суббота, 14 января 2012 г.

DƏHŞƏTLİ YUXU


(ÜRƏYİ   ZƏİF  OLANLAR   OXUMASİN)
Bu gecə dəhşətli bir yuxu gördüm.Gördüm ki,məni bir məmləkətə sürgün edirlər.Ora çatanda ilk baxişdan o məmləkət elə də pis görünmürdü.Məmləkətin paytaxtının bir hissəsi  işıqlı,binaların üzləri gözəl görnüşlü,körpülər kosmetik cəhətdən yaraşiqli idi.(bizim azneft  tərəfə oxşayırdı).Ordakı insanların geyimləri,ordan keçən maşinların bahaliğı insanın gözlərini qamaşdırırdı.Çox təəccübləndim.Görəsən mənim bəxtim heç gətirmədiyi halda necə olur  ki,belə gözəl məmləkətə sürgün olmağımda bəxtim gətirmişdi?Sən demə bəxtim yenədə öz ampulasında qalırdı.1-2 km –dir o yerdən uzaqlaşıb,şəhərin kənarlarına gəldikdə gördüklərim məni çox dəhşətə gətirdi.İnsanların baxışlarında kəskin kontentallıq özünü göstərirdi.Ordakı insanların geyimləri əsasən qara və boz  renglər üstünlük təşkil edirdi.Evləri isə bir- birinin içinə girmiş daxmalar idi.Küçələri qap-qaranliq zülmət içərisində idi.Hər evin bircə pəncərəsində işıq yanırdı.Əvvəl gördüklərimdən heç bir əsər-əlamət  qalmamışdı.Bir balaca irəliyə getmişdim ki,gördüm kimlərsə mübahisə edirlər.Ora yaxınlaşanda istər-istəməz  qulaq müsafiri oldum.Ev yiyəsi icra nümayəndələri ilə mübahisə edərək əlindəki sənətləri göstərir.Bu evimin sənəti, bu isə həyətimin sənədidir.İcra nümayəndəsi təkidlə bəs tualetin səniti hardadı?Siz bu tualeti qanunsuz tikirsiniz.Ev yiyəsi hirsli halda bəs evin tualeti olmamalıdır?Olmalıdır!!! Yanlız qanuni halda.Ev yiyəsi icra nümayəndəsinin qoluna girərək onu yarımçiq tikilmiş tualetə apardı.10-15 dəqiqə keçmişdi ki,hər ikisi gülə-gülə tualetdən çıxdılar.İcra nümayəndəsi ev yiyəsi ilə görüşüb-öpüşdükdən sonra,səhərə qədər bu tualeti tik qutar deyib ayrıldı.Bu yolu əlimə alaraq dərə-təpə düz gedəndən sonra bir xəstəxanaya çatdım.Gördüm ki burda da mübahisə gedir.Həkim xəstə gətirənə deyir ki,xəstəni qəbul etməmişdən qabaq gərək siz kassaya yaxınlaşasınız.Bu söhbətidə yarımçıq qoyaraq uzaqlaşdım.Yenə o yolu alaraq əlimə o yol sənin bu yol mənim deyərək gedirdim.Gəldim bir restoranın yanına.Gördüm orda bir ayını uzadıb kəsirlər.Yaxınlaşib qəssabdan bu nə haqq-hesabdır,bu ayının günahı nədir kəsirsən?Dedi:Oğul bizdə əmr quluyuq.Nazirin oğlu gəlib ayı əti yeməyə.(bizim pulnan 1milyona ).Cammatın çoxu iylənmiş toyuq budunu dükanlardan ala bilmir.Restoranın yanında bir nurani ağsaqqal kişi əyləşmişdi.Məni yanına çağıraraq dedi.Görürəm oğul sən bu məmləkətə nəvələt adamsan.Ona görədə burda gördüklərin səni təəccübləndirir.Ağsaqqalnan 5;10;15  söhbət etdikdən sonra,kişinin ürək sözləri açıldı nə açıldı.Mənimlə arvadın tək gəlir yeri pensiyadır.Onunda yarısından çoxunu kamunal xərcə ödəyirik.Gəl indi yaşa görüm necə yaşayırsan.Sual verirəm ki bəs ağsaqqal burda Sosial-Müdafiə fondu aztəminatlı ailələrə yardım etmirlər?Edirlər oğul niyə etmirlər.12 ayın 9 ayını özləri götürürlər,3 ayını isə bizə verirlər.Bəs niyə şikayət etmirsiniz?Bu  məmləkətdə oğul,məmurların gözəl sözləri var “GET HARA ŞİKAYƏT EDİRSƏN ET”.Bəs burda müxalif qüvvələr yoxdumu?Niyə mitinqlər  etmirlər sualıma ağsaqqal qaşlarını çataraq qəzəbi halda onların adlarını çəkmə....!Onlara baxanda indiki hökümətin atasına rəhmət.Bundan qabaq hakimiyyətdə onlar idi.Yüzlərlə günahsiz gəncləri ölümün ağuşuna atdılar.Torpağımızıda müəyyən hissəsini satdılar.İndi biz kasıblar  ətin bahalığından  yeyə bilməsəkdə,Varlılarımızın halal xoşu yeyə bilirlər.O vaxt millət nəyin ki,ət yemək çörəyin növbəsinə düzülürdü.Bu hakimiyyətdə yeganə Təhlükəsizlik nazirliyidi ki,ordakıların hamısı bu məmləkəti şərəflə,ləyaqətlə sabitliyini qoruyur.Bu məmləkətin ali təhsilli gəncləri harda işləyir sualıma Ağsaqqal belə cavab verir:Restoranlarda ofisiant işləyirlər.Bu cavab məni yatdığım yerdən dik atilmağıma səbəb oldu.Əllərimi göyə qaldıraraq ALLAHIMA  şükür etdim ki,nə yaxşi ki, gördüklərim yuxu imiş.
 
                            SAMİR İSMAYILOV                       

Комментариев нет:

Отправить комментарий