вторник, 16 июля 2013 г.

GECİKMİŞ AD GÜNÜ HƏDİYYƏSİ

Hava qaralmışdı.Birdən qolumdakı saata baxdım.Kiçik əqrəbi 9-un üstündə gördükdə,biixtiyar özümdən aslı olmayaraq yumruğumu meyvə piştaxtasının üstünə vuraraq: “Aman Allah” qışqırdım.
Mənim anormal davranışım piştaxta qarşısında duran müştərinin heyrətinə səbəb oldu.Bunu hiss etdikdə qulaqlarıma qədər qızararaq sağ əlimi sinəmin üstünə qoyub azcana əyilərək üzrxahlıq etdim.
-Üzr istəyirəm.Mən təcili olaraq getməliyəm.Xahiş edirəm qonşu meyvə piştaxtasından istədiyinizi alasınız!
Mənim bu qədər həyəcan keçirməyimin səbəbi uşaqlıq dostum Günayın ad günü idi.Dünən Günay özü mənə zəng edərək Bakının bahalı restoranlarının birində keçirəcək ad gününə dəvət etdi.Əvvəlcə mən gəlməyəcəyimi bildirdikdə Günay təkidlə sabah 5-də məni mütləq gözləyəcəyini demişdi.
Mən 6-cı sinifdə oxuyanda Günaygil bizim qonşuluğumuza köçmüşdülər.Təssadüfən Günayı s müəllimə ilə sinfə daxil olarkən görmüşdüm.Bu zaman Günay mənim xatirimdə ilk dəfə geyimi ilə hər kəsdən fərqlənən,saçlarını səliqə ilə darayıb iki yerə ayırmış və ucunu ağ bantla bağlamış xoş görkəmli bir qız kimi qalıb.
Həmin gün sinifdə maraqlı hadisə də baş vermişdi.Müəllimə Günayın ad-soyadını soruşub jurnala yazarkən,içəri daxil olarkən sinifdə yaranan sükut yenidən pozulmağa başlamışdı.Qızlar arasında pıçıltılar oğlanlar arasında sinfin mərkəzinə replikalar atılması,istehza ilə gülüşmələr,sinif rəhbərimizin qəzəbinə səbəb olmuşdu.Bizi bir az danladıqdan sonra (əli ilə Günayı göstərərək) tanış olun.Bu yeni sinif yoldaşınızdır.Adı Günaydır.
O zaman mən Nəzakət müəllimənin mənim yanımda boş partanın görməyəcəyinə ümid edərək nəfəsimi belə dərmirdim.Lakin o gördü və partanı Günaya göstərdi.O isə ötəri,üstü mansarlı villaları ilə qarşılaşırdım. mənə baxaraq iri addımlarla mən əyləşdiyim partaya yaxınlaşdı.
-Sənin yanında oturmaq olar? –
Günay əlində çantası, üzündə təbəssüm düz mənim qarşımda dayanmışdı.Mən ətrafıma boylandım.Bütün uşaqların nəzəri ikimizdə idi.Həyəcanlanaraq titrək səslə “otur” demişdim.Ola bilər mənim Günayla belə kobud münasibətim,yaşadığım həyatın izləri idi.Uşaqkən atam şəhid olmuşdu.Anam ilə birlikdə birgöz daxmada qalırdıq.Atam öləndən sonra,anam çay fabrikində qablaşdırıcı işləyirdi.Gecə növbəsində olarkən,mən həmin gecəni tək qalırdım.Təkcə Günayla yox,bütün uşaqlarla aramda məsafə saxlayırdım.Sanki özümü hər kəsdən aşağıda görür və özümü hər kəsə yük bilərdim.Yaşıdlarımdan çox kəskin fərqlənər,ətrafımı yaşıdlarım kimi yox,böyüklər kimi görərdim.Görünür yetimçilik travması almışdım.Zaman üstəlik birdə qadın qüvvəsi istənilən kişini ram edir.Günay gələndən sonra mənim də həyatım dəyişdi.Bütün günü dərsə bir yerdə gedib bir yerdə gələrdik.Hətta universtitetin eyni fakültəsinə belə daxil olduq.Mən düşünürdüm ki, oxumaqla həyatımı dəyişəcəm.Günay isə tam əksini fikirləşirdi.Məni qarabaqara izləyir,sanki mənim kölgəmə çevrilmişdi.Onun üçün unveristet oxumaq sadəcə mənə görə idi.Mənə o qədər bağlanmışdı ki,mənim istifadə etdiyim məşhur kişi ətrinin paddelkasını Günay özüdə qadın ətri ilə birlikdə istifadə edirdi.Guya qoxusu xoşuna gəlirdi.Əslində mənim qoxumu o ətirdən alırdı.
Təbii ki, mən də Günaya qarşı biganə deyildim.Günü-gündən ona qarşı hisslərim müqəddəsliyə doğru artırdı.Ruhən Gunayla “nigaha” girsəm də,realda heç sevgili bele deyildik.Buna səbəb ailələrimiz arasında kəskin sosial fərq idi.Günay imkanlı bir ailənin qızı idi.Atası Eldəniz müəllim vergilər departamentində şöbə müdiri vəzifəsində çalışırdı.Təkcə bu fakt kifayət edirdi ki,mən öz sevgimdən imtina edim.Buna baxmayaraq, ürəyimə hökm etmək də mümkün deyildi.Hər gün yuxudan duranda cəsarətlənirdim ki,bu gün sevgimi etiraf edəcəm.Elə ki, həyətə əl-üzümü yumağa gedəndə, Günaygilin üçmərtəbəliBu zaman öz-özümə deyirdim.
-Asəf, Günay sənin tayın deyil !
Artıq saat 10-a işləyirdi.Mən Bakıdakı məşhur ətir dükanına daxil oldum.
-Salam xanım.
-Salam.
-Zəhmət olmasa deyə bilərdiniz, sizdə “Wildii” İtalyan kişi ətri var?
-Bəli var.
-Bir ədəd mənim üçün verərdiniz.
Xanım vitrinin arxasından bir ədəd”Wildii” götürərək,hədiyyə üçün alırsınız,yoxsa özünüz üçün?
-Hədiyyə alıram.
- -Onda istəsəniz upakovka edərdim.
-Zəhmət deyilsə...Xahiş edirəm xanım ətri kimi bəzəyərdiniz.
Satıcı xanım təəccüblə mənə baxsa da bir söz deməyərək ətiri bağlamağa başladı.Hardan bilərdi ki,mən bu ətri sevdiyim qızın ad gününə alıram.Bəlkə də dünyada yeganə kişiyəm ki,öz sevdiyim qıza kişi ətri hədiyyə edəcəkdim.İndiyə qədər anlamıram ki,niyə sevdiyim qıza kişi ətri hədiyyə edirəm.Şüuraltı mənası olsa da belə,həqiqətən səbəbini bilmirəm.Ola bilər Günayın xoşuna gələcək hədiyyə idi.Bəlkə də təkəbbürlüyümdən irəli gəlirdi.Sanki istəyirəm ki,məni gecələr belə unutmasın.Öz cəsarətsizliyimin cəsarətini sevdiyim qızda axtarıram.
Hədiyyəni götürüb kassaya pulu ödəyərək ətir dükanından çıxdım.Təssadüfən,restoran ətir dukanından on dəqiqəlik uzaqlıqda idi.Bu on dəqiqəlik yol ömrümü sanki tən yarıya endirdi.Hər addım atdıqca restorana daha da yaxınlaşırdım.Bunu dərk etdikcə ayaqlarım iradəmə tabe olmurdu.Sanki sinir sistemindən siqnal mərkəzə gecikirdi.Hiss edirdim ki, müvazinətimi itirirəm.Restorana çatana qədər özümə vermədiyim suallar qalmadı.Mən indi Günaya necə deyim ki,anamın yenə şəkəri qalxmışdı.Xəstəxanaya yerləşdirmişəm.Xəstaxanadan aptekə,aptekdən xəstəxanaya,ordan da iş. Beləcə ad gününü unutmuşam.Ən əsası da gedib necə oturacam,ordakı yad insanlarla eyni masada.Onlar tamam başqa dünyanın insanlarıdır,mən tamam başqa.Onlarla eyni masada eyni məkanda olmağım,sanki Günayın mənə verdiyi vicdan əzabı idi.Elə bunları düşünərək restoranın qabağına çatdım.Bu zaman ayaqlarım tam olaraq fəaliyyətini itirdi.Bir addım da olsun taqətim yox idi.Görünür,restoranın vahiməsi məni basdı.Bədənimdəki soyuq tərin, dərimin məsamələrindən necə çıxdığını bütün varlığımla hiss edirdim.Ətrafıma nəzər yetirdim.Ordakı insanların diqqətini öz üzərimə çəkməyim deyə,bir az özümü toparladım.Ayaqlarımın sərbəst getməyəcəyini bildiyimə görə,əlimlə piləkənin sürahisindən tutaraq,təmkinlə yavaş-yavaş ayaqlarıma güc verərək yuxarı qalxmağa çalışdım.Birinci mərtəbəsini qalxıb,elə restoranın foesinə çatmışdım ki,arxadan Günayın səsi gəldi.Asəf!...Asəff! Arxaya çönəndə sanki bir nur saçan mələk idi mənə yaxınlaşan.Geyimi ilə gözəlliyi vəhdət təşkil edirdi.Üzündən isə kin,nifrət, kədər yağırdı.
Elə bildim ki, gecikdiyim üçün üzündə o ifadələri göstərir.Özümü günahkar hiss edərək bir –iki addım Günaya tərəfə irəlilədim.Tez əlimdəki dükanın adı olan paketi,içindəki hədiyyə ilə birlikdə Günaya uzatdım.
-Ad günün mübarək Günay !!!
Paketin içindən hədiyyəni çıxarıb,üstündəki cığalanı qəzəbi halda cıraraq ətrə baxdı.Sonra gözlərini gözlərimə dikdi.Bu zaman gözlərindən iki damla yaş axaraq biri ətrin üstünə, o biri isə yubkasına düşdü.
-Bu artıq mənim üçün gecikmiş ad günü hədiyyəsidir.
Təəccub dolu baxışlarla Gunayın ikinci cümləsini səbirsizliklə gözləyirdim.
-Əlləri ilə çiynindəki qırmızı yaylığı,barmağındakı üzüyü göstərərək,səncə bu nə deməkdir?!
Yadındadır sənə demişdim,atamın iş yoldaşı məni oğluna istəyirdi.Bax bu həmin gündür! Məni bir əşya kimi verdilər.Səsimi belə çıxara bilmədim.Çünki,güvəndiyim,arxalandığım heç kimim yox idi.Uşaqlıqdan çox gözəl bilirdin ki,səni dəlicəsinə sevirəm.Səndən ötrü hər şeydən keçərdim.Ailəmdən də.O birgöz otaqda da yaşamağa hazır idim.Sadəcə sənin təklifini,etirafını gözlədim.Yanlız bircə etiraf bir ömür boyu gözləməyimə bəs edərdi.Sənin isə laqeyidliyin, soyuqqanlığın bunları görməyəcək qədər kor etdi.Bu gün çətin anımda hər yerdə gözlərimlə səni axtardım.Sənin burda olmağın bəs edərdi ki,mən onlara “yox ” deyə bilim.
Sonra telefonundakı saata baxaraq,camaat dağılışır sən indi gəlib təbrik edirsən.Həyatda iki ən sevdiyim kişi məni bədbəxt elədi.Biri atam,biri sən.Arzum budur,ikiniz də bədbəxt olasınız.Bu sözləri deyib hönkür-hönkür ağlayaraq restoranın 2-ci mərtəbəsinə qalxdı.Pilləkənləri elə bir-iki addım qalxmışdı ki, geri dönüb əlindəki ətri göstərərək: “Məni ömür boyu kişi ətrinə aslı etdin”-dedi,ağlaya-ağlaya gözlərimdən itdi.
O pilləkənləri qalxdıqca gözlərim sanki fotosell idi.Hər saniyyəsini belə tutub qəlbimə ötürürdü.Zaman keçdikcə bu anlar gözlərimin qabağından keçməməsi üçün.
Bayaq həyacanla qalxdığım pilləkənləri indi əzabla əvəz edib geri düşürdüm.Gülümə deyə bilmədiyim söz “Atanı bilmirəm,Allah səni məndən almaqla bədbəxt etdi”
Birdə mütləq Günaygilin qonşuluğundan köçməliyəm.

Samir İsmayılov

воскресенье, 9 сентября 2012 г.

TƏHSİLİMİZİN “Oktay və Samirə” DEYİŞMƏSİ




Ölkənin firavan inkişafının əsas təməli,təhsilin keyfiyyətli olmasıdır. Çox təssüf olsun ki,mən bu gün təhsilimizdə nəyin ki, yerində saymaq,hətda geriyə getməsini müşahidə edirəm.
Təhsilimizdən 1% olsun başı çıxanlar bilirlər ki, Təhsilin bu gundə olmasının yanlız 10 % i Misir Mərdənovun gunahıdır. Gəlin 90% i başqa yerdə axtaraq.(Bu haqda 2-ci hissədə araşdıracam).
Bunu TQDK-nin sədri Məleykə xanım bildiyi halda yenə hər dövlət imtahanında şoular yaradır. Mətbuatda, televiziyalarda təhsil nazirliyin əleyhinə interviyu verir.Təhsil nazirliyinə qarşı hucuma keçmək,hər kəs üçün aydındır ki,Təhsil nazirliyinin səlahiyyətləri əlindən alınıb,TQDK-na verilsin. Misir Mərdənovu təhsilin kefiyyətsizliyində,korrupsiyada,qanunsuz universitetə uşaq qəbulunda ittiham edilir.Düzdür bu gün bir müəllimin Bakıda işləməsinə 5-10 min  manat arasında rüşvət istənilir.Ancaq onuda qeyd edim ki,TQDK-nin ətəyində də namaz qılmaq mümkün deyil.
Sizə başıma gələn bir hadisəni danışım.Düz bir il bundan qabaq mən ailəvi istirahət mərkəzinin birində adminstarator vəzifəsində çalışırdım.Söz vaxtına çəkər,avqust-sentiyabr ayı olardı.Təxminən axşam saat 8 radələrində,müştərilərdən biri mənə yaxınlaşaraq məndən xahiş etdi.(aramızdakı qısa dialoqu olduğu kimi çatdıracam).
-Salam Samir müəllim.Bu gün mənim mötəbər qonaqlarım olacaq.Xahiş edirəm personallarınızın xidməti,yeməklərinizin keyfiyyəti yüksək səviyyədə olsun.Hər nə istənilsə mütləq gətirilsin.
-Öz növbəmdə  məndə başımla təsdiqləyici işarə verərək,narahat olmayın,hər şey şəxsən mənim nəzarətimdə olacaq.Elə bu sözü deyib müştərini otaqdan yola salırdım ki,birdən geri dönərək( lovğalı şəkildə,özündən razı,sanki mənə demək istəyirdi ki,mən bilirsən kiməm) mənim qonaqlarımdan biri TQDK-nın mətbuat katibi Elnur bəy olacaq.Dostumun qızının tələbə biletini verəcək.
Bu sözləri eşidəndə yerimdə donub qaldım.Çünki məndə tələbə olmuşam. Bizə teləbə biletini 20 manata  unversitet veribdir.Bildiyim qədərdə bu TQDK-nın səlahiyyətləri kənarında olan bir şeydi. Əvvəlcə tam inanmadım. Yuxarıda qeyd etdiyim kimi, bəlkə müştərim özünü göstərir? Hər kəs kimi Elnur Nağızadənində haqqıdır restoranda oturub çörək yemək.
Budur hər şey müştərinın dediyi kimi, yüksək səviyyədə hazırlandı.Saat təxminən 10 radələri olardi ki, TQDK-nin mətbuat katibi hörmətli Elnur Nağızadə bizim istirahət mərkəzinə təşrif buyurdu.Şəxsən özüm qarşıladım və Elnur bəyi 4-cü kabinetə qədər ötürdüm.20-25 dəqiqə keçmişdi ki,Elnur bəy istirahət mərkəzini tərk etdi.Bunu deməyə əsas verir ki,Elnur bəy qonaqlıq üçün yox ,sanki, iş görüşməsi üçün gəlmişdi.O an düşündüm ki,müştərinin dediyində həqiqət ola bilər.Yenə tam inanmırdım.Çünki gözümlə görməmişdim.O vaxta kimi,azadlıq qazetinin 10 iyul 2012-ci il tarixinin,8-ci səhifəsində Millət vəkili Fəzail Ağamalının verdiyi müsahibəsinə qədər.
Stat: Məleykə Abbaszadə düşünməsin ki,onun apardığı qəbul,ideala yaxındır.Əgər bu gün tələbələrin 50-55 %-i öz biliyi ilə qəbul olunursa, 40 %-i müxtəlif üsullarla ən yüksək  yerlərə qəbul olunur.Bu faktdır......!
Bir millət vəkili bunu tam çılpaq şəkildə mətbuatda deyirsə,onda hörmətli Məleykə xanım, siz nə haqla başqa qurumda nöqsanlar axtarırsınız ???
Hər yay mən azadlıq və musavat qazetlərini oxuyanda, 2 məmurun bir-birinə ittiham yağdırması, ans kanalındakı “De Gəlsin”də Oktay və Samirə deyişməsi gözlərimin qabağına gəlir.Sanki burada musavat və azadlıq qazeti klarnet və sintizatorda müşayyət edirlər.
Mənim hər iki nazirə yazığım gəlir.Bunlar anlamırlar ki, belə nöqsanları, rəqib  cəbhənin qazetlərində ittiham yağdırmaqdansa,eyni masa arxasında oturub çözmək daha məqbuldur.Siz bir –birinizin üzərində qazandığınız “şəxsi qalibiyyəti” əslində üzv olduğunuz partiyanın ümümi məğlubiyyətidir.Müxalifət qazetləri  kimin haqli kimin haqsız olduğunu ictimayyətə göstərmir.Bunu qazetlərində yazarkən millətə baxın görün ,sizin iqtidarın nazirlərinə.....Belə göstərməkdə də  haqlıdırlar...!
Bu hadisələr belə davam edərsə nə ilə nəticələnəcək, gəlin bunu araşdıraq.Tarixə nəzər salsaq görərik ki, keçmiş Əhalinin Sosial Müdafiyə naziri Əli Nağıyevdə Misir Mərdənovun üstünə hucuma keçmışdi.Nəticədə Əli Nağıyev 2006 –ci ilde işindən uzaqlaşdırılaraq Belarusyaya səfir göndərildi.Bu hakimiyyət həmişə öz nazirlərini sınaqdan keçirir.Əvvəlcə ona “volya ”verir,get qabağa.Eləki həddini aşaraq başqasının işinə müdaxilə edirsə həmən an o nazir,yaxşı halda səfir,pis halda isə zindana göndərilir.
Ataların gözəl məsəli var.Mən ölü siz diri....Yaxşı halda mən zindanda,siz azadlıqda.Görəcəksiniz ki,nə qədər bu iqtidar hakimiyyətdədir, Misir Mərdənov təhsil naziri olacaq.Bu hadisələr yenə deyirəm belə davam edərsə Misir Mərdənovdan qabaq Meleykə xanim vəzifəsindən uzaqlaşdıracaqlar.

II-Hissə.....Cəhənnəm Müəllimlik...

Yuxarida qeyd etdiyim kimi,gəlin təhsilin probleminin 90% ni araşdıraq.Dövlət imtahandan bir azda olsa başı çıxanlar məni anlayacaqlar.
Bildiyimiz kimi universitetə imtahan verərkən,ixtisasımızı özümüz seçirik.Buna təhsil nazirliyi müdaxilə edə bilmir.Hamınıza sual verirem, mənə elə bir tələbə göstərin ki, 700,600 ən pis halda 500 balla Azərbaycan Müəllimlər ins  seçsin.?....Əsla tapa bilməzsiniz.
Bu gun yüksək bal toplayan tələbə,Gömrüyü,Vergini,Turizmi,Bankla əlaqədar olan ixtisasları,Huququ,Beynəlxalq əlaqələri seçirlər....Niyə?.....Çünki yüksək bal toplayan tələbə düşünür ki,bu ixtisasları seçsə gələcək sosial təminatı yaxşılaşacaq..
Gəlin görək müəllimlik ixtisasını kimlər seçir.Buna keçməmışdən qabaq,sizə maraqlı hadisəni danışım.
Bizim kənddə Cəhənnəm Əhməd adında zurna çalan bir musiqiçi vardı.Sizin kimi mənədə maraqlı gəldi ki,Niyə Əhmədin ləqəbi cəhənnəmdir?Bu haqda atama sual verdim.Atam bu cəhənnəm Əhmədin maraqlı tarixçəsini başladı mənə danışmağa.
-Oğul ! Biz tərəfdə toy olanda, o toyun hörmətli qonaqları həmişə məşhur aşıqlar olurmuş.Kim toy eləyəndə deyirlərmiş, gedin filankəs aşığı,behmankəs aşığı dəvət edin gəlsin toyumuzu şənləndirsin.Gedib geri qayıdırlarmış ki,həmən aşıqlar başqa kənddə toya gediblər.Əlacları kəsiləndə deyirlərmiş,cəhənnəm gedin zurna çalan Əhmədi çağırın gəlsin.Bax burdan qalıb Cəhənnəm Əhməd.
Cəhənnəm Əhmədlə indiki müəllimlik ixitsasının tarixçəsi eynidir.
Mən instituta iş verəndə 8 ixtisas seçməli idim.Təbii ki,yüksəkdə yuxarı yerləri yazdım. 8-ci yerdə atam belə bir söz dedi.Oğul mən sənin ixtisas seçiminə qarışmaq istəmirəm.Ancaq mən belə başa düşürəm ki, ən axırda müəllimlik ixtisasını seçsən  yaxşı olar.Birdən balın az olar, cəhənnəm müəllimliyə qəbul olarsan.Çöldə qalmaqdan bu yaxşıdır.Atamın dediyi kimidə oldu. Mən cəhənnəm müəllimliyinə qəbul oldum.Mənim kimi müəllimlərin çoxu ixtisasını belə seçib.Yəni  müəllimlik bizim çöldə qalmamağımız üçün siğortamızdı.Burda Misir Mərdənovun nə günahı var?
Prezident müəllimlərin sosial təminatını yaxşılaşdırsa,orta məktəb müəllimi 800-1000 manat,universtet müəllimləri 1000-1500 maaş alsa o zaman 700,600 bal toplayanlar birinci yerdə müəllimlik ixtisasını seçərlər.Yoxsa mənim kimilərinin müəllimlik peşəsində nə iti azib ?!
İndiki halda isə savadlı müəllimlər  özəl kurslarda dərs keçirlər...
Bu problemin əsas mahiyyəti müəllimlərin sosial təminatını yaxşılaşdırmaqdır.O zaman yüksək səviyyəli ixtisaslı kadrlar gələcək.İlbəil təhsilimiz inkişafa doğru gedəcək.Təhsilimizin inkişafı həkimliyin,muhandisliyin və.s bütün sahələrin paralel inkişafı deməkdir.
Yoxsa kiçik düşüncələrimizlə Misir Mərdənovu çıxartmaqla təhsildəki problemin həlli demək deyil.İnandırım sizi Misir Mərdənovu çıxarıb  yerinə avropa ölkəsindəki təhsil nazirin qulağından tutub gətirsəniz belə yenə məktəbdə cəhənnəm müəllimləri fəaliyyət göstərəcək....Təhsilimizin inkişafi fərdiyyətin çıxmasından yox maddiyətdən aslıdır.

Hörmətlə: Samir İmranoğlu İsmayılov

понедельник, 3 сентября 2012 г.

MİLLƏTİN ŞƏRƏFİ İLƏ OYNAMAYIN,YOXSA................

( Xanımlar üçün bu yazını oxumaq qəti qadağandır.....SÖYÜŞ VAR )

31 avqust təxminən 1:50 radələrində,mən evdə komputer arxasında əyləşib facebookda qurdalanırdım. Bu an bir jurnalistlə Ramil Səfərovun şəkilləri səhifələrdə paylaşıldı. Şəklin üstündə, Ramil Səfərov Bakıda,sözləri yazılmışdı. Bunu gördükdə nə hisslər keçirdiyimi yanlız Allah bilir. Orqanizmdə sanki,patoloji dəyşiliklər baş verirdi. Barmağımın ucu keyiyir,ürək döyüntülərim isə artırdı. 26 yaşımda ilk dəfə idi ki, gözlərim sevinc yaşlarına qərq olurdu.
Tez şəkli facebookdan komputerin yaddaşına atdım. Başladım şəkli böyütməyə .Birdən mantaj,fotoşop olar? Şəkildə nə qədər təbiiliyi görsəmdə yenə inanmırdım.O zamana kimi, prezidentin şəxsi saytında,Ramil Səfərov haqda verilən sərəncamı görənə kimi.Sevincimdən göylərdə uçurdum.İlk növbədə ailəmə gözaydınlığı verdim. Sonra həyətə çıxdım,həyətdə yas çadırı qurulmuşdu. Çadırın qabağında 50-yə yaxın kişi vardı. Orda kiçik bir nitq söylədim. Gözünüz aydın olsun,bu gün vətən oğlu Ramil Səfərov Bakıda,azadlıqdadır. Hər kəsin üzü güldü.Matəmlərini unudub mənim kimi onlarda sevinirdilər. O zaman anladım ki,ümumimilli sevincə görə,şəxsi matəmi unutmaq olarmış.
Kaş bunu bizim müxalifətdə anlayaydı. Düşünürdüm ki,Azərbaycanda hər kəs 7-dən 70-ə kimi hamı sevinəcək.Müxalifətli iqtidarlı hamı bir-birinə göz aydınlığı verəcək...
Üstündən bir gün keçməmiş,Xədicə və Elnur Astanbəyli, kimiləri Ramilin üstündən murdar siyasətlərini yeritdilər.
Guya Ramil Səfərovun gəlişi prezident seçkilərinə hesablanıb. Bəli bunu siz deməsənizdə hamı bilir ki,bununla prezidentin müəyyən faiz reytinqi qalxdı. Kaş bu prezidentin bütün şəxsi maraqları,millətin maraqları ilə üst-üstə düşəydi.
İndi sual verirəm sizə: 20 ildən çoxdu bu iqtidar hakimiyyətdədir. Hər 4 ildən bir bu iqtidar Ramil Səfərovu Macarıstandan gətirib prezident seçilir,?
Ey bədbəxtlər iqtidar nə qədər bu millətə zülm eləsədə heç vaxt bu milllət qalxmayacaq ayağa. Çunki bu millət bilir ki, güvənəcək müxalifəti yoxdu....Mən siz müxalifəti 14 yaşimdan tanıdım.2001 ci ildə həmən musavat qazeti idi ki,Bəxtiyar Vahabzadəniin anası ermənidir,adli yazi yazmişdılar...O zaman sizlərin qanınızda qarışıq olduğunu bildim....Gör nə qədər biqeyrət olasan ki, 20 yanvar hadisələrinda Bəxtiyar Vahabzadə öz ölümünün fərmanını verərək Sovet geniralı Dubinyakın üzünə tüpürmüşdü.İndi mənə deyin sizinmi ananiz ermənidir yoxsa Bəxtiyar Vahabzadənin? Buna görədə Ramil haqda dediklərinizi çox təbii qarşıladım. Sizdən bunuda gözləmək olardı.
Damarında türk qanının axdığına şüphə etdiyim Xədicə İsmayilova deyir ki,mən Ramili qəhraman hesab etmirəm. 1-cisi cəhənnəmə et gora et. 2-cisi yaxşı ki, sən Ramili qəhraman hesab etmirsən,yoxsa qəhramanlıq millətin gözündən düşərdi.
Ramilin erməni dığasını silahsız vəziyyətdə,yatdiğı yerdə öldürməyi insanlıq hesab etməyənlərə deyirəm....Nə olub insanlığınız erməni diğasına görə dombalıbdır,?
Bəs Xocalıda o südəmər uşaqların əlində silahmı vardı? Həyasızsınız! Üzümə durarsınız ki vardı. Bes ana bətnində olan körpənində əlində də silah vardı?
Özünü huquq keşiyçisi,vəkil adlandıran Aslan İsmayılov(bu insana şəxsi hörmətim vardı,cox tessuf olsun.) öz profilində millətin qabağına maddələri tökərək guya Ramil Səfərovun azad olması qanunsuzdur,?
Aslan bəy siz oturun,indi mən sizin qabağınıza 1993-cu ildə BMT-nin təhlükəsizlik şurası 822,853,874 və 884 saylı qətnamələrini qoyum....! Buna necə dözürsünüz? Və ya beynəlxalq hüquqdan danışarkən,Norveçdə 77 nəfəri müsəlman olduğu üçün öldürən Breivikə 21 il cəza təyin edilməsi,budurmu beynəlxalq huquq? Avropa məhkəməsi Breivikə 21 il cəza təyin edəndə hansı halı cəzasını yungulləşdirilməsi kimi götürüb? Yoxsa o ölən 77 nəfər Qarabağda Breivikin yaxınlarını öldürmüşdü?
Elnur Aslanbəyli haqda heçnə yazmayacam və əksinə ona təşəkkür edirəm.Çünki azadlıq qazetinin 2 sentiyabr buraxılışının 8-ci səhifəsində,öz şəkli və yazısını çərçivəyə salaraq,lap başda ” AXIRINCI YOL” sözünü yazmışdı.O öz yazısı ilə “axırıncı yol”da olduğunu deyirsə,mənim ona təşəkkurdən başqa bir sözüm qalmır.
Sonda olaraq: UNUTMAYIN!!! Ramil Səfərov erməni dığasını öldürərək Bayrağın Şərəfini qorudu.Ramil Bayrağın Şərəfini qoruyarkən Özü bu Millətin Şərəfi oldu.
Sizə məsləhətim....
Millətin Şərəfi ilə oynamayın,yoxsa, Millət sizə başqa şey verər.....Oynatmağınız üçün.!

Müəllif Samir İmranoğlu

четверг, 30 августа 2012 г.

QIZ UŞAĞINIZI DOĞOLARKƏN ÖLDÜRÜN !!!


Gecə saat 3.Yata bilmirəm.Elə bil yuxum ərşə çəkilib.Başımı yastiğa qoyan kimi,qulağıma naməlum səslər gəlir.Əslində məlum olan səslərdi.Bu səs tənha qadının hıçqırıq səsləridir.Vicdanım məni məcbur edir
,Dur! Dur o eşitdiyin səsləri vərəqə köçür.
Ehhhhhhhh.......nə bilmək olar.Bəlkə o tənha qadın bu həyatını son olaraq,ömür vərəqinə köçürür,mənsə kağıza.
Gecə

saat 3-dur.Mən yazıma başlayıram, o isə..................
Bədbəxt qadın ərinin evə gəlməsini gözləyir.O ər ki,gecə hansısa tində şprisi damarına yerləşdirir.O ər ki,tfuyli həyat tərzi keçirir,sərxoşluq edir və ya ey-işrət məlisindən gözləri kor olub,ailəsini görmür.
-Budur mən yazımın ortasındayam...
-Tənha qadın isə döyülən qapını açır.Ər nəşəli və sərxoş halda evə daxil olur.Yaziq qadın ərinə baxaraq, gecə 4 –də qədər hardasan? Sualini verir......verməmiş olaydı.Yumruq açılır,qadın sərilir yerə.Təpiklər başına-başına vurulur.Ürək soyumur,keçir mətbəxtdən bıçağı götürüb qadının ürəyinə sancır..
-Yazımın sonu və bu yazdıqlarımı komputerə köçürürəm.
-O bədbəxt qadının ailəsi gəlir.Başına-dizinə döyərək.
Anası:Yaziq balam,dəfələrlə bizə demişdin ki,boşanmaq istəyirəm.Hər dəfə atanda-məndə ağzına vurmuşduq.Sənin ər evindən yalnız meyidin çıxacaq demişdik...Balam vayyyyyyyyyy......Şüvən qoparır.Atanın isə beli bükülüb.Qızızn ölməsinin səbəbkarı özü olduğunu anlayır.Vicdan sızıldar.Ancaq nə fayda...Kim sonrakı peşmançılıqdan fayda görüb?!
-Yazımı komputerin yaddaşına yazıb, yatıram.Sabah yuxudan duran kimi,yazımı facebookda paylaşıram.Bu zaman bəziləriniz “like” bəziləriniz isə şərh yazacaqsınız.
-O qadını isə cənazədə dəfn etməyə aparırlar.Budur qəbirstanlıq.O bədbəxt qadını qəbirə salıb üstünü torpaqlayırlar.
-Axşam saat 9 olur.Hamımız xəbərlərə baxırıq.
-Hansısa rayonun polis şöbəsinin müstəntiqi,kapitan Filankəsov Filankəs xəbər kanalına müsahibə verir:Dünən gecə saat 3-4 radələrində ər ailə məişət zəminində öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirmişdir.
-Hamımız o anda eyni şey fikirləşirik.Bəzilərimiz isə utanmadan dilimizədə gətiririk.Görəsən o qadın nə qələt edib ki,əri onu öldürüb.
O qadının yeganə azad olacaq ruhu idisə,bizlər onuda torpaqladıq....
Bura qədər çoxmu mübaliğədən istifadə etdim? Çoxmu şişirtdim? Hələ bu harasıdır?Mən hələ o qadının yetim qalan körpəsi haqda yazmıram.Anasız körpənın,üstəlik bu uşağın qız olduğunu belə təssəvür eləmək istəmirəm.
Məndən ziyan yoxdu,həyat şişirtməsin.....
II- hissə
Bu dəfə qızın ailəsi humanistlik edir.Övladının boşanmasına razılıq verir.Ancaq o humanistliyidə Allah kəssin.! Qız vaxtı həmən qadın o evi öz evi hesab edirdisə,indi əksinə Ata evidir.Münasibətlərdə dəyişir.Doğmalıqdan-yadlığa doğru.Əvvəllər atanın dizləri üstə böyüyən qız,indi atanın belınə yük olub.
Bir anlıq yenə təssəvür edin....Gecə saat 3-dür.Çıxmısınız balkona.Qarşınızdakı binanın yanlız 2 pəncərəsindən işıq yanır..
1-ci pəncərə: Boşanmış qızın anası əllərini göyə qaldırıb,Allahdan öz balasının xoşbəxtliyini istəyir.Allahım mənim qızım birinci ailəsi uğursuz oldu.Onu xoşbəxt edən,onu cani-könüldən sevən birisi ilə qarşılaşdır.
2-ci pəncərə: Subay bir oğlanın anası,əllərini göyə qaldıraraq,Allahdan öz oğluna “ağıl” istəyir.Mənim oğlum boşanmış bir qadına uyub.Onu düz yola gətir.Allahım...Hətta bu izdivacın alınmağındansa, oğlunun ölümünü belə Allahdan arzulayan analar var. Yoxsa dost-tanış içində necə gəzər,?
İndi hamınıza sual verirəm.Özünüzübir anlıq olsun Allahın yerinə qoyub,ədalətli qərar verin.Qərar verməmişdən qabaq,həmən qızı bacınız,həmən oğlanıda qardaşınız hesab edin.
Evlənmiş insanla subay insanın ailə qurması düzgün deyilsə,niyə 5 dəfə boşanmış kişilərə subay qızlarıızı verirsiniz?
Cəmiyyətin çürümüş düşüncələridir.
Ən qəribəsi də odur ki,bir dul qadın bilir ki,onu bədbəxt edən yaşadığı mühitin murdar adətidir.Bilir ki, bu adət onu bir ömür yanlız qoydu.Bunu bildiyi halda özüdə, öz oğlunun dul qadınla evlənməsinə imkan vermir.
SONDA OLARAQ: Bu həyat,bu ömür insana bircə dəfə verilir.Hər kəsin haqqıdır..Bu həyatda xoşbəxt olmağa.Hər boşanan qadın pis qadın deyil....Demeyin ki,yaxşı qadını boşamazlar.
Yox! Bunları anlamırsınızsa,o zaman qız uşaqlarınızı doğularkən öldürün.....
GÜNAHLARINIZ MƏNİM BOYNUMA ! ! !

Hörmətlə:Samir İmranoğlu İsmayılov

суббота, 25 августа 2012 г.

RAMAZAN BAYRAMINDA AYDA UTANIR!



(ürəyi zəif olanlar 2 dəfə oxusun.)
Bu yaxınlarda Ramazan bayramını yola saldıq getdi.Mən hər dəfə Ramazan bayramı gələndə,utanıram.Utanıram ona görə ki,bu müsəlmanlar 7-ci əsrdən bəri 1faiz olsun belə inkişafa doğru dəyişməyiblər.Utanıram ona görə ki,zamanla nəyin ki,yarışmaq,arxasınca belə sürünmürlər.
Hər il bu orucluq gələndə ümid edirəm,bəlkə bu il müsəlmanlar

inkişafa doğru dəyşilər..Ancaq nə xeyri, köhnə hamam köhnə taz.Elə ona görə də bu bəlkələr məni yeyib bitirir.
Bilirəm təzyiqiniz qalxdı.....Əsəbləşməyin axıra kimi oxuyun...!
Elə ki,Ramazan bayramı gəlir hər kəs evin tavanına çıxır ki,ayı görsün...Tərslikdən ayda çox vaxt görünmür..Deyəsən ayda mənim kimi utanır.Özünü gizlədir..
Dedim axı əsəbləşməyin....axıra kimi oxuyun..
İndi isə keçək fikirlərimin izahına.
1)O vaxt daha dəqiq desək 7-ci əsrdə Hz Məhəmməd Peyğəmbər təqvim və saatın olmamasına görə və ona alternativ olaraq,imsakın bağlanması,iftarın açılmasını günəş ilə,Ramazan ayının girib-çıxmasını isə ayla müəyyən edibdir.
Bu 21 ci əsr müsəlmanlarına əsas vermir ki,təqvim və saatın olmasına baxmayaraq yenədə ayla günəşlə oruclarını tutsunlar.
Şükürlər olsun ki,orucluq təqvimi ilə müsəlmanlar oruclarını saatla açıb-bağlayırlar.Günəşə baxmırlar...Yoxsa günəşdə utandığından gizlənərdi.
2)Hicri-Qəmər(müsəlman) təqvimini,müsəlmanlar Ramazan ayında özləri inkar edirlər.
Niyə?.....deyim səbəbini.
Bu il ramazan ayı(Hicri-Qəmər təqviminə əsaslanaraq deyirəm) İyul ayının 21-i girib.Avqustun 18-i Ramazan ayının axırıncı günü,avqustun 19-u isə artıq Şəvval ayına keçir...
Bəs mən bu müsəlman təqvimində Ramazan ayının nə zaman girdiyini və çıxdığını bilirəmsə,onda Aya baxmaq mənim nəyimə lazımdır,,,??????? Onda belə çıxır ki müsəlman təqvimi səhvdir........
Bilirsiniz nəyə bənzəyir.?! Avqustun 31-i axşamı mən çıxıb aya baxmalıyam ki, görüm ay görünürsə sentiyabrın 1-nə keçəcəm,yox görünmürsə elə avqustun 31-də qalacam... .Görün nə qədər gülünc vəziyyətdəsiniz...
3)İslam peygəmbəri HzMəhəmməd Məkkədən Mədinəyə hicrətinin başlanğıcını qəbul edən və Ayın yer ətrafında dövr etməsinə əsaslanan təqvim sistemidir. Ayın isə yer ətrafında tam dövrü 27 gün,7 saat, 44 dəqiqə, 3 saniyədir.(Ayin dövrünün tam dəqiqliklə yazmağımın səbəbi,elmin inkişafını sizlərə göstərməkdir.Cox güman ki bunu hesablayanlarda xiristianlardi..İndi baxın görün onlar hardadır,bizlər hardayıq).
Burdan bir sual ortaya çıxır.Ramazan ayı iyulun 21-i girib, avqustun 18-i çıxırsa və hesablayanda görürsən ki, Ramazan ayı 29 gündən ibarətdir..Ayın isə tam dövrü 27 gündürsə , Ramazan ayındakı 2 gün hardan çıxır,,,??????????
4)Bizim kitayski mollalarımız bayram günü gələndə,şiələr bu gün açsın,sünnilər sabah kimi bəyanatlar verirlər...və ya biz iranla gedirik nə bilim Türkiyəynən..Gör nə qədər geridə qalmışdıqdır...
O bədbəxt mollalar nə bilsin coğrafiyanı.....Bilsəydilər belə axmaq sözlər deməzdilər...Çünki hər bir dövlətin ərazi qurluşu,meridian üzrə yerləşməsi,saat qurşağı,şərq uzunluğu müxtəlifdir....Bunu o bədbəxtlər hardan bilsinlər ki, şərqlə-qərb arasında 1-gün fərq olduğunu...O bədbəxtlər hardan biləcəklər ki,Azərbaycan 3-cu saat qurşağında yerləşdiyini...
Sonda olaraq ey menim müsəlman qardaş-bacılarım, dünya gedişatını izləyərkən görmürsünüzmü niyə müsəlmanlar qırılır,,,???
Suriyada baş verən hadisələr demokratiyadirmı? ƏSLAAAAA.......
Müsəlmanların avamçılıqlarının tərənnümüdür,bəhrəsidir.Xiristianlarda müsəlmanların həmən zəif nöqtəsindən məharətlə istifadə edirlər.
Mən Azərbaycan dövlətinə 3 təklif vererdim...
1-ci...Dini dövlətdən ayırmasınlar..Qoy bu dini,dövlət arxasınca muasirliyə doğru aparsın...(daha doğrusu dindar vətəndaşları)...Çox geridə qalıblar.
2-ci...Mollaları məçitdən surgun etsinlər....İmkan varsa Azərbaycandan çıxartsınlar.....
3-cu....Orta məktəblərdə Quran dərsi keçirilsin.Qoy uşaqlar Quranla bərabər coğrafyanıda,fizikanıda,kimyanıda paralel öyrənsinlər...
O zaman cahillik aradan qalxacaq!!!!

Hörmətlə: Samir İmranoglu İsmayılov

четверг, 12 июля 2012 г.

AZADLIQ VƏ MUSAVAT QAZETLƏRİNİ OXUYARKƏN GƏLDİYİM NƏTİCƏ.


I-hissə........Müqayisə

Bu gün iqtidardan narazı olan millətin sadəlövh nümayəndələri,heç bir dəfə də olsun,çönüb müxalifətinizə baxdınızmı?
Bu gün Türkiyə iqtidarını bizim iqtidara örnək göstərən sadəlövh müxalifətçilər,heç olmasa bir dəfə də olsun Türkiyənin müxalifət liderlərini,öz liderlərinizə nümunə göstərdinizmi?
Mənim yaşadığım dövrə təsadüf edən,Tansu Çillər(PKK teror təşkilatının kökünü kəsən),Ecevit və Ərdoğan kimi,bu millətin 3 sevimli hökümətləri oldular.Necə oldu ki,türk milləti bunların heç birindən narazı olmadı?
Çünki CHP(Cümhuriyyət Halk Partiyası),MHP(Millət Hərakat Partiyası) kimi ana müxalifət partiyaları var.Dəniz Baykal, Kemal Kılıçdaroğlu,Devlet Bahçeli,kimi obyektiv,düzü –düz,əyrini-əyri deyən müxalifət liderləri var.
Türkiyə iqtidarı dərk edir ki,nəyisə yanlış etsə qarşısında ana müxalifəti görəcək.Ona görədə iqtidar müxalifət arasında sağlam rəqabət var.
Yoxsa bizdə iqtidar müxalifəti heç həşarat yerinədə qoymur.Görür ki,20-illik hakimiyyəti dövründə ,bir dəfədə olsun müxalifət iqtidarın nə daxili siyasətini nədəki xarici siyasətinə müsbət rəy bildirməyib.İndi sual verirəm hər birinizə,20-illik hakimiyyəti olan iqtidarın bir dəfə də olsun bu millətin xeyrinə 1 siyasəti olmayıb?
Mənim o biri yazımda işlətdiyim bir cümləni heç vaxt unutmayın...!
Sağlam müxalifəti olan millətin,sağlam iqtidarı olur!!! Bu bir aksiomdur...

II-hissə.....Utanmasan oynamağa nə var

Bu müxalifət liderləri iqtidardan nə istəyir? Bunu araşdıraq.....
Bütün günü qazetləri bar-bar bağırır ki,bizlər iqtidardan demokratiya,azad seçki istəyirik.İsa Qənbərin,Əli Kərimlinin haqqı varmı bunu istəməyə????Demokrtiyanı o adam istər ki,özü başdan ayağa demokrat olsun.
Yenə sual verirəm hər birinizə.Musavat partiyası İsa Qənbərin nəslindən ötürülüb? Yoxsa AXCP partiyası Əli Kərimlinin nəslindən qalıb?
Hər partiya 5 ildən bir qurultay Keçirilməlidir.Bu qurultayda partiya daxili seçkilər keçirilir,partiya sədri təyin edilir.Necə olur 20 ildir İsa Qənbər bir partiyanın başqanı olur.Budurmu demokratiya....?
Bu gün iqtidarı Elçibəyin düşməni hesab edən dar düşüncəli,zavallı bəzi gənclərimiz.Nə tez unutdunuz Elçibəy sağıkən,Əli Kərimli AXCP partiyasını 2 yerə parçalayıb özünü AXCP-nin sədri kimi elan etməyini.İndi Əli Kərimli utanmadan Elçibəy ideologiyasından danışır....

III-hissə......İctimai yoxsa şəxsi mənafeyini güdən palata.

3ay içində müxalifət liderləri öz iç üzlərini tam şəkildə göstərə bildi.Əqidələri kor olan bəzi gənclərimiz bunu görə bilmədi.
20-illik müxalifət olasan,Evrovision qabağı İctimai palata yaradasan.Görəsən 20- ildir bu ictimayətin heç bir problemi olmayıb???Ən böyük alçaqliqları bu oldu.İctimai palatanın funksiyası – ictimai problemləri ictimai palatada müzakirə edib,ictimayətə bu haqda bəyanat yayasan.
Evrovision ərəfəsində daha dəqiq desək mart,aprel,may aylarında xaricdə iran,daxildə müxalifət 10larla aksiyalr keçirdilər.Başqa vaxtı bu iqtidar ya aksiyalara icazə verməz,yada ki,Bakının ən ucqar yerini təklif edərdilər.Bu dəfə mən özüm gözləmədiyim halda iqtidar Kiristal Zala yaxın yeri,20-ci sahəni verdi.Muxalifət yenə öz ampulasında qalaraq,bu yerədə mız qoydu.Hər nə isə keçək aksiyalara.....
Aksiyada İctimai palata millətin ümummilli maraqlarına hesablanmış bəyanatlar yayırdılar.Sulutəpə və Keşlə qəsəbəsində yaşayan sakinlərin evləri sökülməsin.Sökülənlərə isə konpensasiya ödənilsin.Elə ki,Evrovision qutardı,ordan iranın səsi kəsildi,burdanda ictimai palatanın....Nə oldu millətə konpensasiya ödənildiyi üçünmü İctimai palatanın səsi Allah kəsmiş kimi kəsildi.Yoxsa söküntülərmi dayandı?????
Sonra başladılar ki,Musavat partiyasının 94-illiyi ilə əlaqədar qurultay keçirilsin.İqtidara müraciət olundu.Prezident Administrasiyasının ictimai-siyasi şöbasinin müdiri Əli Həsənov dəfələrlə rəsmi açıqlama verdi ki,biz müxalifətə yer verməyə hazırıq.Müxalifət bu dəfədə şou yaradaraq,Gürcüstan prezidentinə yer üçün müraciət etdilər.
Musavat qazetin hansısa sayında jurnalist millət vəkili Siyavuş Novruzova belə bir sual verir.
-İqtidar niyə Kristal Zalı qurultay üçün müxalifətə vermir?
-Siyavuş Novruzov yenə həmişəki kimi,özünə məxsus cavab verir-Kristal Zal şou üçün nəzərdə tutulmuş bir məkandır.Musavat 20 minlik yeri neyləyir?Mahnı oxuyacaq yoxsa oynayacaq?
Jurnalist:-Musavat Gürcüstan prezidentine yer üçün müraciət edib?Buna fikiriniz?
Siyavuş Novruzov:-Bu yenə də musavat tərəfindən ucuz bir şoudur.Elə düşünürləri ki,bunu etməklə Azərbaycan iqtidarının imicinə xələl gətirəcəklər.Guya dünya ictimayəti görsün ki,Azərbaycan muxalifətinin qurultay keçirilməsinə iqtidar yer verməyib.
Sonda Siyavuş Novruzov siyasi proqnozda verir.(Çox keçmir ki, verdiyi proqnoz öz əksini tapır).Musavat partiyası 2013 ci ilin oktyabr ayına kimi (prezident seçkiləri) qurultay keçirməyəcək.Qurultay keçirilsə partiya daxili seçkilər keçirilməli,partiyaya yeni başqan təyin edilməlidir.Buna da İsa Qənbər getməyəcək.
Səhəri gün yenə Əli Əhmədov rəsmən qeyd edir ki,iqtidar muxalifət üçün Kristal Zalı verməyə hazırdı.
2 gündən sonra Siyavuş Novruzovun verdiyi proqnoz öz əksini tapır.Musavatdan cavab gəlir ki,biz daha iqtidara yer üçün müraciyət etmiyəcəyik.Bununlada qurultay məsələsi oktyabr ayına qədər dəfn edilir.

IV-hissə......Vahid namizəd

Azərbaycanda hörmət etdiyim palitoloq Ərəstun Oruclu İctimai palatada(çox üzüldüm belə ağıllı adamın,ağilsızlıq edib i.p üzv olub.) belə bir təklif irəli sürür ki,İctimai Palatada bütün müxlifət liderləri bir masa arxasında əyləşib,vahid namizəd ilə bu iqtidara prezident seçkilərində rəqib çıxmalıdırlar.Yox bunu etməsəslər birinci mən bu palatanı tərk edəcəm.
Əslində çox ağıllı təklif idi.1 gün keçmir , İsa Qənbər və Əli Kərimli bəyanat yayır ki,bu təklif çox ağılsız,lazımsız,bu gün üçün lazım olmayan təklifdi.
Eziz dostlar bu yazdıqlarım sizə bir şey demirmi???Görmürsünüz bu liderləriniz kreslo üstündə mübarizə aparırlar????
Bu yaxınlarda “Talişı sədo” qazetinin redaktoru Hilal Məmmədov İrana cəsusluqda ittiham edilərək,MTN- tərəfindən tutulub.Qısa arayış verim ki,bundan qabaqki,redaktorda eyni maddə ilə ittiham edilərək tutulub,türmədə özünü intihar edərək öldürmüşdü.Talışo Sədo qazetini oxuyanla bilir ki,o qazet sırf Azərbaycan eleyhinə buraxılan bir qazet idi.Məqsəd talışlarla bizlər arasında çaxnaşma yaratmaq,talışları seperatçılığa cəlb olunması üçün maariflandirilirdi.Adicə o qazetdə bir şeyi sizin diqqətinizə çatdırım ki,Babəkin talış olduğunu iddia edirdilər.Özləri bilə-biləki Babək bəz qalasında döyüşüb,o qalanında Naxçıvanda yerləşdiyi halda ,heç bir əsası olmayan faktlarla,Babəkin talış olduğunu subut etməyə çalışmışlar.Hələ mən bunu oxuyandan sonra,zarafatla Şah İsmayıl Xətainin Qərbi Azərbaycandan olduğunu demişdim.:-)))))))))
Bunları yazmaqda məqsədim Azadlıq qazeti Talişi Sədo qazetinin redaktoru Hilal Məmmədovu Vicdan məhbusu hesab edir və onun şəklini Azadliq qazetinin 3-cü səhifəsindəki,siyasi mahbusların ortasına qoyublar.Bax budur sizin müxalifətiniz.şəxsi mənafeyini milli maraqlardan,millətin təhlükəsizliyindən üstüntün tutması.Məqsədləri budur ki,guya bunu etməklə prezident seçkilərində talışları öz ətrafına çəkəcəklər.Fərqi yoxdu o şəxs kim olur olsun,istər vətən xaini olsun, istər qatil.

V-hissə..... Yenilik istərəm

Bu gün həqiqəti deyim ki,iqtidarın daxili siyasətini qənaətbəxş hesab etməsəmdə,xarici siyasətini çox bəyənirəm.Biz coğrafi qurluşuna,yerləşdiyimiz əraziyə,Allahın bizə verdiyi qonşularımıza görə bədbəxt millətik.Şimaldan Napolean vəsiyəti ilə yaşayan Rusiya, tarixən bizə düşmən mövqesində olub.Qərbdən ermənistan diğaları.Şimal-qərbdən Gürcüstan bizə düşmən olmasada,dostda deyil.Cənubda,Müsəlman olduğu üçün utanığım İran dövləti.Şərqdən türk olan,qanı qanımızdan olan Türkmənistan,Xəzərdən qan iyisi gəlir deməsi.Belə bir qonşularımızla 20 ildiki firavan yaşaya biliriksə bu iqtidarin xarici siyasətinin mükəmməliyindən xəbər verir...Yenədə bu iqtidardan yaxşi iqtidar istəyirsinizsə onda muasir düşüncəli bir müxalifət yaradin....Bu iqtidardan qabaq indiki muxalifet deyildimi hakimiyyətdə???Tezeden hakimiyyətə onlar gəlsin,indi ki iqtidarda tezeden 20 il onlara müxlifət olsun....Bunumu istəyirsiniz yerində saymaq....Belə inkişaf olmaz.

Hörmətlə:Samir İsmayılov

вторник, 3 июля 2012 г.

Bəxtsiz Taleyim


Bir məktub yazacam
Gizlincə...
Nə sənin adını deyəcəm,
Nə öz ünvanımı qeyd edəcəm.
Bir məktub yazacam,
Bəxtsiz taleyimdən.
Vusala çatmamış sevgimdən,
Bir gözəli sevdiyimdən.
Bu ilk şerimi yazacam.
... .....................................
Mən bir gözəl sevirəm,
Huri-mələkdir.
O,mənim ruhuma həmişə gərəkdir.
Anam eşitdikcə fərəhlənirdi,
Sən demə bu sevinc
İki dəqiqəlikdir.
Oğul səni görüm xoşbəxt olasan,
O sevdiyin qızla ailə qurasan.
Səndən çoxlu incimişəm mən,
Niyə indiyə qədər deməmisən sən ?!
Ana bir dayan!
Qoy sözlərimi bitirim tamam.
Sizə danışdığım həmən o mələk,
Əvvəl evli olubdur.
Üstəlik bir oğluda doğulubdur.
Qara bəxt içində boğulubdur.
Nə? Nə?
Evli olubdur???
Üstəlik bir oğluda olubdur???
Gör başıma gələnə bir bax?!
Mənim müəllim oğlumun danışığına bax!!!
Sən heç utanmırsan?
Dost-tanış içində necə gəzsin atan?!
Gəl bu səhvi etmə amandır,
Bizim ailəmizin axırı, sonra yamandır.
Qohum-əqrabadan eylə ar,
O qız səni,özünə eyliyib şikar,
Gəl bu hiylədən ol sən aşikar.
Ana qurban olum yetər bəsdir!!!
Atam içəri girərək,
Bu nə yüksək tonlu səsdir?!
Ata-ana! Qızın bu sevgidən xəbəri yox.
Onun dağlar boyda problemi çox.
Oğlunuz o qıza heç layiq deyil,
O bir günəşdir bunuda bil.
O mənim sevgimi qəbul etməz,
Çunki o məni heç sevməz.
Atam: Oğlum ağlını başına topla,
Gəl malı-mala qatma.
O evli olmuş bir qadın!
Sənsə subay bir oğlan!
Hansı evlilikdən danışırsız siz.
Ata-ana heç bilirsiniz...?
Oğlunuz neçə qadınlarla buraxdığı iz,
Hansı bakirəlikdən danışırsınız siz?!
Atam: Hə nə olsun.
O cəmiyyətdə qəbahət deyil,
Nəyin ki,evli qadınla bunu bil.
Anam gəldi keçdi sağıma,
Sonra soluma.
Dedi:Filankəs-behmankəsdə,
Bir cüt qız var.
Biri müəllimədir,biri isə həkim,
Hələ üstəlik atası da hakim.
Gəl onlardan birini seçək,
Atanla mən elçi gedək.
Ana ay ana!!!
Mənim mələyimin qaşları kaman,
Kiprikləri ox,
Qəlbimdə ondan başqa heç kimə yer yox.
Atam qəzəbi halda.
Səninlə bir şərtim var.
Sən o qızla evlənəcəksən?
Onda bu evi tərk edecəksən.!!!
Ata-ana mən sizi heç kimə dəyişmərəm,
Öz xoşbəxtliyimi sizə qurban verərəm.
Amma mənimdə sizlərlə bir şərtim var,
O qızdan başqa heç kim olmayacaq yar,
Yoxsa bu evi tərk edərəm həmən an.
Ürəyim bu sevgidə qınamasın,
Tanrım belə imtahanlarla sınamasın.
Bununla hekayəm yetişdi sona,
Qoy Allahım yar olsun ona.....
Müəllif:Samir Ismayilov