суббота, 10 марта 2012 г.

Novruz Bayramı millətin psixologiyasını əks etdirir yoxsa tarixini



  Salam əziz dostlar.Bu günkü yazım Novruz bayramı ilə əlaqədar olacaq.Novruz bayramını araşdırdıqda çox qədimlərə gedib çıxır.Bəzi mənbələr bunun hətta Zərdüşlükdəndə qabaq yaranmasını bildirirlər.
    Mən bu gün bayramı başqa prizmadan yanaşacam.Novruz bayramı ilə Yeni ili həm elm həmdə psixoloji nöqteyi nəzərdən müqayisə edecəm.
  Türklər astronomiya elminə taqədimdən maraq göstəriblər.Buna əsas sübut kimi Novruz bayramını martın 21-də keçirilməsidir.Müasir elmi-texniki-inkişafın tərəqqisi nəticəsində sübut olunub ki,martın 21-i gecə ilə gündüz bərabər olur.Bir coğrafiyaçı kimi yenə qeyd edim ki,Yerin xəyalı oxu orbit müstəvisinə 66,5 dərəcə bucaq altında meyl edir.Buna görədə yer səthində fəsillər növbələnir.Bu səbəbdən 21 mart Günəş ekvator üzərində zenitdə olur.Həmən günü yaz gecə-gündüz bərabərliyi günü adlanır.21 mart həm şm,həmdə cənub yarım kürələri eyni dərəcədə isinir,eyni dərəcədə də işıqlanır.Şm yarım kürəsində yaz,Cənub yarımkürəsində isə payız fəslinin başlanmasi hesab edilir.Burdan görünür ki,indiki elmin gəldiyi nəticəyə bizim ULU BABALARIMIZ (yəni türklər) e.ə kəşf etmişdilər.
   Yeni ilin isə yanvarın 1-i keçirilməsi elm cəhətdən inkar edilir.Çünki şm yarımkürəsində qış fəsli yanvarın 1-i yox dekabrın 22-si girir.Dekabrın 22-si Günəş cənub tropik üzərində zenitdə olur.(23,5dərəcə c.e)
  Bəs onda nəyə görə yeni il populyardır????
  Hansı səbəbə görə yeni ili bütün dünya keçirir???
  Deyəsən mən bu suala cavab tapmışam... :-)
İndi isə Dostlar Novruz bayramı ilə Yeni ili mənəvi tərəfdən müqayisə edib sizlərə göstərəcəm.
1-ci fərq:Tipaj fərqidir.Yəni Şaxta Babaynan Kosanın zahiri görnüş fərqləri.Şaxta babanın üzündə ele bilki nur var körpələr onu daha çox sevirlər.Kosanın isə sifətindən zəhrimar yağır.Kosa hər hansı körpəni qucağına alsa ən yaxşı halda uşaq ağlayar :-)
2-ci fərq:Şaxta babanın yanında həmişə gözəl bir Qar qızı olur.Kosanın yanında isə Keçəl..
3-cü fərq:Şaxta baba gələndə uşaqlara hədiyyə gətirər.Kosa isə gələn kimi başlayır ağlaşma qurmağa.Bir öküzüm vardı,onu satdım arvad aldım.Arvadıda vurdum öldü.Sonra çömçəsini əlinə alaraq başlayıb qapı-qapı düşüb xurcununu doldurur.
  Sən demə indiki zamanda qadınları döymək bizim ulu babalarımızdan miras qalıbmış.Novruz bayramında ən çox əziyyət çəkən qadınlar gecədən-səhərə qədər yatmayıb biz kişilərə müxtəlif cür yeməklər və şirniyyatlar bişirirlər.Əvəzində isə kosa qadını vurub öldürür.
  Mənə elə gəlir ki,elmi cəhətdən düzgün olmayan Yeni İl mənəvi cəhətinə görə bütün ölkələrdə sevilir və qeyd edilir.
 Əziz dostlar məni bu mövzuda səhv başa düşməyin.Mənim məqsədim Novruz bayramını ləğv etmək deyil,əksinə bu bayramı dahada inkişaf etdirməkdir.Millət o zaman millət olur ki,onun özünə məxsus milli bayramı və milli matəmi olur.Mən çox sevinirəm ki,TÜRKÜN bayramı(Novruz) bütün millətin bayramından qədimdi.Buda onu sübut edir ki,biz TÜRK olaraq bütün millətlərdən üstünük.Sadəcə istərəm ki,millət olaraq psixologiyamızı dəyişək.Heç vaxt nə millət olaraq nədəki bir fərd olaraq kiminsə qabağinda ağlamayaq.Özümüzü yazıq simasında göstərməyək.Birdəki xanımlara qiymət verək......!
   Sonda olaraq mən bütün Babalarımızı Nənələrimizi,Atalarımızı Analarımızı,qardaşlarımızı bacılarımızı  NOVRUZ BAYRAMI münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.Arzum budur ki,ürəyiniz ümidli,ümidləriniz atlı,sevdanız qanadlı,süfrəniz dadlı,məkanınız taxtlı,ömrünüz bəxtli,eviniz isə bərəkətli olsun.....!
BAYRAMİMİZ    MUBAREK !!!
      HÖRMƏTLƏ:Samir İsmayılov

Комментариев нет:

Отправить комментарий