понедельник, 16 января 2012 г.

22 İLİN 1 GECƏYƏ BORCU


1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insane o vaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısı ala bilmədi.Milletimmizdə azadliq hissinin oyanmasi SSRİ rəhbərliyini təşvişə saldı.1990-cı il 19-dan  20-nə kecen gece  SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə daxil oldular.SSRİ DTK-nınAlfaqrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələntəcili yardımmaşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...  Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.Bunuda untmayaq ki 22 il müsteqil yaşamağımız da həmən o bir gecəyə borcluyuq.
                    HÖRMƏTLƏ:SAMİR İSMAYILOV

суббота, 14 января 2012 г.

MAARİFLƏNMƏK( III-HİSSƏ )


Salam əziz dostlar.Bu gun mən efirlərimizdə və mətbuatlarda burclər və ekstrasenslər haqqinda veriliş və məqalələrdən yazacam.Bizlər bu gun hava
haqqinda praqnozlara inanmırıq.Səbəbini soruşduqda isə deyirik ki,onlar ALLAHIN işinə qarışırlar.Ancaq bürclərə isə inanırıq.Burda hər ikisinin izahini verecem.
1)Gözlə gördüyümüz hər şeyin yaranma səbəbi var.Bir coğrafiyaçı kimi qeyd edim ki, küləyin yaranma səbəbi təzyiqlər arasındakı fərqdir.Eşitmisiniz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin Hava haqqinda bürosu praqnoz verir ki,sabah havalar soyuyacaq,küləyin sürəti saatda X km bəzi yerlərdə isə yağış yağacaq.Bunu gecə yuxuda görüb və ya orda oturan baxıcılar demirlər.Sizlərə bir misal çəkəcəm.Tutaqki Rusiyanın ərazisində külək saatda X km/sürətlə AZƏRBAYCAN İstiqamətində hərəkət edir.Bunu hesablayırlar ki,bu külək 1 gündən sonra AZƏRBAYCAN ərazisinə daxil olacaq və 2 gündən sonra tərk edəcək.Sadə dildə deyim ki Şamaxıda bir yaxınınız maşınla gəlir.Və ona zəng edib soruşuruq ki,neçə saatdan sonra Bakıda olacaqsan.Oda təxminən saatda 90km/surətlə gəldiyinə görə deyir ki,bir saat yarıma Bakıdayam.Dostlar maşının sürücüsü indi ALLAHIN işinə qarışdımı?Bir coğrafiyaçı kimidə qeyd edim ki,hava su buxarı ilə doymuş və doymamış olur.Müəyyən tempraturda maksimal mümkün miqdarda su buxarı vardırsa o doymuş hava hesab olunur.Məsəlçün;33 dərəcədə  1m3 havada 34 q su buxarı vardısa o doymuş hava hesab edilir.Və mütləq yağış yağacaq.Hava 33 dərəcədə 1m3  havada 34q-dan çox su saxlaya bilmir.Sadə dillə deyim ki,5L-lik bir vedirəni suyun altına qoymusan.O mütləq 5L dolandan sonra daşacaq.6-cı Litiri saxlaya bilməz.ALLAHIN işinəmi qarışmış olurlar,,,,,,???????????????
2)Bürclərə isə inanırıq.Niyə???Dünyada 7 milyard insan yaşayır.ALLAH dünyada elə 2 insan yaratmayıb ki,onların taleyi,yaşam tərzi eyni olsun.Necə ki barmaq izləri müxtəlif olduğu kimi.Bəs necə olur ki bürclər insanlar haqqinda praqnozlar verirlər?Məs:bu gün şir bürcündə olanlar  günortadan sonra səhhətində problem olacaq deyirlər.7 milyardın təxmini yarım milyardı şir bürcü ayında dunyaya gəlib.Gör nə qədər gülməli və acınacaqlıyiq.Sual verirsən ki,bunları hardan bilirsən,qeyd edirlər ki biz Astronomiya elmi ilə məşğul oluruq.Avropada Astronomiya elmi ilə planetlərin,peyklərin,ulduzların həcmi,kütləsi,orda yaşayişin olub olmamasını öyrənirlər.Bizdə isə insanların taleyini praqnozlaşdırırlar J.Mətbuatda bürclər haqqında oxuyanda,dostlar altda bir cümlənidə oxumağı unutmayin.TANRI HƏR ŞEYDƏN YÜKSƏKDƏ DURUR.Özləri bunları qeyd edirlər.Axirət dünyasında sorğu-sual olunanda onlar deyəcəklər ki,biz axırda qeyd edirdik.Görürsünüzmü  özləri-öz yazdqlarını inkar edirlər və boş şey olduğunu etiraf edirlər.
Hava haqqinda praqnozlar minlərlə insanın həyatını xilas edirlər.Məs:sabah hava dumanlı olacaqsa,onda təyyarələr uçmurlar.Dənizdə tufan olacağını deyirlərsə onda gəmilər üzmürlər.Sabah qar yağacaqsa insanlar uzaq səfərə çıxmırlar.
Bürclər haqqinda praqnozlar isə insanlarımızı cahilliyə aparırlar.İndi seçim sizlərindi DOSTLAR!!!!!
Mən bunları yazmaqla öz vətəndaşliq borcumun bir qismini yerinə yetirmiş oldum.Millətimizin övladlarını cahil görəndə çox-çox pis oluram.Bunu oxuyandan sonra bürclərə və baxıcılara inananlardan biri azalıb haqqa dönəcəksə,türklər demişkən NƏ MUTLU MƏNƏ.
                                       
                                                                    HÖRMƏTLƏ: SAMİR İSMAYILOV