суббота, 2 июня 2012 г.

MƏN DOĞULANDAN EVLİYƏM

Öncədən qeyd etdiyim kimi,istədim mən “Xəyali Ailəm ” haqda yazam.Mənim ailəm 5 nəfərdən ibarətdir.Ailə başçısı olaraq mən,xanımım,birdə 3 uşaqlar.Xanımımın adı Kədərdi.O məni çox sevir.Heç zaman məni tək buraxmaz.Deyəsən məndə onu çox sevirəm,çünki,hər zaman onu düşünürəm.Sual verə bilərsiniz ki,siz nece oldu bir –birinizi sevib ailə qurmusunuz?Bu sualın cavabını özümdə bilmirəm.Bu yazının adında göründüyü kimi,mən doğulandan evliyəm və mənim evliliyim mənim yaddaşımın formalaşmasından qabaq olubdur.
Indi isə övladlarım haqda arayış verim.Böyük oğlumun adı Qəmdi,ortancıl oğlumun adı isə Dərdi.Allah hamınınzın övladını saxlasın.Axırırncı son beşiyim isə qızdır.
Düzü valideyn gərək övladları arasında heç bir fərq qoymasın.Amma nədənsə mən övladlarımın içində ən çox balaca şeytanım,qızımı çox istəyirəm.Onun adı isə Qüssədir.
Övladlarımda məni çox sevir.Birdə bu övladlarımın başqa uşaqlardan fərqi odur ki,gecələr onları atası yəni mən yatizdiram.
Hər tezdən səhər durub işə gedirəm.Axşam isə yorğun-arğın işdən qayıdıram evə.Yoldaşım Kədər işdən qayıtdığım vaxtı bildiyi üçün yeməyi bişirib hazır edər.Əlimi yuyub keçirəm stolun baş tərəfinə.Övladlarımda stolun sağ və sol tərəflərində əyləşərlər.Yoldaşım Kədər çox dadlı yeməklər bişirər.Ən gözəl yeməkləri isə zəhər,ağı,zuqqumdur.Yeməyimi yeyib qurtardıqdan sonra bir az televizorda xəbərlərə,sonra isə bir az komuterlə məşğul olaram.Axşam yatmaq vaxtı gələndə yerimə uzanıb bir kitabı bir az oxuyuram ki,böyük oğlum Qəm ağlaya-ağlaya qucağıma gəlir.Yarım saat onunla danışıram,oynayıram yatızdırıram.Qəmdən sonra ortancıl oğlum Dərd gəlir.Onuda bu minvalla danışdırıb oynadıb yanımda yatızdırıram.Gecə saat 2-3 də mənim balaca şeytan qızım Qüssə yuxudan durub ağlayır.Onuda sakitləşdirib yatızdıranda saat olur 4.Bax belə mənim və virtual ailəmin günü beləcə keçir.
Hə yaxşı yadıma düşdü.Mənim bir qonşumda var.Adı Xoşbəxtlikdir.Mənim düşmənimdir.Daha doğrusu mən onun düşməniyəm.Bu qonşu məni harda görürsə məndən qaçır.Heç mənə yaxın gəlmir.Səbəbinidə bilmirəm ki,niyə məndən inciyib.(Səbəbini bilsəydim və günahım olsaydı üzr istəyərdim.Ancaq nədənsə heçnə demir.)
Belə şeyləri görəndə,mənə elə gəlir ki, nisbi Xoşbəxtlikdənsə, sədaqətli Kədər yaxşıdır.
Sonda olaraq Dostlar,belə bir sözdə var.Subaylıq sultanlıqdır.Ehhhhhhhhhhhhhh............
Çox təəssuf olsun ki,mən o sultanlığın dadını görmədim.Çünki MƏN DOĞULANDAN EVLİYƏM.
Hörmətlə Samir İsmayılov

Комментариев нет:

Отправить комментарий