четверг, 26 апреля 2012 г.

Qadınla Kişi dost ola bilərmi?


Salam.Bu günkü yazım qadınla kişi dost ola bilərmi sualı ətrafında olacaq.Sosial şəbəkələrdə və ya real cəmiyyətdə əsasən oğlanlar tərəfindən xanımlara belə bir sual verirlər,sizinlə dost ola bilərəm?Əminəm ki, xanımları bu sual hər zaman düşündürüb.... və bu sualı hər zaman öz-özlüyünüzdə vermisiniz .Qadınla kişi dost ola bilər?????
Mən bu mövzuya elmi nöqteyi nəzərdən yanaşacam.Bildiyiniz kimi Azərbaycan dili(bəziləriniz məndən inciməsin deyə Türk dilidə demək olar :-)))  ).zəngin bir dildir.Ona görə də gördüyünüz hər bir əşyanı və ya duyduğunuz  hər bir hissin Azərbaycanca öz adı ilə qeyd edilib.
O zaman gəlin dost sözünü tematik-leksik təhlil edək. Dost nədir?(xahiş edirəm diqqətlə oxuyun burasını).Dost 2 kişi arasında səmimi və təmənnasız münasibətə deyilir... 2 qadın arasında səmimi və təmənnasız münasibətə isə rəfiqə deyilərək müraciət edilir.Burdan belə nəticəyə gəlmək olar ki qadınla kişi arasında səmimi və təmənnasız münasibət yoxdur.Olsaydı  Azərbaycan dilində öz adı ilə deyilərdi.
Onda gəlin görək qadınla kişi arasında münasibət necə adlanır.?Diqqətlə oxuyun.Qadınla kişi arasında rəsmi və təmənnasız  münasibətə yoldaşlıq deyilir. Məs;Facebook yoldaşı,tələbə yoldaşı,sinif yoldaşı,iş yoldaşı və.s.Gördüyünüz kimi bu zaman səmimiyyət çıxaraq rəsmimiyyət daxil oldu.
Günün aforizmi: Məndən sizə yenə hədiyyə olsun........Kim ki,bu termi qəbul etməyib Yoldaşlığın arasında  rəsmimiyyəti götürüb səmimiyyəti daxil edəcəksə  o zaman olacaqlar HƏYAT YOLDAŞI.. J)))))))))
 HÖRMƏTLƏ:Samir İsmayılov

Комментариев нет:

Отправить комментарий