вторник, 27 марта 2012 г.

DÜŞMƏN OCAĞIMIZDADIR...


Salam Gənclər.Bu yazım sırf sizlərə aiddir.Çünki ölkəni idarə edən qüvvələr həmişə gənclər olubdur.Bəzən biz gənclər təsir altına düşüb,keçmişinə dönüb baxmadan uçuruma doğru gedirik.Nə tez unuduruq keçmişimizi...? İndiki dövrümüzlə keçmişimizin arasında əsrlər eralar yoxdur.Sadəcə 20 ildir bizlər o faciədən çıxdığımız.
Bu gənclər nə tez unudur ki,o vaxtın iqtidarı indiki muxalifət olduğunu....
Bu gənclər nə tez unudur ki,Xocalı soyqırımı indiki müxalifətin pulla satdığı namusumuz olduğunu......
Bu gənclər nə tez unudur ki,92-ci ildə ki,çörək növbələrini......
Bu gənclər axı niyə unudurlar ki,indiki müxalifətin,o vaxtkı gəncləri günahsız ölümün ağuşuna atmaqlarını....
Bu gənclər nə tez unudur ki,o vaxtki iqtidar milləti ağlar günə qoyduqlarını.....
Əziz dostlar bu gun müxalifət “İctimai Palata” yaradıb.Bir nəfər olsun İ.P liderlərinə sual vermirlər ki,20 ildir niye bu palatanı yaratmamışdınız? Yoxsa Nyuton kimi başınıza alma düşəndən sonra bu fikirə gəlmisiniz?
   2012-ci ildə bu “İctimai Palatanın” yaradılması Evrovisiona görədir.Azərbaycan əvvəllər Evrovisionda iştirak etmiyəndə həmən müxalif qazetlər(Musavat və Azadlıq) bu iqtidarı tənqid atəşinə tuturdular ki,niyə bizlər iştirak etmirik?Azərbaycan ilk dəfə Evrovisionda 7-ci yeri tutanda yenə başladılar ki,bizə 20 ildən çox vaxt lazımdır ki, 1-ci yeri tutaq....İndi bəs nə istəyirsiniz “hörmətli müxalifətçilər”.Buda 1-ci yer....
Bizlər Evrovisionda qələbə qazanarkən,bizlər qədər sevinən QARDAŞ TURKİYƏ oldu.Ancaq üzülənlər isə düşmənlərimiz ermənilər olmuşdular.Onda görəsən bu muxalifətçilər AZƏRBAYCANIN uğuruna niyə sevinmirlər................???????????????
Evrovision AZƏRBAYCANA xeyrindən başqa 1% olsun belə ziyanı yoxdur.
Əziz dostlar təssəvur edin ki bu yarışmanı ermənilər udub öz ölkəsinə aparıb.Onda həmən İsa Qənbər,ƏLİ Kərimli,Pənah kimiləri valın o biri tərəfinə çevirib metronun qabağında oturub şüvən qoparardılar...
Evrovison yaxınlaşdıqca müxalifət qüvvələri AZƏRBAYCANDA yenə çaxnaşmalar yaratmaq istəyir.Gənclərimizi aprelin 8-i mitinqlərə çağirlar.
Görəsən o mitinqlərdə torpaqları az satmışıq,doymamışıq yenə satmaq istəyirik və ya ABŞ-ın Rusiyanın,Avropa ölkələrin agenti olduqlarini deyeceklər,,,????
Görəsən indiki iqtidarın bu Evrovisionu qazanmağı,o vaxt ki iqtidarın Qarabağı satmasından dahamı faciəlidir???
Görəsən iqtidarda olanların villalarından yazan Azadliq və Musavat qazetlərinin liderləri daxmalarda və ya çadırlarda yaşayırlar?
Görəsən bu iqtidarda olanların balaları sürdüyü bahalı maşınlardan,müxalifət liderlərinin balaları sürmür??? Yoxsa millətin balaları kimi metroda və ya avtobuslarda gedir?
Görəsən iqtidar yediyi kabablardan,bu müxalifət liderləri yeməyirlər?yoxsa gündə 3 dəfə sup içirlər yazıqlar....
Hörmətli gənclər gəlin bu mitinqidə o biriləri kimi baykot edek.Düşünməyin ki,mən iqtidar tərəfdariyam əsla....Sadəcə bu yazım ilə müxalifət liderlərinin maskalarını göstərmək istədim.Bunu bilinki AZƏRBAYCANIN ƏSL DÜŞMƏNİ OCAĞIMIZDADIR.Mənim şəxsən arzum budur ki,AZƏRBAYCANDA millətini sevən sağlam müxalifət olsun.Unutmayaq ki,sağlam müxalifəti olan dövlətin sağlam iqtidarı olur.Bu bir aksiomdur.
Birdə arzum budur ki,millətin balaları müxalifət liderlərinin balaları kimi yaşasın.Ehtiyac yoxdur prezidentin balaları kimi yaşamağa.
XAHİŞ EDİRƏM KİM BƏYƏNDİSƏ PAYLAŞSIN.
Hörmətlə: SAMİR İSMAYILOV

Комментариев нет:

Отправить комментарий