblər.Buda başqa peşə ilə paradoks yaradırdı.Məs:Biz sürücü,jurnalist,həkim və.s deyərkən onların qadın və kişi olduğunu bilmirik.
Bəs onda necə olur ki,bu peşə cinsə görə bölünür???
Bu haqda uşaq olarkən Azərbaycan-dili müəlliməmə sual verdim.Müəlliməm bu sualı eşidəndə yalan olmasın 1 dəqiqə duruxsundu.Sonra yariciddi-yarızarafat, müəllim sayağı cavab verdi.Görünür bu söz bizim peşəmizlə əlaqəli olduğu üçün üstündə işləyiblər.Sonra vurğu belə gəldi,hecalar belə getdi, ahəng qanunu uyğunluqdan danışarkən onu hiss etdim ki,verdiyim sualdan müəlliməm əziyyət çəkir.İcazə istəyərək sinifi tərk etdim.Onuda deyim ki ,mənim məlliməm cavan olmağına baxmayaraq savadlı idi.Sadəcə onun yerinə hansı müəllim olsaydı o vəziyyətə düşəcəkdi.Səbəb isə o haqda düşünülməyən sual və qısa zaman kəsiyində verilən cavab insanı pis vəziyyətə qoyardı.
Hər nə isə bu minvalla məktəbi vurdum başa.Ancaq bu sualı,cinayəti açılmamış bir dosya kimi atdım arxivimə.
Məktəbi bitirdikdən sonra daxil oldum AMİ-nin 1-ci kursuna.Onda anladım ki,insanın ən böyük müəllimi HƏYAT imiş.Bu həyat mənim o çətin sualımı,çox sadə tərzdə vergülünə,nöqtəsinə,hərifi mənasına kimi baş(a)və ya(ıma) saldı.
Bütün müəllimlər bizi gülə-gülə qarşıladı.Əsasda Seyfəddin “müəllim”,Arzaxan “müəllim”, Əlisahib “müəllim”.Başladılar bizə “kitayski mələk”sifətlərini göstərməyə.Sizlər çoxunuz ailələrinizdən ayrı düşərək bu instituta qəbul olmusunuz.Burada kirayə tapmaq,yemək bişirmək,maddi çətinliyiniz ola bilər.Ona görədə bizləri özünüzə valideyn əvəzi hesab edib,nə çətinliyiniz olsa bizə müraciət ede bilərsiniz.Tələbələr bir-birinin üzünə baxaraq təəccüblənirdilər.Deyəsən bizlər Cənnət fakültəsinə qəbul olmuşuq.
Eləki 1-ci simestr başladı,həmən adını çəkdiyim müəllimlər çönüb oldular müəllimələr.Ancaq bir Zərifə adında xanım müəllimimiz vardı.Həmişə tələbələrə MƏNƏVİ ANA olmuşdur.Biz tələbələrdən ötrü dəfələrlə o adını çəkdiyim müəllimələrlə mübahisə edib haqqimizi tələb edirdi.Bu səbəbdən də o Xanıma Müəllim deyərək müraciət edirdim.
Bunuda qeyd edim ki, mənim fecebookdakı dostlarımın çoxu pedeqoqdurlar.Unutmayın ki,müəllim bir personalizmdir.Sizlər sinifdə haqqı bərqərar edən yer allahisiniz və heç vaxt nəyəsə görə əqidənizi vicdanınızı alçaltmayın.
SONDA OLARAQ GÜNÜN AFORİZMİ :Bu həyatda müəllimə olmaq asandir,çalışaq ki,MÜƏLLİM OLAQ.
Hörmətlə:Samir İsmayılov

понедельник, 18 июня 2012 г.

DILƏNÇİ UŞAQLAR

İşə gedib işdən qayıdarkən Bakının küçələrində,metrolarda nimdaş paltarda dilənçi uşaqlarla qarışılaşırıq.Nə qəribədir..! dilənçi və UŞAQ sözləri bir-birinə yaraşmadığı halda,bu fahişə dünya məzlum,günahsız uşaqların belinə dilənçi peşəsini şəlləyir.
Bilməm fikir vermisiniz?Onların gözlərinə baxarkən,adam qəribə bir ortama girir.O gözlər hər ona pul verən insanlara bunu deyir:
-Mənə verdiyin pulu İstəmirəm! İstəmirəm! İstəmirəm...
Məndə sənin kimi,sənin yanındakı ovlad kimi yaşamaq istəyirəm,oynamaq istəyirəm,qəşəng-qəşəng paltarlar geyinmək istəyirəm. Axı mən məcbur diləndirən valideynimi özüm seçməmişəm.
O gözlər bizdən imdad dilədiyi halda bizlər neyneyirik?
Başqa dilənçilərə verdiyimiz pulun 5 misli və daha çox dilənçi uşaqlara veririk.Çünki biz hümanist ürəyi yumşaq millətik axi...!
Bəzəzndə İlyas Əfəndiyevin “Məhv olmuş Gündəliklər” pyesindəki Ədalət tipajları kimi sevgilimizin yaninda 10-luqda veririk ki,qoy sevgilimiz bizim necə sexavətli olduğumuzu görsün.
Həm də biz fürsətdən istifadə edən milətik axı.
Çoxunuz düşünəcəksiniz ki,bizlər neynəməliyik? – bundan artıq əlimizdən nə gəlir axı?
Əlimizdən gəlmirsə o məsum uşaqları çirkabdan çıxarmaq! Heç olmasa o uşaqların başından basıb o bataqlıqlarda boğmayaq...!
Gəlin bir eksperment keçirək.(3-6 yaşlı uşaqlar arasında)
Bir əlimizdə maya dəyəri çox aşağı olan bir oyuncaq tutaq,o biri əlimizdə isə 100 manat.Uşaqlar təbi ki, oyuncağı götürəcək.Çünki,uşaqlar biz böyüklər deyil axı,maddiyatı hər şeydən üstün tutsun.
Onlar saf sevgini,onlara göstərilən mənəvi qayğını milyon manatlardan üstün tuturlar.
Unutmayaq ki,dilənçi uşaqlara verdiyimiz pulların əvvəzində..
1.Yuxusuzluqlarını
2.İstirahətini
3.Uşaqlıq illərini
4.Mənliyini
5.Qürurunu
6.Təhsilini
7.Sevgini
8.Utancaqlığını
9.Mərhəmətini
10.Şəxsiyyət kimi formalaşmasını(bu siyahını artırmaqda olar)
Bunları satın alırıq.
Vaxtı ilə böyük türk şairi Nazim Hikmət belə deyirdi: Gəlin dünyanı uşaqlara verək.
Sonda olaraq onu qeyd edim ki,lazım deyil gündə birimizin qoynuna girən fahişə dünyamızı uşaqlara verməyimiz.Sadəcə mümkünsə cocuqlarımızın saf,təmiz,dünyalarına girib dağıtmayaq!!!
Mümkünsə əgər,
Rica edirəm!!!

суббота, 2 июня 2012 г.

MƏN DOĞULANDAN EVLİYƏM

Öncədən qeyd etdiyim kimi,istədim mən “Xəyali Ailəm ” haqda yazam.Mənim ailəm 5 nəfərdən ibarətdir.Ailə başçısı olaraq mən,xanımım,birdə 3 uşaqlar.Xanımımın adı Kədərdi.O məni çox sevir.Heç zaman məni tək buraxmaz.Deyəsən məndə onu çox sevirəm,çünki,hər zaman onu düşünürəm.Sual verə bilərsiniz ki,siz nece oldu bir –birinizi sevib ailə qurmusunuz?Bu sualın cavabını özümdə bilmirəm.Bu yazının adında göründüyü kimi,mən doğulandan evliyəm və mənim evliliyim mənim yaddaşımın formalaşmasından qabaq olubdur.
Indi isə övladlarım haqda arayış verim.Böyük oğlumun adı Qəmdi,ortancıl oğlumun adı isə Dərdi.Allah hamınınzın övladını saxlasın.Axırırncı son beşiyim isə qızdır.
Düzü valideyn gərək övladları arasında heç bir fərq qoymasın.Amma nədənsə mən övladlarımın içində ən çox balaca şeytanım,qızımı çox istəyirəm.Onun adı isə Qüssədir.
Övladlarımda məni çox sevir.Birdə bu övladlarımın başqa uşaqlardan fərqi odur ki,gecələr onları atası yəni mən yatizdiram.
Hər tezdən səhər durub işə gedirəm.Axşam isə yorğun-arğın işdən qayıdıram evə.Yoldaşım Kədər işdən qayıtdığım vaxtı bildiyi üçün yeməyi bişirib hazır edər.Əlimi yuyub keçirəm stolun baş tərəfinə.Övladlarımda stolun sağ və sol tərəflərində əyləşərlər.Yoldaşım Kədər çox dadlı yeməklər bişirər.Ən gözəl yeməkləri isə zəhər,ağı,zuqqumdur.Yeməyimi yeyib qurtardıqdan sonra bir az televizorda xəbərlərə,sonra isə bir az komuterlə məşğul olaram.Axşam yatmaq vaxtı gələndə yerimə uzanıb bir kitabı bir az oxuyuram ki,böyük oğlum Qəm ağlaya-ağlaya qucağıma gəlir.Yarım saat onunla danışıram,oynayıram yatızdırıram.Qəmdən sonra ortancıl oğlum Dərd gəlir.Onuda bu minvalla danışdırıb oynadıb yanımda yatızdırıram.Gecə saat 2-3 də mənim balaca şeytan qızım Qüssə yuxudan durub ağlayır.Onuda sakitləşdirib yatızdıranda saat olur 4.Bax belə mənim və virtual ailəmin günü beləcə keçir.
Hə yaxşı yadıma düşdü.Mənim bir qonşumda var.Adı Xoşbəxtlikdir.Mənim düşmənimdir.Daha doğrusu mən onun düşməniyəm.Bu qonşu məni harda görürsə məndən qaçır.Heç mənə yaxın gəlmir.Səbəbinidə bilmirəm ki,niyə məndən inciyib.(Səbəbini bilsəydim və günahım olsaydı üzr istəyərdim.Ancaq nədənsə heçnə demir.)
Belə şeyləri görəndə,mənə elə gəlir ki, nisbi Xoşbəxtlikdənsə, sədaqətli Kədər yaxşıdır.
Sonda olaraq Dostlar,belə bir sözdə var.Subaylıq sultanlıqdır.Ehhhhhhhhhhhhhh............
Çox təəssuf olsun ki,mən o sultanlığın dadını görmədim.Çünki MƏN DOĞULANDAN EVLİYƏM.
Hörmətlə Samir İsmayılov