понедельник, 5 марта 2012 г.

8 MART GÜNÜ XANIMLARIMIZI TƏBRİK EDİRİK YOXSA TƏHQİR.


Salam dostlar.Bu yazım bəylərə aiddir.Biz hər il 8 Mart Beynəlxalq Qadınlar Günü analarımızı,bacılarımızı və ya sevgilimizi təbrik edərkən heç düşündükmu ki,görəsən niyə məhz 8 mart günü təbrik edirik.Bu gün hansı səbəbə görə qeyd edilir?Bu sualı bircə dəfə də olsun özümüz-özümüzə verdikmi?
    1857 ci il martın 8-i ABŞ-ın NewYork ştatındakı fabrikərin birində çıxan yanğın nəticəsində 129 qadın yanaraq diri-diri can verdilər.
   26-27 avqust 1910-cu il Danimarkanın paytaxtı Kopenhagendə Almaniya Sosial Demokrat partiyasının liderlərindən biri Clara Zetkin 8 mart 1857-ci il tarixində toxuculuq fabrikində baş verən yanğından ölən 129 qadının xatirəsinə,8 mart “International Womens Day-Beynəlxalq Qadınlar Günü”olaraq qeyd edilməsini təklif etdi və bu təklif Almaniya Sosial Demokrat partiyasında səsə qoyularaq qəbul edilmişdir.
    Əziz dostlar 1-cisi 129 qadının ölmü ilə əlaqədar olaraq 8 mart günü öz xanımlarımızı təbrik edə bilərikmi?Bu nə dərəcədə doğrudur.
2-cisi tutaqki doğrudur.Bəs bu səs vermədə Azərbaycan iştirak edib leyhinə səs veribmi????? YOX
Bəs onda necə olur ki,heç bir dövlətlər tərəfindən leyhinə səs almadığı təqdirdə 8 mart Dünya Qadınlar Bayramı kimi qeyd olunur??? Bu qərbin və ABŞ-in dünyaya sırıdığı bir tarixdir.Bunu bilin ki,ABŞ qəza nəticəsində 129 qadının xatirəsini bütün dünyada qeyd etdirir.Bəs görəsən ABŞ İraqda və Əfqanıstanda minlərlə qadın və uşaqları vəhşicəsinə öldürməklərini niyə bir tarix kimi qeyd etmirlər,,,,,,,,,,,,,,,???????
    Mənim bu dünyada bütün vucudumla hörmət etdiyim bir xalq varsa oda Yapon xalqıdır.Onlar 3 mart gününü şəxsən Yapon Qadınlarının  Bayramı kimi qeyd edirlər.
Bizlər necə olur ki milli polis gunu olur,Milli fövqaladə hallar günü olur Və.s ancaq 365 gün bircə gününü öz Azərbaycan Qadınları günü kimi qeyd etmirik???!!!
Bəzi bəylərimiz bu yazımdan sonra fürsətdən istifadə edib xanımlara deməsin ki,8 mart günü bayram kimi qeyd etmək düzgün deyil...!Bəylərimiz bunu bilsin ki,bunun günahı biz kişilərdədir.Nə vaxta kimi milli qadınlar bayramımız yoxdursa,8 mart günü xanımları təbrik etmək vicdani borcumuzdur.
   Mən qarşıdan gələn 8 mart münasibəti ilə bütün AZƏRBAYCAN XANIMLARINI TƏBRİK EDİRƏM və onlardan şəxsən öz adımdan üzr istəyirəm.Çunki lazımınca sizlərə qiymət vermədiyimiz üçün.
Bu haqda mən Milli məclisin veb saytına sorğu göndərmişəm.Cavab gələn kimi dostlar sizlərlə paylaşacam..SAĞ OLUN. J
         HÖRMƏTLƏ: Samir İsmayılov

Комментариев нет:

Отправить комментарий