суббота, 14 января 2012 г.

KAMİLLİKDƏN CAHİLLİYƏ GEDƏN YOL


XXI  əsrin insanları özlərini “kamil insan” adlandırırlar.Adam oturub düşünəndə  görürsənki bizlər kamil insan deyilik.Bizlər ibtidai icma qurluşunda yaşayan insanları avam düşüncəsiz insan adlandırırıq.Əslində “kamil insan”anlayışini mən orda gördüm.Çünki bir-biriləri arasında fərq qoymadan,kasıb-varlı təbəqəsinə bölmədən yaşayırdılar.Ovlarını bir yerdə ovlayıb bir yerdə yeyərdilər.Yer kürəsi isə onların vətəni idi.İndiki muasir insan arasındakı fərqə baxın.Dünyanın bir yerində insanlar acından əziyyət çəkirlər,bir yerində ise  əksinə köklükdən piylənməkdən əziyyət çəkirlər.Bu gün insanlar hərəsi dünyanın bir küncünə  sığişıb dövlət qurublar və özlərini ayrı-ayrı millət adlandırırlar.Görəsən bu millətlər(Türk,slavyan,yahudi,gürcü,palyak,və.s) hamısının kökü gedib ulu babamıza ulu nənəmizə çıxmırmı?Yoxsa hər bir millət başqa planetdənmi gəlib?.......Bəs görəsən bu millət bu dövlət nəyə lazımdı?Nüsrət Kəsəmənlinin bir şeri yerinə düşdü.
Oğru olmaq istəyirəm.
Dövlətlərin arasında
Sərhədləri oğurlamaq istəyirəm.
Mən ALLAHIDA bu mövzuda  başa düşə bilmirəm.Nəyə lazım idi 4 dinin yaranmasına,nəyə lazım idi görəsən 4 müqqədəs kitabın göndərilməsinə?Görəsən dünyada bir din və bir müqəddəs kitab olsaydı hər kəs o dinə o kitaba inansaydi olmazdimi?????Biz indi yaşadığımız zamanda dəhşətli müharibələr gedir.Bu müharibənin əsas idiologiyası Xristian-Müsəlman davasıdır.İnsanlar ALLAHDAN çox peyğəmbərlərə inanır.İSA PEYGƏMBƏR(S.Ə.Ə) VƏ MƏHƏMMƏD PEYĞƏMBƏR(S.Ə.Ə)-da bir amalı vardı.Tək ALLAHLİĞA O ULU YARADANA İNANMAQDI.QURANDA İNCİRDƏ TƏK ALLAHA inanmaq üçün göndərilib.Bəs onda bu dinlər arasında müharibə nəyə lazımdı?Dünyada tək ALLAHLİQLA –çox allahliq arasında müharibə getsəydi  onda başa düşərdim.İndi isə anlaya bilmirəm.
Bilirəm ki mənim bu yazıma gorə çoxlarınız məni qınayacaqsınız,tənqid atəşinə tutacaqsınız.Bir məsəldə var düz deyəni   7 köydən qovarlar.Necəki Nəsimini XIV əsirdə insanları kamilliyə dəvət etdiyi üçün Şamaxıdan Hələbə kimi qovdular .Sonra isə edam edib dərisini soydular.
SAMİR İSMAYILOV

Комментариев нет:

Отправить комментарий