воскресенье, 9 сентября 2012 г.

TƏHSİLİMİZİN “Oktay və Samirə” DEYİŞMƏSİ




Ölkənin firavan inkişafının əsas təməli,təhsilin keyfiyyətli olmasıdır. Çox təssüf olsun ki,mən bu gün təhsilimizdə nəyin ki, yerində saymaq,hətda geriyə getməsini müşahidə edirəm.
Təhsilimizdən 1% olsun başı çıxanlar bilirlər ki, Təhsilin bu gundə olmasının yanlız 10 % i Misir Mərdənovun gunahıdır. Gəlin 90% i başqa yerdə axtaraq.(Bu haqda 2-ci hissədə araşdıracam).
Bunu TQDK-nin sədri Məleykə xanım bildiyi halda yenə hər dövlət imtahanında şoular yaradır. Mətbuatda, televiziyalarda təhsil nazirliyin əleyhinə interviyu verir.Təhsil nazirliyinə qarşı hucuma keçmək,hər kəs üçün aydındır ki,Təhsil nazirliyinin səlahiyyətləri əlindən alınıb,TQDK-na verilsin. Misir Mərdənovu təhsilin kefiyyətsizliyində,korrupsiyada,qanunsuz universitetə uşaq qəbulunda ittiham edilir.Düzdür bu gün bir müəllimin Bakıda işləməsinə 5-10 min  manat arasında rüşvət istənilir.Ancaq onuda qeyd edim ki,TQDK-nin ətəyində də namaz qılmaq mümkün deyil.
Sizə başıma gələn bir hadisəni danışım.Düz bir il bundan qabaq mən ailəvi istirahət mərkəzinin birində adminstarator vəzifəsində çalışırdım.Söz vaxtına çəkər,avqust-sentiyabr ayı olardı.Təxminən axşam saat 8 radələrində,müştərilərdən biri mənə yaxınlaşaraq məndən xahiş etdi.(aramızdakı qısa dialoqu olduğu kimi çatdıracam).
-Salam Samir müəllim.Bu gün mənim mötəbər qonaqlarım olacaq.Xahiş edirəm personallarınızın xidməti,yeməklərinizin keyfiyyəti yüksək səviyyədə olsun.Hər nə istənilsə mütləq gətirilsin.
-Öz növbəmdə  məndə başımla təsdiqləyici işarə verərək,narahat olmayın,hər şey şəxsən mənim nəzarətimdə olacaq.Elə bu sözü deyib müştərini otaqdan yola salırdım ki,birdən geri dönərək( lovğalı şəkildə,özündən razı,sanki mənə demək istəyirdi ki,mən bilirsən kiməm) mənim qonaqlarımdan biri TQDK-nın mətbuat katibi Elnur bəy olacaq.Dostumun qızının tələbə biletini verəcək.
Bu sözləri eşidəndə yerimdə donub qaldım.Çünki məndə tələbə olmuşam. Bizə teləbə biletini 20 manata  unversitet veribdir.Bildiyim qədərdə bu TQDK-nın səlahiyyətləri kənarında olan bir şeydi. Əvvəlcə tam inanmadım. Yuxarıda qeyd etdiyim kimi, bəlkə müştərim özünü göstərir? Hər kəs kimi Elnur Nağızadənində haqqıdır restoranda oturub çörək yemək.
Budur hər şey müştərinın dediyi kimi, yüksək səviyyədə hazırlandı.Saat təxminən 10 radələri olardi ki, TQDK-nin mətbuat katibi hörmətli Elnur Nağızadə bizim istirahət mərkəzinə təşrif buyurdu.Şəxsən özüm qarşıladım və Elnur bəyi 4-cü kabinetə qədər ötürdüm.20-25 dəqiqə keçmişdi ki,Elnur bəy istirahət mərkəzini tərk etdi.Bunu deməyə əsas verir ki,Elnur bəy qonaqlıq üçün yox ,sanki, iş görüşməsi üçün gəlmişdi.O an düşündüm ki,müştərinin dediyində həqiqət ola bilər.Yenə tam inanmırdım.Çünki gözümlə görməmişdim.O vaxta kimi,azadlıq qazetinin 10 iyul 2012-ci il tarixinin,8-ci səhifəsində Millət vəkili Fəzail Ağamalının verdiyi müsahibəsinə qədər.
Stat: Məleykə Abbaszadə düşünməsin ki,onun apardığı qəbul,ideala yaxındır.Əgər bu gün tələbələrin 50-55 %-i öz biliyi ilə qəbul olunursa, 40 %-i müxtəlif üsullarla ən yüksək  yerlərə qəbul olunur.Bu faktdır......!
Bir millət vəkili bunu tam çılpaq şəkildə mətbuatda deyirsə,onda hörmətli Məleykə xanım, siz nə haqla başqa qurumda nöqsanlar axtarırsınız ???
Hər yay mən azadlıq və musavat qazetlərini oxuyanda, 2 məmurun bir-birinə ittiham yağdırması, ans kanalındakı “De Gəlsin”də Oktay və Samirə deyişməsi gözlərimin qabağına gəlir.Sanki burada musavat və azadlıq qazeti klarnet və sintizatorda müşayyət edirlər.
Mənim hər iki nazirə yazığım gəlir.Bunlar anlamırlar ki, belə nöqsanları, rəqib  cəbhənin qazetlərində ittiham yağdırmaqdansa,eyni masa arxasında oturub çözmək daha məqbuldur.Siz bir –birinizin üzərində qazandığınız “şəxsi qalibiyyəti” əslində üzv olduğunuz partiyanın ümümi məğlubiyyətidir.Müxalifət qazetləri  kimin haqli kimin haqsız olduğunu ictimayyətə göstərmir.Bunu qazetlərində yazarkən millətə baxın görün ,sizin iqtidarın nazirlərinə.....Belə göstərməkdə də  haqlıdırlar...!
Bu hadisələr belə davam edərsə nə ilə nəticələnəcək, gəlin bunu araşdıraq.Tarixə nəzər salsaq görərik ki, keçmiş Əhalinin Sosial Müdafiyə naziri Əli Nağıyevdə Misir Mərdənovun üstünə hucuma keçmışdi.Nəticədə Əli Nağıyev 2006 –ci ilde işindən uzaqlaşdırılaraq Belarusyaya səfir göndərildi.Bu hakimiyyət həmişə öz nazirlərini sınaqdan keçirir.Əvvəlcə ona “volya ”verir,get qabağa.Eləki həddini aşaraq başqasının işinə müdaxilə edirsə həmən an o nazir,yaxşı halda səfir,pis halda isə zindana göndərilir.
Ataların gözəl məsəli var.Mən ölü siz diri....Yaxşı halda mən zindanda,siz azadlıqda.Görəcəksiniz ki,nə qədər bu iqtidar hakimiyyətdədir, Misir Mərdənov təhsil naziri olacaq.Bu hadisələr yenə deyirəm belə davam edərsə Misir Mərdənovdan qabaq Meleykə xanim vəzifəsindən uzaqlaşdıracaqlar.

II-Hissə.....Cəhənnəm Müəllimlik...

Yuxarida qeyd etdiyim kimi,gəlin təhsilin probleminin 90% ni araşdıraq.Dövlət imtahandan bir azda olsa başı çıxanlar məni anlayacaqlar.
Bildiyimiz kimi universitetə imtahan verərkən,ixtisasımızı özümüz seçirik.Buna təhsil nazirliyi müdaxilə edə bilmir.Hamınıza sual verirem, mənə elə bir tələbə göstərin ki, 700,600 ən pis halda 500 balla Azərbaycan Müəllimlər ins  seçsin.?....Əsla tapa bilməzsiniz.
Bu gun yüksək bal toplayan tələbə,Gömrüyü,Vergini,Turizmi,Bankla əlaqədar olan ixtisasları,Huququ,Beynəlxalq əlaqələri seçirlər....Niyə?.....Çünki yüksək bal toplayan tələbə düşünür ki,bu ixtisasları seçsə gələcək sosial təminatı yaxşılaşacaq..
Gəlin görək müəllimlik ixtisasını kimlər seçir.Buna keçməmışdən qabaq,sizə maraqlı hadisəni danışım.
Bizim kənddə Cəhənnəm Əhməd adında zurna çalan bir musiqiçi vardı.Sizin kimi mənədə maraqlı gəldi ki,Niyə Əhmədin ləqəbi cəhənnəmdir?Bu haqda atama sual verdim.Atam bu cəhənnəm Əhmədin maraqlı tarixçəsini başladı mənə danışmağa.
-Oğul ! Biz tərəfdə toy olanda, o toyun hörmətli qonaqları həmişə məşhur aşıqlar olurmuş.Kim toy eləyəndə deyirlərmiş, gedin filankəs aşığı,behmankəs aşığı dəvət edin gəlsin toyumuzu şənləndirsin.Gedib geri qayıdırlarmış ki,həmən aşıqlar başqa kənddə toya gediblər.Əlacları kəsiləndə deyirlərmiş,cəhənnəm gedin zurna çalan Əhmədi çağırın gəlsin.Bax burdan qalıb Cəhənnəm Əhməd.
Cəhənnəm Əhmədlə indiki müəllimlik ixitsasının tarixçəsi eynidir.
Mən instituta iş verəndə 8 ixtisas seçməli idim.Təbii ki,yüksəkdə yuxarı yerləri yazdım. 8-ci yerdə atam belə bir söz dedi.Oğul mən sənin ixtisas seçiminə qarışmaq istəmirəm.Ancaq mən belə başa düşürəm ki, ən axırda müəllimlik ixtisasını seçsən  yaxşı olar.Birdən balın az olar, cəhənnəm müəllimliyə qəbul olarsan.Çöldə qalmaqdan bu yaxşıdır.Atamın dediyi kimidə oldu. Mən cəhənnəm müəllimliyinə qəbul oldum.Mənim kimi müəllimlərin çoxu ixtisasını belə seçib.Yəni  müəllimlik bizim çöldə qalmamağımız üçün siğortamızdı.Burda Misir Mərdənovun nə günahı var?
Prezident müəllimlərin sosial təminatını yaxşılaşdırsa,orta məktəb müəllimi 800-1000 manat,universtet müəllimləri 1000-1500 maaş alsa o zaman 700,600 bal toplayanlar birinci yerdə müəllimlik ixtisasını seçərlər.Yoxsa mənim kimilərinin müəllimlik peşəsində nə iti azib ?!
İndiki halda isə savadlı müəllimlər  özəl kurslarda dərs keçirlər...
Bu problemin əsas mahiyyəti müəllimlərin sosial təminatını yaxşılaşdırmaqdır.O zaman yüksək səviyyəli ixtisaslı kadrlar gələcək.İlbəil təhsilimiz inkişafa doğru gedəcək.Təhsilimizin inkişafı həkimliyin,muhandisliyin və.s bütün sahələrin paralel inkişafı deməkdir.
Yoxsa kiçik düşüncələrimizlə Misir Mərdənovu çıxartmaqla təhsildəki problemin həlli demək deyil.İnandırım sizi Misir Mərdənovu çıxarıb  yerinə avropa ölkəsindəki təhsil nazirin qulağından tutub gətirsəniz belə yenə məktəbdə cəhənnəm müəllimləri fəaliyyət göstərəcək....Təhsilimizin inkişafi fərdiyyətin çıxmasından yox maddiyətdən aslıdır.

Hörmətlə: Samir İmranoğlu İsmayılov

Комментариев нет:

Отправить комментарий