Salam əziz
dostlar.Bu gun mən efirlərimizdə və mətbuatlarda burclər və ekstrasenslər
haqqinda veriliş və məqalələrdən yazacam.Bizlər bu gun hava
haqqinda
praqnozlara inanmırıq.Səbəbini soruşduqda isə deyirik ki,onlar ALLAHIN işinə
qarışırlar.Ancaq bürclərə isə inanırıq.Burda hər ikisinin izahini verecem.1)Gözlə gördüyümüz hər şeyin yaranma səbəbi var.Bir coğrafiyaçı kimi qeyd edim ki, küləyin yaranma səbəbi təzyiqlər arasındakı fərqdir.Eşitmisiniz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin Hava haqqinda bürosu praqnoz verir ki,sabah havalar soyuyacaq,küləyin sürəti saatda X km bəzi yerlərdə isə yağış yağacaq.Bunu gecə yuxuda görüb və ya orda oturan baxıcılar demirlər.Sizlərə bir misal çəkəcəm.Tutaqki Rusiyanın ərazisində külək saatda X km/sürətlə AZƏRBAYCAN İstiqamətində hərəkət edir.Bunu hesablayırlar ki,bu külək 1 gündən sonra AZƏRBAYCAN ərazisinə daxil olacaq və 2 gündən sonra tərk edəcək.Sadə dildə deyim ki Şamaxıda bir yaxınınız maşınla gəlir.Və ona zəng edib soruşuruq ki,neçə saatdan sonra Bakıda olacaqsan.Oda təxminən saatda 90km/surətlə gəldiyinə görə deyir ki,bir saat yarıma Bakıdayam.Dostlar maşının sürücüsü indi ALLAHIN işinə qarışdımı?Bir coğrafiyaçı kimidə qeyd edim ki,hava su buxarı ilə doymuş və doymamış olur.Müəyyən tempraturda maksimal mümkün miqdarda su buxarı vardırsa o doymuş hava hesab olunur.Məsəlçün;33 dərəcədə 1m3 havada 34 q su buxarı vardısa o doymuş hava hesab edilir.Və mütləq yağış yağacaq.Hava 33 dərəcədə 1m3 havada 34q-dan çox su saxlaya bilmir.Sadə dillə deyim ki,5L-lik bir vedirəni suyun altına qoymusan.O mütləq 5L dolandan sonra daşacaq.6-cı Litiri saxlaya bilməz.ALLAHIN işinəmi qarışmış olurlar,,,,,,???????????????
2)Bürclərə isə inanırıq.Niyə???Dünyada 7 milyard
insan yaşayır.ALLAH dünyada elə 2 insan yaratmayıb ki,onların taleyi,yaşam tərzi
eyni olsun.Necə ki barmaq izləri müxtəlif olduğu kimi.Bəs necə olur ki bürclər
insanlar haqqinda praqnozlar verirlər?Məs:bu gün şir bürcündə olanlar günortadan sonra səhhətində problem olacaq
deyirlər.7 milyardın təxmini yarım milyardı şir bürcü ayında dunyaya gəlib.Gör
nə qədər gülməli və acınacaqlıyiq.Sual verirsən ki,bunları hardan bilirsən,qeyd
edirlər ki biz Astronomiya elmi ilə məşğul oluruq.Avropada Astronomiya elmi ilə
planetlərin,peyklərin,ulduzların həcmi,kütləsi,orda yaşayişin olub olmamasını
öyrənirlər.Bizdə isə insanların taleyini praqnozlaşdırırlar J.Mətbuatda bürclər haqqında oxuyanda,dostlar altda
bir cümlənidə oxumağı unutmayin.TANRI HƏR ŞEYDƏN YÜKSƏKDƏ DURUR.Özləri bunları
qeyd edirlər.Axirət dünyasında sorğu-sual olunanda onlar deyəcəklər ki,biz
axırda qeyd edirdik.Görürsünüzmü özləri-öz
yazdqlarını inkar edirlər və boş şey olduğunu etiraf edirlər.
Hava haqqinda praqnozlar minlərlə insanın həyatını
xilas edirlər.Məs:sabah hava dumanlı olacaqsa,onda təyyarələr uçmurlar.Dənizdə
tufan olacağını deyirlərsə onda gəmilər üzmürlər.Sabah qar yağacaqsa insanlar
uzaq səfərə çıxmırlar.
Bürclər haqqinda praqnozlar isə insanlarımızı
cahilliyə aparırlar.İndi seçim sizlərindi DOSTLAR!!!!!
Mən bunları yazmaqla öz vətəndaşliq borcumun bir
qismini yerinə yetirmiş oldum.Millətimizin övladlarını cahil görəndə çox-çox
pis oluram.Bunu oxuyandan sonra bürclərə və baxıcılara inananlardan biri azalıb
haqqa dönəcəksə,türklər demişkən NƏ MUTLU MƏNƏ.
HÖRMƏTLƏ: SAMİR İSMAYILOV
Tebrik edirem yeni Blog munasibetile...Gelecekde choxlu meqalelerini gormek isterdik.
ОтветитьУдалить