вторник, 17 апреля 2012 г.

“KİŞİLƏR ORDUSU”


Salam dostlar.Bu gunkü mövzum gənc oğlanların geyimi ilə bağlı olacaq.Çox təəssüf olsun ki,mənim gecə yatıb yuxuda görə bilməyəcəyim  geyimləri indi şəhərimizdə gənc oğlanların əynində görmək mümkündür.İnsan gərək özünə qarşı bir balaca da olsa kompleksi olmalıdır.Həmşə insan cəmiyyətlə zəncirvari bağlılığı olsun.Cəmiyyətin haqlı narazılığını qəbul edib öz üzərində tətbiq etsin.Mən isə bəzi gənc oğlanlarda əksini görürəm.Geyimlərini ifrat dərəcədə modalaşdırırlar.Mənə elə gəlir ki moda qadınlara aiddir.Kişi moda ilə getməməli,özünə hansı geyim yaraşırsa onu geyinməlidir.Bu gunlərdə şəhərimizdə yeni bir ordu yaranib.”QIRMIZI AYAQQABI GEYİNƏN KİŞİLƏR ORDUSU.”Adam onlara baxanda xəcalətindən ölüb-yerə girmək istəyir.Bunların valideynləri görəsən hara baxır?!Bir ata övladını beləmi tərbiyə edir?!Qırmızı ayaqqabı,qırmızı kəmər,qırmızı papaqla uyğunlaşdıran oğlanları ilə fəxr edir ?! Bu ata görmür ki oğlundakı genetik dəyşikləri?
Bunuda untmayın ki,bu gun gənc oğlanlar uçuruma gedirsə bunun bir gunahı valideynlərdədirsə,bir günahıda gənc qızlardadır.Məktəblərdə və universitetdə bir balaca sərt oğlan görən kimi onları gobudluqda suçlayırsınız.Utanmırsınızmı bəs qırmızı ayaqqabı geyinən  oğlanların qoluna girib şəhərdə gəzərkən?
Əziz xanımlar artıq istədiklərinizə nail oldunuz.İncə oğlanlar indi şəhərdə itə tökdür.Götürün elə oğlanları bacı və rəfiqə kimi istifadə edin.
Bizlər danışanda ağzımıza tüklü doyşan girmir.Bizlər Babəkin,Koroğlunun,Nəbinin nəvələriyik.Heç olmasa bu sözləri işlətməyək ayıbdır.
Məni tanıyanlar əsasəndə xanımlar məni keçmişin adamısan deyirlər.Çox üzülürəm ki,mən kaş keçmişin adamı olaydım.Kaş xıı əsrdə yaşayıb Nizami Gəncəvini görəydim.Kaş xıv-xv əsrdə yaşayıb Nəsimini Fizulini görəydim.Kaş xvı əsrdə yaşayıb 13 yaşında şah olan Xətaini görəydim.Kaş xvııı əsrdə yaşayıb zülmə haqsizliğa qarşı vuruşan Nəbini görəydim.Çox təəssüf olsun ki, xxı əsrdə yaşayıb qırmızı ayaqqabı geyinən gədələri görürəm.
Sonda olaraq günün oforizmi: Məndən sizlərə hədiyyə olsun......*Qorxuram ki,gənc oğlanlarımız mersedez sürməkdən bezib “merzedez” geyinərlər....*
Hörmətlə:  Samir İsmayılov

Комментариев нет:

Отправить комментарий