воскресенье, 24 июня 2012 г.

QANLI KƏNDİN ƏHVALATI.



Biri vardı,biri yoxdu.Bir gözəl məmləkətin ucqar bir kəndi vardı.Rəvayətə görə bu kəndin iqlimi mülayim,torpağı o qədər münbüt imiş ki,bir meyvə yeyib özəyini yerə atsan,gələn il böyük bir meyvə ağacı əmələ gələrmiş.Bir söznən kəndlilər çox gözəl,firavan,bolluq içərisində yaşayarmışlar.Ta ki,kənddə iki tayfa başçısı arasında,taxıl bölüşü zamanı yaranan mübahisə,tayfa başçısının birinin oğlunun ölümünə qədər.Bununlada kəndin xoşbəxt günlərinin ömrü kəsildi.
Tayfalar arasında illərlə baş verən qan davası,sanki,Allahın qəzəbinə tuş gəldi.İllərnən kənddə yağışın yağmaması,çayların quruması,torpağın səhralığı buna deməyə əsas verirdi.Tayfa başçıları o qədər cahil idilər ki,hər il bu torpağı canvanların qanları və anaların göz yaşları ilə suvarırmışlar.Artıq kəndlilərin cəhalət içərisində yaşamaqları,bu ildən gələn ilə sağ qalmalarına ümid azalırdı.
Hə birdə bu tayfalar arasında yazılmamış bir qanun vardı.Kim düşmən tayfasından qız alsa və ya qız versə,həmən, o iki gənc ölümə məhkum idi.Ancaq bu bədbəxtlər nə bilsin ki,sevginin qarşısını ölüm belə ala bilməyəcəyini...!
Sirac adında uca boylu,enli kürəkli,bir dağ parçası kimi oğlan vardı.Bu gənc düşmən tayfasından,bir incə bel,üzü aya bənzər Gülər adında bir qızı sevirdi.Bunlar hər gün meşəyə gedib ağacın üstünə S+G=LOVE yazarmışlar(Düzdü o vaxt ing dilini bilmirdiler,sadəcə bir zarafat üçün yazdım ))))).Birdə əllərini göyə qaldırıb Allahdan ölümləri üçün yox ayrılmamaqlarına görə dua edərdilər.Çünki hicran ayrılığı ölümdən betər idi.
Bu qalsın burda,sizə kimdən deyim ,kimdən danışım....Qonşu kənddə yaşayan bir məşhur bir oğrudan.Bu oğru o qədər məşhur imiş ki,bütün məmləkət onun oğurluğundan ağız dolusu danışardılar.Deyilənə görə çobanın qabağında sürünü elə oğurlayarmış ki,çobanın ruhu belə inciməzmiş.Ogru olmağına baxmayaraq dünya görmüş ağıllı bir insanmış.
Bir gün həmən bu oğru qoçularını yığıb yanına məşvərət keçirir.Bu axşam qonşu Qanlı kəndə(qan davasına görə kəndin adı Qanlı kənd adlandırıb) oğurluğa gedəcəyik.Axşam olur oğrular kəndə daxil olurlar.Qarşılarına bir inək çıxır.Qoçular istəyirlər ki, oğurlasınlar,həmən, məşhur oğru buna icazə vermir.Əmr edir ki,o inəyin quyruğunu kəssinlər.Qoçular təəccub içərisində bir-birinin üzünə baxıb,inəyin quyruğunu kəsib,kor peşman geri qayıdırlar.Oğru yenidən məşvərət keçir.Bilirəm ki,hamınız təəccüb içindəsiniz.Qırx illik oğruluğumda bir dəfədə olsun əli boş geri qayıtmamışam.Sabah tezdən yenə o kəndə gedəcəyik.Qanlı kəndin camaatı özləri bizə çoxlu mal-qara verəcəklər.Sadəcə bir az səbirli olun.
Səhər açılır.Təzədən Qanlı kəndə yola düşürlər.Gördükləri mənzərə qoçuları dəhşətə gətirir.Bütün kəndin cavanları əllərində tüfəng,bel,nizə,hazır vəziyyətdə durublar.İki düşmən tayfanın ağsaqqalları mübahisə edirlər.
Həmən bu oğru yaxınlaşır,ağsaqqalların yanına.
-Salam Əleykum.
-Eleykum Salam.
-Nə olub nə mübahisədir?
Ağsaqqallardan biri,sözə başlayır.Bu gecə düşmən tayfasından kimsə bizim əraziyə keçib,məftildən asılmış qadınlarımızın paltarını cırıb,inəyimizin quyruğunu kəsib bizlərin namusuna sataşıblar.
O biri tayfanın ağsaqqalıda and-aman edir ki,biz neçə ildi ki düşmənik.Bir dəfədə olsun belə alçaqlıq etməmişik.
Bunları eşitdikcə oğru qəh-qəhə çəkib gülürdü.Mən sizə deyərəm bunu kim edib,ancaq 2 şərtim var.
Ağsaqqallar bir-birinin üzünə baxaraq buyurun dedilər.....
-Birinci şərtim odur ki,bu aranızdakı qan davası bitəcək.Bir-birinizə qız alıb, qız verəcəksiniz.!!!
İkinci şərtim odur ki,məni əli boş qaytarmayacaqsınız.10 baş inək, 50 baş qoyun verəcəksiniz!!!
Artıq bu tayfa başçılarıda bezmışdi.Bu səbəbsiz qan davası,cavanların ölümü,anaların naləsindən.
-Hər iki tayfa başçısı fikirləşmədən şərtlə razılaşdılar.
O,zaman quyruğu kəsik inəyi gətirin bura.Hamı təəccüblə bu oğrunun nə edəcəyini səbirsizliklə gözləyirdilər.
İnəyi gətirdilər.
Mən dünən sizin kəndə oğurluğa gəlmişdim.Gördüm ki,bu inək məftildən asılmış qadın paltarını yeyir.Mən qoçularıma əmr etdim ki, o inəyin quyruğunu kəssinlər ki,başqa inəklə dəyişik düşməsin.İndi isə bu inəyin qarnını kəsin.
İnəyin qarnını kəsdilər.Oğrunun dediyi kimi qadın paltarı inəyin qarnından çıxdı.
Bundan sonra iki düşmən tayfasının ağsaqqalları əl-ələ verib görüşüb öpüşdülər.Həmən bu oğru kəndin mötəbər bir qonağına çevrildi.İlk toy Sirac ilə Gülərin toyu oldu.Yeddi gün yeddi gecə davam etdi.Bu sevincə Allahda şərik oldu Göydə şimşək çaxması,yağışların yağması,çayların daşması,torpağın yenidən münbütliyə qayıtması Allahın bu kəndə ən böyük hədiyyəsi oldu.
Sonda olaraq göydən 3 alma düşdü.Biri “like” edənin,biri “comment” yazanın,biridə”paylaşanın”.
****************** S O N ****************
Müəllif:Samir İsmayılov

Комментариев нет:

Отправить комментарий